Bir müddət öncə Əməkdar rəssam Fikrət Ələkbərov dövlətin bağışladığı evi Əbülfəs Qarayevin ona 36 minə satıldığını iddia etmişdi.
"DİA-AZ" manset.az-a istinadla xəbər verir ki, keçmiş mədəniyyət naziri deyilənlərin əsassız olduğunu bildirib:
"Mən o mövzuya toxunmaq istəmirəm. köhnə məsələlərdir, yoxlamalar olub. Bu tamamilə yalnış məlumatdır. Bilmirəm haradan götürüb. 6 ildir işdən çıxmışam. Bu işlərdən tamamilə uzağam. Mən müəllimlik edərək həyatımı sürürəm. Bununla da məsələ bitdi".











