500-dən çox ABŞ hərbçisi yaralanıb .....                     Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                 

"Bu dəyişikliklər Cənubi Qafqazda iqtisadi və siyasi qeyri-müəyyənliyi artırır" - ŞƏRH
Tarix: 5-04-2026, 04:42 | Çap et

Yaxın Şərqdə müharibənin davam etməsi, xüsusilə regionun geniş münaqişə meydanına çevrilməsi Cənubi Qafqazda mövcud vəziyyətə təsirsiz ötüşməyə bilməz.

Qonşu regionun müharibə bataqlığına qərq olunması regionumuzda təlatümlərə yol aça bilər. Ən xüsusi diqqət çəkən məqam Moskvanın Yaxın Şərqdəki hazırkı vəziyyətdən istifadə edib Ermənistanda seçkilər ərəfəsində daxili sabitliyi pozmaq və qarşıdurma yaratmaq istiqamətində addımlar atması ehtimalıdır. Bəzi iddialara görə, Baş nazir Nikol Paşinyanın Moskvaya səfəri və Prezident Vladimir Putinlə görüşü məhz bu qorxu ilə bağlıdır.

Qeyd edək ki, bu yaxınlarda "Stratfor" beyin mərkəzi Yaxın Şərqdəki müharibənin Cənubi Qafqaza təsiri imkanları, o cümlədən Ermənistanda iyun ayında keçiriləcək parlament seçkilərinin nəticələrinin Bakı ilə İrəvan arasında sülh prosesinin gedişatında rolu barədə analitik məqalə paylaşıb. Məqalədə ilkin olaraq qeyd edilir ki, İran müharibəsi regional qeyri-sabitliyi daha da artırır:

“İranla müharibənin yaratdığı regional qeyri-sabitlik Azərbaycanı yüksək təhlükəsizliyini qorumağa məcbur edəcək. Bakının münaqişədə birbaşa iştirakı ehtimalı azdır, amma əsas enerji infrastrukturunun qorunmasına davam edəcək”.

Analitik mərkəz vurğulayır ki, belə dövrdə Ermənistandakı seçkilər Azərbaycanla sülh danışıqlarının gələcəyini sınayır:

“Bunun üçün Cənubi Qafqaz yenidən siyasi və təhlükəsizlik sahəsində gərginliklə üzləşəcək”.

Mərkəzin qənaətinə görə, Ermənistanda qütbləşmiş seçicilər Azərbaycanla sülh prosesinin davam edib-etməyəcəyini və ya iflasa uğrayacağını müəyyən edə bilər:

“Baş nazir Nikol Paşinyanın yenidən seçilməsi onun Azərbaycanla əməkdaşlıq etmək və Avropa Birliyi ilə əlaqələri dərinləşdirmək üçün mandatını gücləndirəcək. Lakin müxalifət qalib gələrsə, Ermənistanın danışıqlar mövqeyi, o cümlədən konstitusiya dəyişiklikləri və Azərbaycanla münasibətlərin normallaşdırılması məsələlərində sərtləşə bilər”.

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Yaxın Şərqdə müharibənin davam etməsi, xüsusilə İranla bağlı gərginliyin artması, Cənubi Qafqaz üçün dolayı təsirləri artırır. Ekspert hesab edir ki, region coğrafi baxımdan Rusiya, Türkiyə və İranın nüfuz dairələrinin kəsişdiyi strateji bir məkandır:

“Yaxın Şərqdəki münaqişələr neft və qaz qiymətlərini, ticarət marşrutlarını və regional təhlükəsizlik balansını dəyişir. Bu dəyişikliklər Cənubi Qafqazda iqtisadi və siyasi qeyri-müəyyənliyi artırır. Mövcud ziddiyyətlər fonunda Yaxın Şərqin gərginliyi cəbhə xəttində əlavə təzyiq və diplomatik manevr imkanlarını daralda bilər”.

R. Bayramov bildirib ki, belə vəziyyətdə Moskvanın Yaxın Şərqdəki gərgin vəziyyətdən istifadə ehtimalı yüksək görünür:

“Rusiya uzun müddətdir ki, həm enerji, həm də hərbi vasitələrlə regional təsirini genişləndirməyə çalışır. Yaxın Şərqdəki qeyri-sabitlik Moskva tərəfindən həm Cənubi Qafqazda, həm də digər postsovet ölkələrində təsirini artırmaq üçün “pərdəarxası alət” kimi istifadə edilə bilər. Ermənistanın daxili siyasi vəziyyəti, etirazlar və iqtisadi çətinliklər Moskvanın təsir imkanlarını artırır. Odur ki, Rusiyanın bütün bunlardan Paşinyan hökumətinə təzyiq kimi istifadə etməsi tamamilə realdır”.

Politoloq hesab edir ki, Paşinyanın Vladimir Putinlə görüşü də məhz bu məsələlər kontekstində anlaşılır:

“Moskva-Cənubi Qafqaz koordinasiyasını qorumaq, Ermənistanın strateji seçimlərini yönləndirmək və regionda Rusiya təsirini saxlamaq üçün bu tip görüşlər vacibdir. Eyni zamanda, görüşün gündəliyində enerji, iqtisadi münasibətlərlə yanaşı Ermənistanın NATO və Avropa ilə yaxınlaşmasının Moskva tərəfindən necə qiymətləndirilməsi məsələlərinin də olduğu şübhəsizdir”.

Politoloq əlavə edib ki, Yaxın Şərqdəki müharibə regionda siyasi, hərbi və iqtisadi qeyri-sabitliyi gücləndirə bilər:

“Moskvanın regiondakı hazırkı gərginlikdən Ermənistan siyasətinə təsir etmək üçün istifadə etməsi ehtimalı var və Paşinyan-Putin görüşü məhz bu kontekstdə Ermənistanın stabil siyasətini qorumaq və Moskvanın potensial təzyiqlərini minimal səviyyəyə endirmək məqsədi daşıya bilər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru