Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib .....                     Allahın, yoxsa texnikanın ümidinə: .....                     Kremldən Bakıya yeni təklif: .....                     “Tramp marşrutu” Cənubi Qafqaza sülh gətirəcək .....                     İcra Hakimiyyəti mənzil-kommunal xidmətləri üçün .....                     Müəllimini güllələyən şagirdin valideynləri .....                     Şair Əşrəf Veysəlli vəfat edib .....                     Mülayim şərq küləyi əsəcək .....                     Hesablama Palatası Elm və Təhsil Nazirliyində tikinti və təmir xərclərini yoxlayıb .....                     "Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşın .....                     Əvvəllər evli qadını qaçıran sabiq şöbə müdiri indi də şantaja görə tutuldu .....                     Sabah Ermənistanda “sükut günü”dür .....                     Geologiya İnstitutunun direktor vəzifəsi Elçin Vəliyevə həvalə olunub .....                     Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi .....                     İşləri vətəndaşı soymaq... fırıldaqla pul qazanmaqdır... .....                     Hesablama Palatası Naxçıvan Avtomobil Yolları Agentliyinin auditin nəticələrini .....                     Moskvaya ayaq öpməyə gedibmiş .....                     Kreml Ermənistanı itirərsə, Gümrü kartını işə salacaqmı? .....                     "Ermənistan hara gedir?" .....                     Məhkəmə tanışını onun bacısının gözləri qarşısında öldürən şəxslə bağlı .....                     "Bilet tapılmır, 81 manata ümumiyyətlə, bilet yoxdur..." .....                     Tanınmış jurnalistin xanımı bu gün dəfn olunacaq .....                     Lazım gələrsə, KTMT-dən çıxacağıq .....                     Ermənistanda kritik seçki: Paşinyan qalib gələcək, amma... .....                     Ağdamda 14 milyon manatlıq layihə: .....                     Cəbrayılın Şükürbəyli kəndində yağış kanalizasiya şəbəkəsinin tikintisinə başlanılır .....                     Afaq Bəşirqızı əməliyyat olundu .....                     Rusiya Qarabağa qayıdır? .....                     Həm baha... həm də keyfiyyətsiz... .....                     Ermənistan Rusiya qazından xilas ola bilərmi? .....                     “Şəkərsiz” adı ilə satılan qidalarla bağlı .....                     “Dərman biznesi, xəstə alveri, bahalı analizlər...” .....                     “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritetlə bağlı .....                     Azərbaycanlı gimnast Dubayda saxlanıldı: Şeyx şikayət edibmiş... .....                     İki günə Ermənistanın taleyi həll olunacaq .....                     Sevgilisini əvvəl döyüb saçlarını kəsdi, sonra kafedə bıçaqlayaraq öldürmək istədi .....                     Milyonluq ehtiyat ayırması “PAYONİX BOKT”u zərərə saldı: .....                     İrəvan Rusiyanın göndərdiyi “seçiciləri” hərbi toplanışa cəlb etdiyini rəsmən açıqladı .....                     Sabirabadda 85 yaşlı anasını döyərək öldürən şəxsə nə qədər cəza verilib? .....                     Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb .....                 

Aviasiya xidmətlərinə görə əlavə ödənişlər tutulacaq: Biletlərin bahalaşması gözlənilir? - Görünəni odur ki...
Tarix: 13-03-2026, 09:30 | Çap et

Mülki aviasiya sahəsində göstərilən xidmətlər və onların qiymətləri 2017-ci ildən etibarən mövcud olub və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 avqust tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.2-ci bəndinin ikinci cümləsinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiq edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilir ki, 2023-cü ildə yeni “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanı ilə “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq xidmət haqlarının təsdiq edilməsi səlahiyyəti və tapşırığı verilib:

"Sözügedən tapşırığın icrasının təmin edilməsi məqsədilə hazırlanmış Kollegiya Qərarının layihəsi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq aidiyyəti dövlət orqanları (qurumları), o cümlədən hava gəmisinin istismarçıları (bundan sonra – aviaşirkətlər) ilə razılaşdırılıb".

Qurumdan bildirilib ki, Kollegiya Qərarının layihəsi hazırlanarkən maliyyə və iqtisadi əsaslandırmalar, gəlir və xərc məlumatları, yeni xidmət haqqı məbləğlərinin son məhsula təsiri aidiyyəti üzrə razılaşdırılma həyata keçirilən dövlət orqanlarına (qurumlarına), o cümlədən aviaşirkətlərə təqdim edilməklə razılaşdırılma yekunlaşıb.

“Kollegiya Qərarının layihəsində qeyd edilən sərnişin və yükə münasibətdə tətbiq edilən yığımların yeni məbləğləri ilə bağlı isə Beynəlxalq Mülki Aviasiya Təşkilatının “Doc 9082, hava limanları və aeronaviqasiya xidmətlərinə görə ödənişlər üzrə siyasəti”nin tələblərinə uyğun olaraq yerli və xarici aviaşirkətlərə bu barədə məlumatlandırma edilərək, yığımların məbləğinə dair rəy və təkliflərinin təqdim edilməsi üçün 3 (üç) ay vaxt müəyyən edilib. Bu müddət ərzində aviaşirkətlərdən sərnişin və yükə münasibətdə təklif edilən yığımların məbləği ilə bağlı hər hansı etiraz daxil olmayıb”.

RİNN-dən əlavə edilib ki, razılaşdırılan Kollegiya Qərarının layihəsiAzərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2026-cı il 5 fevral tarixli 3-27/3-7-2/2026 nömrəli Qərarı ilə təsdiq edilib.

Müvafiq Kollegiya Qərarı 2026-cı il 25 fevral tarixində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş və 2026-cı il 28 mart tarixində qüvvəyə minəcək.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə Trend-ə açıqlamasında bildirib ki, bu, milli aviasiya sisteminin institusional idarəetməsinin təkmilləşdirilməsi və təhlükəsizliyin təmin olunması istiqamətində atılan zəruri bir addımdır.

Onun sözlərinə görə, bu qərar beynəlxalq aviasiya sisteminin tələb etdiyi standartlara uyğunlaşmaq üçün vacib şərtlərdən biridir. Məhz bu səbəbdən Dövlət Mülki Aviasiya Təşkilatı bu istiqamətdə müvafiq yenilikləri tətbiq etməli idi:

“Bu addımın müəyyən nəticələri də olacaq. Belə ki, aviabiletlərin qiymətində müəyyən əlavələr meydana çıxa bilər. Beynəlxalq təcrübədə də buna bənzər hallara rast gəlinir. Bir çox ölkələrdə bu cür sistemlərin tətbiqi nəticəsində biletlərin qiymətinə təxminən iki avro civarında əlavə xərc daxil edilir. Yükdaşımalar zamanı isə hər ton yük üçün təxminən 0,6 avro əlavə ödəniş nəzərdə tutulur. Təbii ki, bu xərclər müəyyən dərəcədə biletlərin qiymətində öz əksini tapa bilər. Bu addım həm zəruridir, həm də qaçılmazdır. Çünki digər sahələrdə olduğu kimi, aviasiya xidmətində də sertifikatlaşdırma, təlimlərin keçirilməsi, xidmət standartlarının müəyyən edilməsi və beynəlxalq aviasiya sisteminə inteqrasiyanın təmin olunması olduqca vacibdir”.

Ekspert qeyd edib ki, bir çox ölkələrdə turizmin inkişafını stimullaşdırmaq məqsədilə bu xərclərin bir hissəsi dövlət və ya aviaşirkətlər tərəfindən qarşılanır. Belə hallarda həmin xərclər birbaşa sərnişin biletlərinə yansımır: “Müqavilələrdə və maliyyə mexanizmlərində qeyd olunur ki, işçilərin sertifikatlaşdırılması, uçuş avadanlıqlarının beynəlxalq standartlara uyğunlaşdırılması, pilotların hazırlıq səviyyəsinin təsdiqi üçün beynəlxalq sertifikatların alınması, həmçinin uçuş və yükdaşımalarının təhlükəsizliyinin təmin olunması üçün çəkilən əlavə xərclər dövlət büdcəsi və ya aviaşirkətlərin öz vəsaiti hesabına maliyyələşdirilə bilər. Bu yanaşma turizmin inkişafını dəstəkləməyə və sərnişinlər üçün əlavə maliyyə yükünün azaldılmasına xidmət edir. Beləliklə, sərnişinlərin ödədiyi biletlərin qiymətinə bu xərclərin təsiri minimum səviyyədə saxlanılır. Ümumilikdə isə qeyd etmək olar ki, qəbul edilən qərar milli aviasiya sistemimizin beynəlxalq aviasiya standartlarına uyğun şəkildə institusional olaraq yenidən qurulmasına və qlobal aviasiya sisteminə daha sıx inteqrasiyasına xidmət edəcək. Bu isə təhlükəsizlik baxımından həm ölkə vətəndaşları, həm də xarici sərnişinlər üçün aviasiya xidmətlərindən istifadə zamanı daha yüksək etibarlılıq və güvən yaradacaq”.

V.Orucun fikrincə, bu xidmət haqları müəyyən dərəcədə aviaşirkətlər üçün əlavə maliyyə yükü yarada bilər: “Əgər bu xərclər birbaşa aviaşirkətlər tərəfindən qarşılanarsa, bəzi hallarda onların mənfəət marjasına təsir edə bilər. Lakin bu məsələni həll etmək üçün müxtəlif mexanizmlər mövcuddur. Məsələn, dövlət subsidiyaları və ya turizmin inkişafına yönəlmiş dəstək proqramları vasitəsilə həmin xərclərin bir hissəsi kompensasiya oluna bilər. Nəticə etibarilə, sərnişin aviabiletlərində bu xidmətlərin tətbiqi orta hesabla təxminən 0,5 faiz civarında əlavə xərc yarada bilər. Bu isə ümumi bilet qiyməti ilə müqayisədə o qədər də böyük məbləğ hesab olunmur”.

Ekpsert vurğulayıb ki, yeni sistemin tətbiqi və beynəlxalq standartlara uyğunlaşma müasir dövrün tələbidir. Bu addım milli aviasiya sistemimizin beynəlxalq institusional qaydalara inteqrasiyasını gücləndirəcək və təhlükəsizlik səviyyəsini daha da artıracaq.

“Bunun sosial tərəfi isə ondan ibarətdir ki, vətəndaşların üzərinə düşən əlavə yükün minimum olması üçün dövlət tərəfindən müəyyən dəstək mexanizmlərinin tətbiqi mümkündür”,- deyə o əlavə edib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib
Bu gün, 13:12
Allahın, yoxsa texnikanın ümidinə: - Yollara sürücüsüz avtomobillər çıxır
Bu gün, 13:10
Kremldən Bakıya yeni təklif: - Putin Əliyevə görə Şuşaya gəlir?
Bu gün, 13:03
“Tramp marşrutu” Cənubi Qafqaza sülh gətirəcək - ABŞ Dövlət Departamenti
Bu gün, 13:02
İcra Hakimiyyəti mənzil-kommunal xidmətləri üçün 23 milyon manatlıq mal alır
Bu gün, 12:56
Müəllimini güllələyən şagirdin valideynləri - İlk dəfə danışdı
Bu gün, 12:54
Şair Əşrəf Veysəlli vəfat edib
Bu gün, 12:49
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:47
Hesablama Palatası Elm və Təhsil Nazirliyində tikinti və təmir xərclərini yoxlayıb
Bu gün, 12:41
"Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşın MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:35
Əvvəllər evli qadını qaçıran sabiq şöbə müdiri indi də şantaja görə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 12:33
Sabah Ermənistanda “sükut günü”dür – Parlamentə kimlər düşəcək?
Bu gün, 12:32
Geologiya İnstitutunun direktor vəzifəsi Elçin Vəliyevə həvalə olunub - ƏMR
Bu gün, 12:31
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Bu gün, 12:26
İşləri vətəndaşı soymaq... fırıldaqla pul qazanmaqdır... - BU NƏDİ BELƏ?
Bu gün, 12:25
Hesablama Palatası Naxçıvan Avtomobil Yolları Agentliyinin auditin nəticələrini prokurorluğa təqdim edib
Bu gün, 12:17
Moskvaya ayaq öpməyə gedibmiş - ilginc açıqlama
Bu gün, 12:01
Kreml Ermənistanı itirərsə, Gümrü kartını işə salacaqmı? - ŞƏRH
Bu gün, 11:59
"Ermənistan hara gedir?" - Overçuk
Bu gün, 11:57
Məhkəmə tanışını onun bacısının gözləri qarşısında öldürən şəxslə bağlı QƏRARI AÇIQLADI
Bu gün, 11:44
"Bilet tapılmır, 81 manata ümumiyyətlə, bilet yoxdur..." - MÜRACİƏT
Bu gün, 11:39
Tanınmış jurnalistin xanımı bu gün dəfn olunacaq
Bu gün, 11:33
Lazım gələrsə, KTMT-dən çıxacağıq - Paşinyan
Bu gün, 11:20
Ermənistanda kritik seçki: Paşinyan qalib gələcək, amma... - GƏLİŞMƏ
Bu gün, 11:18
Ağdamda 14 milyon manatlıq layihə: - “T.T.Ş.-İnşaat” şirkəti tikintiyə başlayır
Bu gün, 11:15
Cəbrayılın Şükürbəyli kəndində yağış kanalizasiya şəbəkəsinin tikintisinə başlanılır - 6 milyon ayrıldı
Bu gün, 11:12
Afaq Bəşirqızı əməliyyat olundu - əməliyyat riskli olsa da...
Bu gün, 10:58
Rusiya Qarabağa qayıdır? – Bakıya qəfil REVERANSLAR
Bu gün, 10:56
Həm baha... həm də keyfiyyətsiz... - NARAZILIQ VAR...
Bu gün, 10:52
Ermənistan Rusiya qazından xilas ola bilərmi? - "SOCAR-ın bu bazara girməsi məntiqsiz görünür...”
Bu gün, 10:37
“Şəkərsiz” adı ilə satılan qidalarla bağlı XƏBƏRDARLIQ
Bu gün, 10:36
“Dərman biznesi, xəstə alveri, bahalı analizlər...” – AİB sədrindən sensasion açıqlama
Bu gün, 10:33
“Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritetlə bağlı QƏRAR
Bu gün, 10:23
Azərbaycanlı gimnast Dubayda saxlanıldı: Şeyx şikayət edibmiş... - TƏFƏRRÜAT
Bu gün, 10:22
İki günə Ermənistanın taleyi həll olunacaq - Vigen Avetis
Bu gün, 10:16
Sevgilisini əvvəl döyüb saçlarını kəsdi, sonra kafedə bıçaqlayaraq öldürmək istədi – AĞIR CƏZA
Bu gün, 10:11
Milyonluq ehtiyat ayırması “PAYONİX BOKT”u zərərə saldı: - İli 1.3 mln. manat zərərlə bağladı
Bu gün, 10:10
İrəvan Rusiyanın göndərdiyi “seçiciləri” hərbi toplanışa cəlb etdiyini rəsmən açıqladı - KİV
Bu gün, 10:06
Sabirabadda 85 yaşlı anasını döyərək öldürən şəxsə nə qədər cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 10:01
Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb - "Kazinform"
Bu gün, 10:00
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM! - MALƏSƏF...
Bu gün, 09:59
7 ildir maaşları artmayan neftçilərin ƏYLƏNCƏSİ... - Bəlkə Rövşən Nəcəf insafa gəldi...
Bu gün, 09:53
Astarada anasını öldürən şəxs: - “Ondan yemək istədim, kinayəli cavab verdi...”
Bu gün, 09:39
Acqarına imperiya ambisiyaları: - axmaqlar hələ də anlamaq istəmirlər ki...
Bu gün, 09:38
Tikinti materialı şirkəti zərərdən qurtula bilmir - TƏFƏRRÜAT
Bu gün, 09:37
Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdü – MƏHKƏMƏ
Bu gün, 09:35
Şəmkirdəki şirkət bir ildə 100 min manat qazanıb - DETALLAR
Bu gün, 09:31
Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar... - GİLEY
Bu gün, 09:28
Putin yenidən prezident olmaq istəyirmi? - kremlin.ru
Bu gün, 09:22
Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək - GƏLİŞMƏ
Bu gün, 08:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru