Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında təmaslar yalnız Moskvada mümkündür.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Zelenski görüş təklif edir, Putin bunun Moskvada mümkün olduğunu bildirib. Bu, bizim mövqeyimiz olaraq qalır”, - Kremlin sözçüsü vurğulayıb.









