Paşinyan haqda “vanqasayağı” qorxulu proqnoz .....                     Azərbaycanla müharibə olmayacaq, lakin ordumuzu inkişaf etdirməyə davam edəcəyik .....                     Maşınında 87 kilo narkotik çıxan sürücü necə bəraət aldı? .....                     İsrail Xəzərə gəlir .....                     Rəqsanə şou-biznesdə ən zəif bənddir... ONU YENMƏYƏ NƏ VAR Kİ... .....                     Biz gənclərimizlə fəxr edirik .....                     Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır .....                     Tiflis GUAM-ı belə çökdürür .....                     'Siyəzənneft'də 'ÖLÜ CANLAR '... .....                     Tramp ABŞ-ın böyük hərbi qüvvələrinin İrana yaxınlaşdığını açıqlayıb .....                     Qusar icra hakimiyyəti NARAZILIĞINI GİZLƏTMƏDİ .....                     Azərbaycan təhsilinin ÜZ QARASI... .....                     Ermənistandan Azərbaycana dəvət: Bakının cavabı isə… .....                     İŞİD Azərbaycanda yenidən belə dirçəlir .....                     Vasif Talıbovdan qalma oliqarx-məmur... .....                     Yasamalda icra başçısı şoumenlik edir... .....                     Başçı da deyib ki, heç nə edə bilməz... .....                     Azərbaycan-Ermənistan yaxınlaşması Gürcüstanı məhvə aparır? .....                     Başı qalda olan Rəqsanə yenə efirdədir... .....                     Bir damcı yağış bəs edir ki... .....                     İranın gələcəyi və Azərbaycan amili: Güney–Quzey xəttində formalaşan yeni geosiyasi reallıq .....                     Azərbaycanın ehtiyatları azalır? .....                     "Sülh Şurası" Azərbaycanı təsisçi üzv kimi salamlayıb .....                     ABŞ rüsumlardan 600 milyard dollar gəlir əldə edib .....                     Azərbaycan və Ermənistan dəmiryoluyla Rusiyadan sıxılmış qaz və bitum çatdırılması barədə razılığa gəlib .....                     Azərbaycan teatrlarında 46 ştat ləğv edilib .....                     Ülvi Hüseynli vəzifəsindən AZAD EDİLDİ .....                     “Xutor” və “Papanin”də sökülür... .....                     Süni intellekt Elm və Təhsil Nazirliyinin yerinə düşünəcək? .....                     “Ögey nənə uşaqların quru çörək yemələrinə belə icazə verməyib” .....                     Fizika İnstitutu 100 minlik avadanlıq alacaq .....                     İşdən çıxarılan nazir müavini .....                     İşdən çıxarılan nazir müavini kimdir? .....                     Ədalət Verdiyevlə bağlı qərar verildi .....                     Səhiyyənin Təminat Mərkəzinin direktoru vəzifəsindən azad edilib .....                     Bəzi rayonlarda qar yağacaq, yollar buz bağlayacaq .....                     İmişlidə məktəb direktoru Ruslan İbayev şagirdi dö*dü .....                     İran rialı rəsmi olaraq dünyanın ən ucuz valyutası oldu .....                     Kərim pulunu HARA YATIRIM EDİR? .....                     Nazir bu Mərkəzin direktorunu işdən çıxardı .....                 

Elmira Axundovanın yaxın adamı həbsdən çıxdı – Yenidən...
Tarix: Dünən, 15:00 | Çap et

Xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən Elnur İbrahimovun inzibati qaydada həbs müddəti başa çatıb.

Elnur İbrahimov Ramiz Mehdiyevi özünə “ağsaqqal” elan etmiş sabiq səfir Elmira Axundovanın yaxın adamıdır. Ötən gün onu İnzibati qaydada Həbs Olunanların Saxlanma Məntəqəsindən azad ediblər.

Musavat.com bildirir ki, Elnur İbrahimov barəsində həbs qərarı yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə verilmişdi.

Məhkəmə araşdırmaları zamanı məlum olub ki, Elnur İbrahimov üzərində olan 513 min manatlıq mülki iddia üzrə ödənişlərdən qərəzli şəkildə yayınır.

Əvəzində mülki iddiaçı olmayan Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manat ödəyib. Məhkəmə bu faktı Elnur İbrahimovun ödəmə imkanının olması kimi qiymətləndirib.

Elnur İbrahimov cəmiyyətdə “8 milyonluq dələduzluq işi” kimi tanınan, sabiq səfir Elmira Axundovanın adının hallandığı qalmaqallı cinayət işində fiqurantlardan biridir.

Cinayət işi materiallarında Elmira Axundovanın səs yazıları, həmçinin Elnur İbrahimovun onun evinə günaşırı 5 min manat göndərməsini təsdiqləyən, indiyədək hüquqi qiymət verilməmiş sübutlar mövcuddur.

Qeyd edək ki, Elnur İbrahimov 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirli bilinib. Məhkəmə həmçinin mülki iddiaçı Fərman Məmmədova Elnur İbrahimovun 513 min manat zərər ödəməli olduğunu da hökmdə qeyd edib. Həmin hökmə əsasən, bu ödəniş 5 gün ərzində həyata keçirilməli idi. Reallıq isə tam fərqlidir: hökmün çıxarılmasından təxminən 10 il keçməsinə baxmayaraq, Elnur İbrahimov bu günədək icradan qərəzli şəkildə yayınıb. Əvəzində Elnur İbrahimov mülki iddiaçı olmayan Həbib Axundova 55 min manat ödəyib. Bu fakt onun real ödəmə qabiliyyətini, eyni zamanda Fərman Məmmədova aid hökm hissəsinin qərəzli şəkildə icrasından yayındığını açıq şəkildə sübut edir. Bu arqumentlər Fərman Məmmədov tərəfindən Nəsimi Rayon Məhkəməsinə təqdim edilən rəsmi şikayət ərizəsində əksini tapmışdı. Mülki iddiaçı borclu Elnur İbrahimovun bu hərəkətlərinə görə cəzalandırılmasını xahiş etmişdi. Lakin Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov təqdim edilən sənədləri araşdırmayıb, onları elektron məhkəmə sisteminə yükləməyib.

Daha da pisi, Həbib Axundova edilən 55 min manatlıq ödəniş ümumiyyətlə nəzərə alınmayıb.

Qanuna görə, tərəflərin məhkəməyə təqdim etdiyi bütün sənədləri icraat materiallarına əlavə etməli, elektron sistemə yükləməlidir. Elnur İbrahimovun işində isə sənədlər seçmə üsulu ilə formalaşdırılıb. Mülki iddiaçı Fərman Məmmədovun təqdim etdiyi sübutlar Nəsimi Rayon Məhkəməsində faktiki olaraq “yoxa çıxıb”. Bu artıq texniki səhlənkarlıq deyil, şüurlu şəkildə icra materiallarının natamam təqdim olunmasıdır. Bakı Apellyasiya Məhkəməsinin hakimi Aqil Musayev məhkəməyə təqdim olunan sənədləri diqqətlə araşdırıb və Elnur İbrahimovun həbsinə qərar verib. Bu qalmaqallı işin kökü 2013-cü ilə gedib çıxır. Elmira Axundova deputat olduğu dövrdə oğlu Həbib Axundovu yaxın çevrəsində iş adamı kimi təqdim edib. Dubaydan gətiriləcək dəftərxana ləvazimatları adı altında böyük gəlir vəd olunub. Bu yolla Axundovanın ailə dostlarından ümumilikdə 8 milyon manat yığılıb. Lakin realda bu “biznes” kağız üzərində qurulmuş sxemdən başqa bir şey olmayıb. Dələduzluq sxemi ifşa edildikdən sonra zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edərək Həbib Axundovun adını çəkiblər.

Elmira Axundova prosesə müdaxilə edərək zərərçəkənləri “pullar qaytarılacaq” vədləri ilə sakitləşdirməyə çalışıb. Sonrakı mərhələdə isə “günah keçisi” kimi Elnur İbrahimov ön plana çıxarılıb. 2013-cü ilin avqustunda Həbib Axundov Elnur İbrahimovu Qəbələdə yerləşən “Qafqaz Resort” hotelində Elmira Axundova ilə görüşdürüb. Bir neçə gün sonra Elnur İbrahimov arvadı Nərgiz İbrahimova ilə birgə gizli şəkildə Gürcüstan sərhədini keçərək ölkəni tərk ediblər və Rusiyada zərərçəkənlərin pulları hesabına yaşayıblar.

İnterpol xətti ilə axtarışda olan Elnur İbrahimov yalnız 2016-cı ildə Moskvada saxlanılaraq Azərbaycana gətirilib. İş üzrə məhkəmə baxışı zamanı Prezident Administrasiyasından hakim Rahib Salmanova Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “ağsaqqalım, yalnız sizin oxumağınız üçündür” qeydi ilə göndərilmiş donos-məktubu təqdim olunub. Məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyata alınıb və Ramiz Mehdiyev tərəfindən hakimə yönləndirilib. Bu isə faktiki olaraq məhkəməyə təzyiq mexanizmi kimi qiymətləndirilir.

Hakim Rahib Salmanov məktubdan sonra iş materiallarındakı Elmira Axundovanın səs yazılarına, oğlu Həbib Axundovun prosesdə iştirakını təsdiqləyən sübutlara hüquqi qiymət vermədən onların üzərindən sükutla keçib. Nəticədə işdə vasitəçi olan Elnur İbrahimov 9 il müddətinə azadlıqdan məhrum edilib, zərərçəkənlərdən yalnız Fərman Məmmədovun mülki iddiası təmin olunub.

Paradoks ondadır ki, Elnur İbrahimov həbsdə olduğu müddətdə mülki iddiaçı Fərman Məmmədova bir manat belə ödəməyib, əvəzində mülki iddiaçı olmayan Həbib Axundova 55 min manat qaytarıb. Bu fakt onun ödəmə qabiliyyətinə malik olduğunu və məqsədli şəkildə hökmün icrasından yayındığını açıq göstərir. Mülki iddiaçı Fərman Məmmədov ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini tələb edir.

Elnur İbrahimovun 10 ilə yaxındır məhkəmə hökmünü qərəzli şəkildə icra etməməsi, buna baxmayaraq, mülki iddiaçı olmayan şəxsə on minlərlə manat ödəməsi onun ödəmə qabiliyyətinin olduğunu açıq sübut edir. Bakı Apellyasiya Məhkəməsi bu faktı artıq hüquqi qiymətləndirib və inzibati həbs qərarı ilə presedent yaradıb. Bu presedent təsadüfi deyil, növbəti mərhələnin anonsudur. Qanunvericilik isə açıq və birmənalıdır. Məhkəmə hökmünün icrasından qərəzli yayınma azadlıqdan məhrumetmə ilə nəticələnir. İcra olunmayan 513 min manatlıq mülki iddia, selektiv ödənişlər, sənədlərin məqsədli şəkildə icra materiallarından “itirilməsi” artıq təkcə borclunun yox, bütövlükdə prosesin legitimliyini sual altına alır. Bu mərhələdə Elnur İbrahimovun azadlıqda qalması hüquqi yox, istisna hal olar. Çünki ortada nə mübahisəli fakt var, nə də şübhəli vəziyyət. Faktlar mövcuddur, qərarlar mövcuddur, icra edilməyən hökm mövcuddur. Bu zəncirin məntiqi sonluğu isə yenidən və bu dəfə artıq daha ağır hüquqi məsuliyyət - həbsdir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan haqda “vanqasayağı” qorxulu proqnoz - ŞƏRH
Bu gün, 09:50
Azərbaycanla müharibə olmayacaq, lakin ordumuzu inkişaf etdirməyə davam edəcəyik - Paşinyan
Bu gün, 09:48
Maşınında 87 kilo narkotik çıxan sürücü necə bəraət aldı? - TƏFƏRRÜAT
Bu gün, 09:46
İsrail Xəzərə gəlir - SENSASİON DETALLAR
Bu gün, 09:42
Rəqsanə şou-biznesdə ən zəif bənddir... ONU YENMƏYƏ NƏ VAR Kİ... - "Bilirdiniz ki, onun problemləri var..."
Bu gün, 08:31
Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:16
Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:14
Tiflis GUAM-ı belə çökdürür - BU FAKTDIR!
Bu gün, 08:00
'Siyəzənneft'də 'ÖLÜ CANLAR '... - İLGİNC İDDİA
Bu gün, 07:51
Tramp ABŞ-ın böyük hərbi qüvvələrinin İrana yaxınlaşdığını açıqlayıb
Bu gün, 07:24
Qusar icra hakimiyyəti NARAZILIĞINI GİZLƏTMƏDİ - FOTOFAKT
Bu gün, 07:22
Azərbaycan təhsilinin ÜZ QARASI... - FAKT BUDUR!
Bu gün, 07:16
Ermənistandan Azərbaycana dəvət: Bakının cavabı isə… - GƏLİŞMƏ
Bu gün, 07:12
İŞİD Azərbaycanda yenidən belə dirçəlir – DTX əməliyyatının üzə çıxardığı ACI GERÇƏK
Bu gün, 07:09
Vasif Talıbovdan qalma oliqarx-məmur... - dövlətə borclandı
Bu gün, 07:00
Yasamalda icra başçısı şoumenlik edir... - heç nəyə faydası olmayan "vətəndaş görüşləri"...
Bu gün, 06:57
Başçı da deyib ki, heç nə edə bilməz... - GİLEY
Bu gün, 06:50
Azərbaycan-Ermənistan yaxınlaşması Gürcüstanı məhvə aparır? - Saakaşvili həyəcan təbili çalır...
Bu gün, 06:41
Başı qalda olan Rəqsanə yenə efirdədir... - FOTOSESSİYA
Bu gün, 06:38
Bir damcı yağış bəs edir ki... - VİDEOFAKT
Bu gün, 06:33
İranın gələcəyi və Azərbaycan amili: Güney–Quzey xəttində formalaşan yeni geosiyasi reallıq - ARAŞDIRMA
Bu gün, 06:29
Azərbaycanın ehtiyatları azalır? - AKTUAL
Bu gün, 06:26
"Sülh Şurası" Azərbaycanı təsisçi üzv kimi salamlayıb - FOTO
Bu gün, 06:24
ABŞ rüsumlardan 600 milyard dollar gəlir əldə edib - Tramp belə deyir...
Bu gün, 06:19
Azərbaycan və Ermənistan dəmiryoluyla Rusiyadan sıxılmış qaz və bitum çatdırılması barədə razılığa gəlib - KİV
Dünən, 21:16
Azərbaycan teatrlarında 46 ştat ləğv edilib - TAM SİYAHI
Dünən, 21:14
Ülvi Hüseynli vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 21:12
“Xutor” və “Papanin”də sökülür... - AKTUAL
Dünən, 18:16
Süni intellekt Elm və Təhsil Nazirliyinin yerinə düşünəcək?
Dünən, 18:02
“Ögey nənə uşaqların quru çörək yemələrinə belə icazə verməyib” - TƏFƏRRÜAT
Dünən, 17:59
Fizika İnstitutu 100 minlik avadanlıq alacaq – Tender keçirilməyib
Dünən, 17:37
İşdən çıxarılan nazir müavini deputatın əmisi oğludur
Dünən, 17:36
İşdən çıxarılan nazir müavini kimdir? - DOSYE
Dünən, 17:28
Ədalət Verdiyevlə bağlı qərar verildi
Dünən, 17:23
Səhiyyənin Təminat Mərkəzinin direktoru vəzifəsindən azad edilib - ƏMR
Dünən, 17:17
Bəzi rayonlarda qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 17:14
İmişlidə məktəb direktoru Ruslan İbayev şagirdi dö*dü - Videofakt
Dünən, 17:04
İran rialı rəsmi olaraq dünyanın ən ucuz valyutası oldu
Dünən, 16:59
Kərim pulunu HARA YATIRIM EDİR? – Aparıcı AÇIQLADI
Dünən, 16:45
Nazir bu Mərkəzin direktorunu işdən çıxardı - Yeni təyinat
Dünən, 16:39
54 milyon manatlıq mənimsəmədə ittiham olunan SOCAR-ın sabiq baş direktorunun şikayəti təmin edilməyib - TƏFƏRRÜAT
Dünən, 16:38
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTO
Dünən, 16:35
Müharibə başlasa, İrandakı rejimin süqutu qaçılmaz olacaq - Professor
Dünən, 16:29
“Azərlotereya” 2025-ci il üzrə maliyyə hesabatını niyə açıqlamır? - Gəlirlərdə kəskin azalma iddiası
Dünən, 16:15
Nazir Məcnun Məmmədova iki yeni müavin təyin olundu - ADLAR
Dünən, 16:07
“Salfetka” satan, təkər qaraldan, qoyun otaran uşaqlar: - Onlara görə kim cəzalandırılır?
Dünən, 16:05
Məqsəd Azərbaycan-Türkiyə münasibətlərini zədələməkdir - Görünəni budur...
Dünən, 15:58
Avtomobil lizinqi şirkətinin mənfəəti azalıb
Dünən, 15:55
Hydrotrans Engineering Mühəndislik Mərkəzinin vergi borcu yaranıb
Dünən, 15:53
Myanma və Madaqaskardan Azərbaycana qaragöz lobya gətirilir – Qiymətlər
Dünən, 15:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru