Paşinyanın Konstitusiya dilemması .....                     Ya Paşinyan hoqqabazlıq edir, ya da... .....                     Səhiyyənin Təminat Mərkəzinin 1.6 milyonluq dərman tenderinə "antiinhisar" əngəli .....                     "Bunu peşəkar idmançılar da təsdiq edə bilər" .....                     Britaniyada Rusiyaya qarşı sanksiyaları pozan şirkət 1,3 milyon dollar cərimələnib .....                     Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar .....                     “Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb .....                     Paşinyan müxalifəti hədələdi: .....                     "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxundu .....                     Robert Koçaryana qarşı cinayət işi başlanacaq .....                     Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçirilir .....                     ÖZÜ DEDİ: Paşinyan Bakıya gəlir... .....                     İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib? .....                     "Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub .....                     Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır .....                     9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir .....                     Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb .....                     `AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... .....                     Gözləmə mövqeyində olan investorları necə cəlb etməli? .....                     Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb .....                     Hansı ölkədə ailələrin daha çox borcu var? .....                     16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi .....                     AZAL iyunun I yarısında Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb .....                     Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər .....                     Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər .....                     Partiya sədrindən deputata SƏRT TƏPKİ: . .....                     Turistlər Azərbaycana ona görə gəlmirlər ki: .....                     Ermənistan MSK Karapetyanın blokundan namizədin həbsinə icazə verdi .....                     Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib .....                     İran neftini daşıyan tankerlər Hörmüz boğazını keçib .....                     Pekinin Rusiya və İranla bağlı öz planları var... .....                     Xəzər Türklərinə aid qeyri adi toqqa .....                     Azərbaycana daxil olan humanitar yardımlar azalıb .....                     Maaş kartını rəisə vermədi, işdən çıxarıldı .....                     BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub .....                     Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib .....                     Meyxanaçı Rüfət onları efirə çağırmayan kanallardan şikayətləndi .....                     20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir: Özünə yeni vəzifə verildi .....                     Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər .....                     Ermənistan parlamentinin sədri özündən 20 yaş kiçik modellə evlənir .....                 

Soljenitsının qulağı, Əylislinin yuxuları, Suadanın klipi
Tarix: 7-12-2025, 13:18 | Çap et

Son bir neçə gündə ölkəmizin ictimai-siyasi gündəmini “işğal etmiş” “Məhsəti” qalmaqalı ötən əsrin 70-ci illərində SSRİ-də və 12 il öncə öz ölkəmizdə baş verən bənzər qalmaqalları xatırladır.

Birinci epizod Nobel ödüllü yazıçı Aleksandr Soljenitsının başına gəlib. İkinci epizod həmin ödülə iddialı olan, amma yekunda indiyə qədər aldığı bütün mükafatlardan, fəxri adlardan məhrum edilən yazıçı Əkrəm Əylisli ilə bağlıdır.

Bu üç epizodun fərqli cəhətləri olduqca çoxdur, onları birləşdirən bir məqam isə budur: məsələnin məğzini, mahiyyətini bilmədən kütləvi qınama, pisləmə.

1945-ci ildə sovet rejimi Stalin haqqında “güldən ağır kəlmə” işlədən yazıçı Soljenitsını qulaqlayıb həbs edir, 8 il düşərgə həyatı yaşadır, xəstə edib buraxır. Adam azadlığına qovuşur, dissident olur, əvvəlcə “İvan Denisoviçin bir günü” adlı kiçik roman yazır, populyarlıq qazanır, sonra sovet rejimini, həbs düşərgəsindəki cinayətləri ifşa edən əsərlər üzərində işləyir. Yazıçı bu əsərlərin SSRİ-də nəşr olunmayacağını bildiyi üçün hər şeyi gözə alaraq onu Qərbə göndərir. Orada “öz ölkəsinin qəddar rejimini ifşa edən” yazıçının əsərini həvəslə, böyük tirajla nəşr edirlər. 1970-ci ildə Soljenitsına ədəbiyyat üzrə Nobel mükafatı verilir. Amma o, SSRİ-də “xalq düşməni”nə çevrilir. 1974-cü ildə “Arxipelaq QULaq” romanı xaricdə nəşr ounandan sonra onu yenidən həbs edirlər. Amma proses Qərb ölkələrinin diqqətini çəkdiyindən Nobel ödüllü yazıçıya nə həbs cəzası kəsə, nə də onu qəzaya salıb öldürə bilirlər. Əvəzində Soljenitsına və əsərlərinə qarşı ölkənin əmək kollektivlərində toplantılar təşkil edirlər. On minlərlə “zəhmətkeş” öz kollektivlərinin toplantılarında növbə ilə tribuna qalxır, o mənfur əsəri oxumadığını, amma qətiyyətlə pislədiyi bəyan edir.

Bu qulaqbatırıcı hay-küydən, gurultudan sonra Aleksandr Soljenitsının sovet vətəndaşlığını ləğv edir, zorla ölkədən çıxarırlar. Almaniya ona sahib çıxır.

12 il öncə isə Azərbaycan yazıçısı Əkrəm Əylisli “Daş yuxular” romanına görə kütləvi qınama, pisləmə kampaniyasına məruz qaldı. Ancaq Soljenitsıının təqib edilməsi ilə onun qınanması hadisələri arasında böyük fərq vardı. Aleksandr İsayeviç öz dövrünün amansızlıqlarını, cinayət və faciələrini real şəkildə, təhrif etmədən, sırf həqiqəti qələmə alaraq yazmışdısa, Əkrəm Naiboğlu Azərbaycan-Ermənistan münaqişəsində nəyə görəsə ermənilərin tərəfini tutmuş, 1 milyona yaxın qaçqın-köçkünü olan, Xocalı soyqırımına məruz qalan zərərçəkən tərəfin haqqını müdafiə etmək əvəzinə, işğalçını, hərbi cinayət törədənləri “əzabkeş” kimi təqdim etmiş, uydurma bir süjet xətti qurmuşdu.

Ona qarşı kampaniya başlanan ərəfədə “Daş yuxular”ı Azərbaycanda çox az adam oxumuşdu, amma bu, kütləvi qınağa maneə deyildi. Əvəzində ermənilər bu kitabı daha çox oxumuş, oxumaqla kifayətlənməyərək, dünyanın ən populyar dillərinə (30-dan artıq) tərcümə etmiş, bütün böyük ölkələrdə təkrar-təkrar nəşr etdirmişdilər. Bu günün özündə də ermənilər özlərinin haqlı, Azərbaycan xalqının haqsız olduğunu “sübut etmək” üçün o kitaba istinad edirlər və 50, 100, 500 ildən sonra da edəcəklər.

Sonradan “Daş yuxular”ı tapıb oxuyanlar çox oldu və əvvəldə qınama kampaniyasını qınayanlar özləri də gördülər ki, ortada qınanılası şeylər var. Yazıçı-jurnalistlərdən biri o əsəri lakonik şəkildə “Daşnak yuxuları” adlandırmışdı.

İndi keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suada Qaranın çəkdiyi “Məhsəti” klipi (doğru təsbiti budur) kütləvi şəkildə pislənilir, qınanılır. Tam əksəriyyət o filmə baxmayıb. Hamı ümumi axına düşüb fikir bildirir. Baxanlar isə deyir ki, yarımerotik səciyyəli o 10 dəqiqəlik filmciyəzdə klassik şairəmiz Məhsətiyə aid heç nə yoxdur, onun cinsi həyatı, yaşantıları ekranlaşdırılmayıb, sadəcə, klip adı “Məhsəti”dir. Başqa heç nə. Klipin süjet xətti isə belədir: teatrda Məhsəti rolunu oynayacaq aktrisa obraza daha yaxşı girmək üçün özünü “azad ruhlu” aparır, gecə barına gedir, əks cinsin təmsilçisi ilə əylənir.

Burada qınanılması məqamlar yalnız odur ki, bədii zövqünə inandığımız adamlar klipin olduqca bərbad olduğunu bildirirlər, deyirlər, lentdə nə rejissor işi var, nə operator işi, nə düz-əməlli süjet xətti, nə də çəkilən şeyin bir mənası, anlamı. Onların sözlərinə görə, bu klipi sanki həvəskar bir gənc mobil telefonla çəkib və dizinin üstündə montaj edib.

Maraqlıdır ki, bu klip “qısametrajlı film” kimi qələmə verilib və ətrafında böyük hay-küy qoparılıb. Nəticədə indi Suad Qara ölkənin ən populyar rejissorlarından daha populyardır. Hamı ondan danışır.

Bu kimi hadisələr bizə dərs olmalıdır ki, bir daha oxumadığımız, baxmadığımız əsərlər haqqında kateqorik mülahizələr irəli sürməyək. Sözü mütəxəssislərə, mövzudan xəbəri olanlara buraxaq.

Müasir dünyada hər kəsin fikir bildirmək üçün platforması var və bundan süni ajiotajlar yaratmaq, saxta PR kampaniyaları aparmaq istəyənlərin işi asandır. Biz də axına düşür, onların əlinə oynayırıq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın Konstitusiya dilemması - “necə” sualı açıq qalıb
Bu gün, 05:52
Ya Paşinyan hoqqabazlıq edir, ya da... - NƏ BAŞ VERİR?
Bu gün, 05:49
Səhiyyənin Təminat Mərkəzinin 1.6 milyonluq dərman tenderinə "antiinhisar" əngəli - TƏFƏRRÜAT
Bu gün, 05:45
"Bunu peşəkar idmançılar da təsdiq edə bilər"
Bu gün, 05:43
Britaniyada Rusiyaya qarşı sanksiyaları pozan şirkət 1,3 milyon dollar cərimələnib
Bu gün, 05:39
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar - CNN
Bu gün, 05:36
“Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb - FOTO
Dünən, 18:26
Paşinyan müxalifəti hədələdi: - “Kökünü qazıb məhv edəcəm!”
Dünən, 18:23
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxundu
Dünən, 18:20
Robert Koçaryana qarşı cinayət işi başlanacaq
Dünən, 18:17
Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçirilir
Dünən, 18:16
ÖZÜ DEDİ: Paşinyan Bakıya gəlir... - AÇIQLAMA
Dünən, 18:11
İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib? – Səbəb hər kəsi təəccübləndirdi
Dünən, 18:10
"Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub
Dünən, 18:08
Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır - "Bloomberg"
Dünən, 18:07
9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir
Dünən, 18:05
Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb - KİV
Dünən, 18:03
`AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... - İTTİHAM VAR...
Dünən, 17:56
Gözləmə mövqeyində olan investorları necə cəlb etməli? - Ekspert deyir ki...
Dünən, 17:43
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
Dünən, 17:42
Hansı ölkədə ailələrin daha çox borcu var?
Dünən, 17:21
16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi - TƏFƏRRÜAT
Dünən, 17:18
AZAL iyunun I yarısında Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb - DİQQƏT!
Dünən, 17:13
Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər - GƏLİŞMƏ
Dünən, 17:06
Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər
Dünən, 17:04
Partiya sədrindən deputata SƏRT TƏPKİ: . - Elə sözlər dedi ki..
Dünən, 16:28
Turistlər Azərbaycana ona görə gəlmirlər ki: - Bilet baha, yol bağlı...
Dünən, 16:20
Ermənistan MSK Karapetyanın blokundan namizədin həbsinə icazə verdi - KİV
Dünən, 16:15
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib - SİYAHI
Dünən, 16:02
İran neftini daşıyan tankerlər Hörmüz boğazını keçib
Dünən, 15:54
Pekinin Rusiya və İranla bağlı öz planları var... - İNCƏLƏMƏ
Dünən, 13:21
Xəzər Türklərinə aid qeyri adi toqqa - FOTO
Dünən, 13:18
Azərbaycana daxil olan humanitar yardımlar azalıb
Dünən, 13:15
Maaş kartını rəisə vermədi, işdən çıxarıldı - İNDİ İSƏ...
Dünən, 13:07
BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub - FOTO
Dünən, 13:03
Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib - FOTO
Dünən, 12:58
Meyxanaçı Rüfət onları efirə çağırmayan kanallardan şikayətləndi - Meyxanaçı kimdən tərbiyəsizdir?
Dünən, 12:55
20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir: Özünə yeni vəzifə verildi - İLGİNC
Dünən, 12:40
Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər - QƏRAR
Dünən, 12:36
Ermənistan parlamentinin sədri özündən 20 yaş kiçik modellə evlənir
Dünən, 12:33
Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub - SİYAHI
Dünən, 12:31
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:28
“Sahil-S İnşaat” MTK-nın yeni sədri də axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 12:24
“Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi”
Dünən, 12:19
"Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər" - deputat
Dünən, 12:16
ETİRAZ: Şəhəri BELƏMİ SALIRLAR? - "Bu necə mümkündür axı?"
Dünən, 12:14
Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 12:04
Sərdar Cəlaloğlunun “cinsi uyğunsuzluq” fikri mübahisə yaratdı – Cavadzadədən cavab
Dünən, 11:56
"Ondan olmaz, əli qana batıb, gələcək lideri biz müəyyən edəcəyik" - İran şahının oğlundan Trampa təpki
Dünən, 11:48
Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru