Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Zaqatala rayonu, Danaçı kənd sakini Qurqunayev İbrahim Məhərrəm oğlunun döyüşlərdə həlak olduğu bildirilir.
Yaxınlarının dediyinə görə, İbrahim Qurqunayev Rusiyada həbs edilibmiş. Həbsdən azad olması üçün ona müharibəyə getmək təklif olunub.
O, ilk günlərdə yaxınları ilə mütəmadi əlaqə saxlayıb. Lakin bir müddət sonra onunla əlaqə kəsilib.















