“Easycep Azərbaycan” MMC ləğv olunduğunu elan edir.
"DİA-AZ" xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 48 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Easycep Azərbaycan” MMC 11 avqust 2023-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 703 343 manatdır və qanuni təmsilçisi Nəsib Nəbiyev Xəqani oğludur.
Əlavə məlumat üçün bildirək ki, EasyCep, 2018-ci ildə Türkiyədə qurulmuş “yenilənmiş elektronik cihazlar” (refurbished electronics) bazarına yönəlmiş bir şirkətdir.
Şirkətin əsas fəaliyyəti istifadə edilmiş, ikinci əl cihazları (məsələn, smartfonlar, planşetlər, saatlar, kompüterlər) alıb – yeniləyib – sonra son istifadəçiyə satışa çıxarmaqdır
















