Mariya Zaxarovanı şoka salan REALLIQ .....                     Bakıda şirkətin 76 minini mənimsəyən satış təmsilçisinə hökm oxundu .....                     Mehdiyevin Siyəzəndəki adamı təqaüdə göndərilir .....                     Tacir GİZLİNLƏRİ AÇDI .....                     Astarada gəlin toy günündə öldü .....                     Günay Ağamalı mandatını itirəcək? .....                     Ramiz Mehdiyevin yaxın dairəsi parlamentdə hələ də aktivdir .....                     Bank VTB (Azərbaycan) ASC-də Hüquq departamentinə direktor və Baş hüquq inzibatçısı təyin edilib .....                     “Həyat yoldaşım rəhmətə getmişdi, pulu necə verdim bilmirəm” .....                     Mehdiyev indiyədək belə yüzlərlə yazışmalar edib, həm də qeyri-rəsmi xətlə .....                     GDU-nin KİTABI BAĞLANIR... .....                     Keçmiş bələdiyyə sədri ilə birgə ittiham olunan şəxslərdən xəbər var .....                     Nurlan Həsənovu Əli Həsənovun qohumu kimi Ramiz Mehdiyevə KİM CALAYIR? .....                     Azərbaycan SSR-nin vətəndaşı müstəqil Azərbaycanın vətəndaşı ola bilmir... .....                     Paşinyan “sensasion xəbər”i açıqladı .....                     Mehdiyevin əlində kimlər haqqında biabırçı faktlar var? .....                     Erməni kilsəsi yeni qalmaqalın mərkəzində: Olay yaradacaq videolar yayımlanacaq .....                     Kredit təşkilatının İdarə Heyətinə təyinat aldı .....                     BİZİ KİM ZƏHƏRLƏYİR? .....                     Azərbaycanda müflisləşən şirkətin məhkəmə iclası keçiriləcək .....                     Moskva ilə Bakı arasında təhlükəsizlik müzakirələri .....                     Sığorta sektorunun `QALA`SI çoxdan uçub... .....                     Mehdiyevin məktubu müxalifətdə aranı qatdı .....                     Tramp Venesuela hökumətini devirmək niyyətindədir .....                     Günay Ağamalının mandatı ləğv edilə bilər .....                     Pulların LEO BANK-a əmanətdirsə... .....                     Əmrullayevin yəqin ki bundan xəbəri yoxdur... .....                     SOCAR-dakı İXTİSAR BUMU BURALARA DA ÇATDI .....                     Paşinyana vaxt lazımdır... .....                     Azərbaycan ermənilərlə savaşırdı... ABB də Qarabağ qazisi ilə! .....                     Deputatın 'obyektində' utancverici mənzərə .....                     Təhsil təxribatçıları bir məktəbin simasında… .....                     'Padişah'a BİƏT EDƏN hansı məmurdur ki... .....                     İrəvandakı sammitdə Əliyevlə Ərdoğanın iştirakı mümkündür .....                     Mehdiyevin müxalifət sevgisi .....                     Sülhə gedən... ticarət yolları .....                     "Çəki atdığım üçün sevə-sevə bir-bir o libasları geyinirəm" .....                     PKK-nın geri çəkilməsi ciddidir, amma tam etibar etmək olmaz .....                     Ramiz Mehdiyevin cinayət işi və həbsi barədə rəsmi açıqlamalar nədən ləngiyir?.. .....                     Keçmiş MTN polkovniki: Ramiz Mehdiyev çevriliş planını təkbaşına... .....                 

Çörək yolunun əvəzinə... - “iki qəpiklik” təklif və arxasındakı böyük hiylə
Tarix: Dünən, 17:29 | Çap et

Prezident İlham Əliyev 5 il əvvəl, 2020-ci ilin 1 dekabrında, Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində belə demişdi: “Mənə verilən məlumata görə, Ermənistan işğal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı. Ermənistanın işğal edilmiş bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub”.

Dövlətimizin başçısı xatırlatmışdı ki, Ermənistan işğal dövründə əldə etdiyi taxılın tən yarısını bizim torpaqlarımızın hesabına əldə edib.

Hələ bu, Ermənistanın taxılla bağlı Azərbaycana vurduğu zərərdir, görün 30 il ərzində digər sərvətlərimizə necə divan tutublar. Ermənistanın Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə əkin sahələrinin 121 min hektarında taxıl bitkiləri əkilib. O zaman Xankəndi və digər ərazilərdə kök salmış separatçıların xunta rejiminin “statistika ofisi” məlumat yaymışdı ki, 2013-2017-ci illərdə Azərbaycanın işğal olunmuş ərazilərinin orta hesabla 60 min hektarında taxıl bitkiləri əkilib. 2016-cı ildən sonra Ermənistanda taxıl istehsalında ciddi azalma qeydə alınıb, Azərbaycanın işğal edilmiş ərazilərindən yığılan taxılın həcmi isə artıb. Fakt faktlığında qalır və biz heç nəyi unutmalı deyilik, ölkə başımız dəfələrlə bizləri də tarixi həqiqətlərimizlə bağlı xəbərdar edib...

Prezident İlham Əliyev Qazaxıstanda dövlət səfərində olarkən Ermənistan üçün taxıl yolunu – çörək yolunu açıq elan etdi! Çörəyi dizi üstə olanların, on illərlə işğalda saxladığı Azərbaycan torpaqlarının hesabına ölkəsini taxılla təchiz edən, “ev”inə haram tikə aparanların hökumət başçısı Nikol Paşinyan İlham Əliyevin bu bəyanatına necə reaksiya verdi, hamımız gördük. Həm Tiflis səfəri zamanı təşəkkürünü bildirdi, həm də İrəvana dönəndən sonra. Eyni zamanda Ermənistanın ayrı-ayrı rəsmiləri də Azərbaycan Prezidentinin bəyanatını təqdirlə qarşıladılar.

Amma ardınca Paşinyan yenə də hiyləyə əl atdı. Söhbət onun Türkiyə və Azərbaycan arasında yük daşımaları üçün Ermənistan ərazisini, Marqara-Keşişkənd-Qarakilsə-Gorus yolunu təklif etməsindən gedir. Rəsmi Bakının Ermənistan üçün tranzit qadağasını ləğv etməsinə cavab kimi görünən bu təklifin arxasında heç şübhəsiz ki, hiylə var.

Erməni baş nazirin Azərbaycan və Türkiyəyə təklif etdiyi marşrut dolayısı ilə “Sülh kəsişməsi” adlı amorf bir ideyanın məhsuludur.

Xatırlayırsınızsa, düz iki il əvvəl, Tiflisdə Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin iştirakı ilə keçirilən İpək Yolu Beynəlxalq Forumunda Nikol Paşinyan “Sülhün kəsişməsi” adı altında layihəni təqdim etmişdi. Baş nazir o zaman bu ideyanı Zəngəzur dəhlizinə alternativ olaraq təqdim etməyə çalışırdı. Amma sonda Azərbaycan Prezidentinin nişan verdiyi istiqamətdə addım atmağa vadar oldu, Vaşinqtonda Zəngəzur dəhlizi – Tramp marşrutu ilə bağlı razılaşmanı təsdiqlədi. Çünki İlham Əliyev demişdi: “Ermənistanın “Sülh kəsişməsi” layihəsinin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur”.

Nikol Paşinyan bu günlərdə Tiflisdə keçirilən V İpək Yolu Beynəlxalq Forumunda çıxış edərkən Ermənistanın Türkiyə və Azərbaycan arasında yüklərin tranzitinə hazır olduğunu bəyan etdi. Sitat: “Bu gündən etibarən Ermənistan ərazisi vasitəsilə Türkiyə və Azərbaycan arasında yüklərin tranzitini təmin etməyə hazırıq”.

Zahirən Azərbaycan Prezidentinin Astana bəyanatına qarşılıqlı jest kimi dəyərləndirilə bilərdi. Amma axı, Zəngəzur dəhlizində hələ daş daşın üstünə qoyulmayıb. Sadəcə ABŞ-nin 145 milyon dollarlıq tranşından və amerikalı ekspertlərin bölgədəki monitorinqindən söhbət gedir. Lakin məlum oldu ki, Paşinyan yenə də “iki qəpiklik” layihəyə qayıdıb. İrəvana döndükdən sonra niyyətini tam açıqladı. Guya ki, Azərbaycana və Türkiyəyə ürəyi yanırmış, iki türk dövlətinə marşrut təklif edib...Deyək ki, Marqara keçid məntəqəsi yenidən təmir olunub, amma Türkiyə 1993-cü ildən, Kəlbəcərin işğalından sonra bağladığı qapılarını Ermənistanın üzünə açmayıb və bu məsələ ilə bağlı da Azərbaycanla məsləhətləşmələrə önəm verir. Ortada Şuşa Bəyannaməsi var, ancaq həmin tarixi sənəd olmasaydı belə, qardaş ölkənin mövqeyi bizə çoxdan bəllidir.

Ermənistan uzun müddət ərzində çox çalışdı ki, Türkiyə ilə sərhədlərin açılmasına nail olsun. Hətta işğalı davam etdirdikləri zaman da Ankara ilə danışıqlarda Azərbaycanı kənarda qoymağa çalışırdılar. Ancaq hər dəfə arzuları gözlərində qaldı, “Bir millət, iki dövlət”in arasına girə bilmədilər. Torpaqlarımız işğaldan azad edildikdən sonra da Ermənistan Türkiyənin ürəyinə girməkdən ötrü çox cəhdlər etdi: qardaş ölkə zəlzələ fəlakəti ilə üzləşəndə yardım apardılar, Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatıldı, onun müəllifi olduğu kitabı alıb, bağrına sıxdı, Ermənistan rəsmiləri Türkiyəyə səfərlər etdilər, hətta İrəvana gələn türkiyəli nümayəndə heyətinin pasportlarına vurulan möhürdən Ağrı dağının əksini yığışdırdılar...

İndi də Marqara keçidini açdığını bəyan edir. Məqsəd iki türk dövlətinin intensiv yükdaşımalarını təmin etməkdən çox, “Sülh kəsişməsi”nin reallaşdırılması istiqamətində ilkin addım atmaq, Zəngəzur dəhlizinin aktuallığına xələl gətirməkdir. O halda iddia edə bilərlər ki, əlavə dəhlizə nə ehtiyac var, elə Azərbaycana məxsus yük maşınları da Laçından Gorusa, oradan da Marqaradan keçməklə Türkiyəyə gedə bilərlər. Bəhanə gətirə bilərlər ki, Zəngəzur dəhlizində dağları yarmaq, avtomobil yolu çəkmək əlavə çətinliklər yaradacaq, ondansa, hazır yol var...

Yeri gəlmişkən, Nikol Paşinyan Vaşinqtonda olarkən hətta cəsarət edib, Prezident Trampa ölkəsinin yollarını tərifləmişdi və Amerikadakı yollardan yaxşı olduğunu söyləmişdi. Amma bu yolların necəliyi də göz qabağındadır. Hələ dağını, daşını demirik...Paşinyan 5 ildir ki, 2020-ci ilin 10 noyabr bəyannaməsinin 9-cu bəndinə əməl edib, Zəngəzur dəhlizində işlərə başlamır, cəmi 43 km-lik məsafədən söhbət gedir. Amma o, azı 270 km-lik məsafəni Bakı və Ankaraya təklif edir.

Deyək ki, hər iki ölkə razılaşdı, bu qədər uzun məsafədə təhlükəsizliyə kim cavabdeh olacaq? Lap Gorusdan keçməklə Şərurun Biçənək kəndinə yol təklif etsinlər. Hansı sürücü canından bezib, ermənilərin içərisi ilə 300 km-ə yaxın maşın sürər? İnsanlarımız bunlardan azmı çəkib? Naxçıvana gedən qatarı daş-qalaq etdiklərini unutmuşuqmu? Paşinyan hələ revanşistləri küçələrdən, yoxa çıxmış 17 min avtomat silahı əllərdən yığışdıra bilməyib. 43 km üçün təhükəsizliyə cavabdeh ola bilməyən Ermənistan 7 dəfə artıq məsafədə asayişi təqdim edə bilərmi? Yaxud Zəngəzur dəhlizi ilə bağlı anlaşmanı pozmağa çalışan Rusiya və digərləri onda sakit oturacaqlarmı? Hər gün bir təxribat olmayacağına, hətta yolun minalanmayacağına kim təminat verəcək?

İstisna deyil ki, Paşinyan bununla həm də Azərbaycan və Türkiyənin də arasını vurmağı hədəfləyir. Məsələn, İrəvanda düşünə bilərlər ki, Türkiyə 1750 kilometrlik İstanbul-Tbilisi-Bakı marşrutundansa, hər yük maşına 350 dollarlıq yanacaq sərf etməklə, 27-30 saatlıq məsafə qət etməkdənsə, təxminən 1 350 kilometrlik Marqara-Keşişkənd-Qarakilsə-Gorus marşrutunu seçə bilər. İkinci halda İstanbuldan yola çıxan bir yük maşını Azərbaycan paytaxtına 20-22 saata, 270 dollarlıq yanacaq sərf edəcək. Ermənistan hakimiyyəti düşünə bilər ki, Türkiyə özünə sərfəli varianta üstünlük verə bilər. Amma yanılırlar, qardaş ölkə on illərdir ki, həm də Azərbaycanın maraqlarından çıxış edib. Necə ki, Azərbaycan Prezidenti zamanında Avropada “Türkiyə burada yoxdursa, mən varam”, deməklə türk düşmənlərini yerlərində oturtmuşdu !

O da istisna deyil ki, Ermənistan bu marşrutu təklif etməklə Gürcüstanın da narazılığını ortaya çıxartmağa çalışır. Axı, Gürcüstan bu gün tranzit hesabına Azərbaycan və Türkiyədən böyük vəsaitlər qazanır. Bakı-Tiflis-Ankara əməkdaşlığına xələl gətirmək üçün oyun qurur Paşinyan. Həm də ola bilsin Qərbdəki havadarlarının əli ilə. Fakt budur ki, Tiflislə Qərb arasında münasibətlər gərgin fazaya adlayıb...

Amma bütün bunlar keçməz, imza atılan sənədlər üzrə işlərə başlamaq lazımdır!

Təsadüfi deyildi ki, Prezident İlham Əliyev 21 oktyabrda Astanada Zəngəzur dəhlizi ilə bağlı çox mühüm bəyanat verdi. Bildirdi ki, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.

Ermənistan üçün gerisayım başlayıb, “iki qəpiklik” ideya üzərində baş sındırmaqdansa, Zəngəzur dəhlizi ilə bağlı hərəkətə keçmək tələb olunur! Özü də ərazisinə iddia etdiyin ölkələrə “kadastr sənədi olmayan” (ifadə Paşinyana məxsusdur - red.) ərazi subyektindən yol təklif etməyin özü də əcaib görünür. Bakının təqdim etdiyi YOL XƏRİTƏSİnə uyğun hərəkət etmək lazımdır, əksi sülhə aparmır. Erməni fitnə-felindən isə başımız çox çəkib, daha bizi aldada bilməyəcəklər! Öz yolu olmayanların, tarixən onun-bunun əlində alətə çevrilənlərin ciddi ölkələrə yol təklif etməsinin özü də absurddur...

Elşad PAŞASOY - musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mariya Zaxarovanı şoka salan REALLIQ – Tarixi manipulyasiya yoxsa siyasi sifariş CƏHDİ?
Bu gün, 11:11
Bakıda şirkətin 76 minini mənimsəyən satış təmsilçisinə hökm oxundu
Bu gün, 11:09
Mehdiyevin Siyəzəndəki adamı təqaüdə göndərilir - İDDİA
Bu gün, 11:03
Tacir GİZLİNLƏRİ AÇDI - “O adamla mənim aramda…”
Bu gün, 10:55
Astarada gəlin toy günündə öldü - HAMİLƏ İMİŞ...
Bu gün, 10:51
Günay Ağamalı mandatını itirəcək? – Qalmaqalın pərdəarxası
Bu gün, 10:46
Ramiz Mehdiyevin yaxın dairəsi parlamentdə hələ də aktivdir - ONA GÖRƏ DƏ...
Bu gün, 10:44
Bank VTB (Azərbaycan) ASC-də Hüquq departamentinə direktor və Baş hüquq inzibatçısı təyin edilib - DOSYE
Bu gün, 10:32
“Həyat yoldaşım rəhmətə getmişdi, pulu necə verdim bilmirəm” – MƏHKƏMƏDƏ rüşvət qalmaqalı
Bu gün, 10:27
Mehdiyev indiyədək belə yüzlərlə yazışmalar edib, həm də qeyri-rəsmi xətlə - FAKT BUDUR
Bu gün, 10:19
GDU-nin KİTABI BAĞLANIR... - proses başlayıb...
Bu gün, 10:11
Keçmiş bələdiyyə sədri ilə birgə ittiham olunan şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:06
Nurlan Həsənovu Əli Həsənovun qohumu kimi Ramiz Mehdiyevə KİM CALAYIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:58
Azərbaycan SSR-nin vətəndaşı müstəqil Azərbaycanın vətəndaşı ola bilmir... - GİLEY
Bu gün, 09:54
Paşinyan “sensasion xəbər”i açıqladı - GÖRÜN, NƏ İMİŞ...
Bu gün, 09:48
Mehdiyevin əlində kimlər haqqında biabırçı faktlar var? - AKTUAL
Bu gün, 09:46
Erməni kilsəsi yeni qalmaqalın mərkəzində: Olay yaradacaq videolar yayımlanacaq - “İravunk”
Bu gün, 09:44
Kredit təşkilatının İdarə Heyətinə təyinat aldı - BUNDAN SONRA...
Bu gün, 09:26
BİZİ KİM ZƏHƏRLƏYİR? - "AQTA-nın sənədi olmada marketlərə bir ərzaq daxil ola bilməz"
Bu gün, 09:22
Azərbaycanda müflisləşən şirkətin məhkəmə iclası keçiriləcək - TƏFƏRRÜAT
Bu gün, 09:17
Moskva ilə Bakı arasında təhlükəsizlik müzakirələri - NƏ BAŞ VERİR?
Bu gün, 09:10
Sığorta sektorunun `QALA`SI çoxdan uçub... - GİLEY
Bu gün, 09:07
Mehdiyevin məktubu müxalifətdə aranı qatdı - TƏFƏRRÜAT
Bu gün, 08:54
Tramp Venesuela hökumətini devirmək niyyətindədir - KİV
Bu gün, 07:49
Günay Ağamalının mandatı ləğv edilə bilər - Bu fakt yetərlidir ki...
Bu gün, 07:40
Pulların LEO BANK-a əmanətdirsə... BATDIN!
Bu gün, 07:29
Əmrullayevin yəqin ki bundan xəbəri yoxdur... - MÜRACİƏT
Bu gün, 07:16
SOCAR-dakı İXTİSAR BUMU BURALARA DA ÇATDI - "Hələ gec deyil — ayılın!"
Bu gün, 07:12
Paşinyana vaxt lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 07:02
Azərbaycan ermənilərlə savaşırdı... ABB də Qarabağ qazisi ilə! - İNDİ DƏ...
Bu gün, 06:56
Deputatın 'obyektində' utancverici mənzərə - FOTO, VİDEO
Bu gün, 06:49
Təhsil təxribatçıları bir məktəbin simasında… - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
'Padişah'a BİƏT EDƏN hansı məmurdur ki... - qanun-manun hərləmir...
Bu gün, 06:41
İrəvandakı sammitdə Əliyevlə Ərdoğanın iştirakı mümkündür - GÖZLƏNTİ
Bu gün, 06:30
Mehdiyevin müxalifət sevgisi - Bu işdə kimlərin barmağı var?
Bu gün, 06:28
Sülhə gedən... ticarət yolları - Azərbaycan və Ermənistanın mövqeləri necə fərqlənir?
Bu gün, 06:25
"Çəki atdığım üçün sevə-sevə bir-bir o libasları geyinirəm"
Bu gün, 06:21
PKK-nın geri çəkilməsi ciddidir, amma tam etibar etmək olmaz - GƏLİŞMƏ
Bu gün, 06:18
Ramiz Mehdiyevin cinayət işi və həbsi barədə rəsmi açıqlamalar nədən ləngiyir?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:34
Keçmiş MTN polkovniki: Ramiz Mehdiyev çevriliş planını təkbaşına... - TƏFƏRRÜAT
Dünən, 18:32
Rusiya bizi parçalamağa çalışır, təhlükədəyik - Frederiksen
Dünən, 18:27
Dövlət xəstəxanaları: Daha həkimə gedəndə "əlimiz cibimizdə" olacaq - AXI NİYƏ?
Dünən, 18:03
Monteneqroda həbs olunan azərbaycanlıların taleyi – Deputat açıqladı
Dünən, 18:01
Elman Nəsirovdan Şərurlu İsfəndiyarın ev təklifinə REAKSİYA
Dünən, 17:58
BP-nin Azərbaycandakı nümayəndəliyinin 68 milyon manatlıq vergi borcu var
Dünən, 17:57
Rusiyada Azərbaycan əsilli generala hökm oxundu - BUNA GÖRƏ...
Dünən, 17:55
“Fransa Ukrayna cəbhəsində pay qazanmağa çalışır” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:54
Azərbaycan şirkəti müflisləşir
Dünən, 17:53
Fiaskoya uğrayan "sülh planı" – Hamı başa düşəcək, Trampdan başqa...
Dünən, 17:52
Sabiq icra başçısı külli miqdarda borca düşdü - BUNA GÖRƏ
Dünən, 17:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru