Mariya Zaxarovanı şoka salan REALLIQ .....                     Bakıda şirkətin 76 minini mənimsəyən satış təmsilçisinə hökm oxundu .....                     Mehdiyevin Siyəzəndəki adamı təqaüdə göndərilir .....                     Tacir GİZLİNLƏRİ AÇDI .....                     Astarada gəlin toy günündə öldü .....                     Günay Ağamalı mandatını itirəcək? .....                     Ramiz Mehdiyevin yaxın dairəsi parlamentdə hələ də aktivdir .....                     Bank VTB (Azərbaycan) ASC-də Hüquq departamentinə direktor və Baş hüquq inzibatçısı təyin edilib .....                     “Həyat yoldaşım rəhmətə getmişdi, pulu necə verdim bilmirəm” .....                     Mehdiyev indiyədək belə yüzlərlə yazışmalar edib, həm də qeyri-rəsmi xətlə .....                     GDU-nin KİTABI BAĞLANIR... .....                     Keçmiş bələdiyyə sədri ilə birgə ittiham olunan şəxslərdən xəbər var .....                     Nurlan Həsənovu Əli Həsənovun qohumu kimi Ramiz Mehdiyevə KİM CALAYIR? .....                     Azərbaycan SSR-nin vətəndaşı müstəqil Azərbaycanın vətəndaşı ola bilmir... .....                     Paşinyan “sensasion xəbər”i açıqladı .....                     Mehdiyevin əlində kimlər haqqında biabırçı faktlar var? .....                     Erməni kilsəsi yeni qalmaqalın mərkəzində: Olay yaradacaq videolar yayımlanacaq .....                     Kredit təşkilatının İdarə Heyətinə təyinat aldı .....                     BİZİ KİM ZƏHƏRLƏYİR? .....                     Azərbaycanda müflisləşən şirkətin məhkəmə iclası keçiriləcək .....                     Moskva ilə Bakı arasında təhlükəsizlik müzakirələri .....                     Sığorta sektorunun `QALA`SI çoxdan uçub... .....                     Mehdiyevin məktubu müxalifətdə aranı qatdı .....                     Tramp Venesuela hökumətini devirmək niyyətindədir .....                     Günay Ağamalının mandatı ləğv edilə bilər .....                     Pulların LEO BANK-a əmanətdirsə... .....                     Əmrullayevin yəqin ki bundan xəbəri yoxdur... .....                     SOCAR-dakı İXTİSAR BUMU BURALARA DA ÇATDI .....                     Paşinyana vaxt lazımdır... .....                     Azərbaycan ermənilərlə savaşırdı... ABB də Qarabağ qazisi ilə! .....                     Deputatın 'obyektində' utancverici mənzərə .....                     Təhsil təxribatçıları bir məktəbin simasında… .....                     'Padişah'a BİƏT EDƏN hansı məmurdur ki... .....                     İrəvandakı sammitdə Əliyevlə Ərdoğanın iştirakı mümkündür .....                     Mehdiyevin müxalifət sevgisi .....                     Sülhə gedən... ticarət yolları .....                     "Çəki atdığım üçün sevə-sevə bir-bir o libasları geyinirəm" .....                     PKK-nın geri çəkilməsi ciddidir, amma tam etibar etmək olmaz .....                     Ramiz Mehdiyevin cinayət işi və həbsi barədə rəsmi açıqlamalar nədən ləngiyir?.. .....                     Keçmiş MTN polkovniki: Ramiz Mehdiyev çevriliş planını təkbaşına... .....                 

BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
Tarix: Dünən, 15:19 | Çap et

Bakı Dövlət Universiteti (BDU), Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi keçirilib.

"DİA-AZ" xəbər verir ki, mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, XXI əsr bəşəriyyət üçün yeni bir dönüş nöqtəsidir. Texnologiyalar inkişaf etdikcə, süni intellekt sistemləri insan düşüncəsinin sərhədlərini aşır. Lakin bu texnologiyanın real gücü onun etika ilə tamamlandığı, insan yönümlü və məsuliyyətli şəkildə tətbiq edildiyi zaman ortaya çıxır. Bu baxımdan süni intellektin etik ölçülərini müzakirə etmək təkcə elmi məsələ deyil, həm də mənəvi və milli məsuliyyətdir. Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası” ölkəmizin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Bu strateji sənəddə süni intellektin “etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəsi”, “insan yönümlü yanaşma, şəffaflıq, ədalət və etibarlılıq” kimi prinsiplər dövlət siyasətinin ayrılmaz hissəsi kimi təsbit olunub: “Azərbaycan bu sahədə regionda nümunə yaratmaq əzmindədir. Bakı Dövlət Universiteti isə bir əsrdən çox tarixə malik, elmi və mənəvi düşüncənin beşiyi olaraq süni intellektin etik və elmi tərəflərinin araşdırılmasına xüsusi diqqət yetirir. Son illərdə Universitetdə bu istiqamətdə mühüm addımlar atılıb. Beynəlxalq Türk Akademiyası ilə birlikdə “Süni intellektin etikası” kafedrası təsis edilib və onun tərkibi formalaşdırılmaqdadır. Bu kafedra süni intellektin istifadəsi zamanı etik, hüquqi, sosial və digər məsuliyyət tərəflərini də öyrədir. Beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrin universitetləri ilə birgə etik və hüquqi tədqiqat layihələrinin reallaşdırılması nəzərdə tutulur. Bu gün BDU-nun qarşısında bu sahədə duran əsas vəzifə yalnız süni intellekt sistemləri yaratmaq deyil, insana xidmət edən, ədalət və etika prinsipləri ilə tənzimlənən elmi mədəniyyət formalaşdırmaqdır”.

Rektor diqqətə çatdırıb ki, Türk dünyasının inkişafı və həmrəyliyi yalnız iqtisadi əlaqələrin gücləndirilməsi ilə deyil, elm, təhsil, mədəniyyət və ortaq dəyərlər üzərində qurulmuş möhkəm bir mənəvi körpü ilə mümkündür: “Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və dərin strateji baxışları türk xalqlarının həmrəyliyi, qarşılıqlı hörmət və əməkdaşlıq ruhu üçün əbədi bir ideyanın təməlini qoyub. Bu ideya Türk dünyasının inteqrasiya prosesləri, birgə layihələri və gələcəyə yönəlmiş strateji baxışında öz əksini tapır. Məhz bu ideyaların davamı olaraq, Türk dünyası dövlətlərinin başçılarının uzaqgörən təşəbbüsləri ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində yeni bir mərhələyə – elm, texnologiya, süni intellekt və innovasiya sahəsində ortaq ekosistemin formalaşması mərhələsinə qədəm qoyulub. Bu ekosistem yalnız texnoloji tərəqqini deyil, həm də etik məsuliyyəti, insan mərkəzli yanaşmanı və ortaq dəyərlər üzərində qurulmuş elmi əməkdaşlığı özündə birləşdirir. BDU tərəfindən elm və təhsildə yeni çağırışlara cavab olaraq “Türk dünyasında süni intellekt etikası Mərkəzi”nin yaradılması kimi təşəbbüs irəli sürmək istərdik. Bu təşəbbüs Türk dövlətlərinin müvafiq universitetlərinin elmi potensialının birləşdirilməsinə, süni intellekt sahəsində ortaq elmi-praktik platformanın qurulmasına və gələcəyin etik prinsiplərə əsaslanan texnoloji inkişaf modelinin yaradılmasına yönəldilməlidir. Oktyabrın 31-dək davam edəcək Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbində dünyanın 10 ölkəsindən aparıcı universitet və elmi mərkəzlərin nümayəndələri, alimlər, ekspertlər və tələbələr iştirak edirlər. Bu beynəlxalq platforma təkcə süni intellektin texnoloji tərəflərini deyil, onun etik, sosial və hüquqi aspektlərini müzakirə etmək, həmçinin ortaq elmi baxış və standartların formalaşdırılmasına töhfə vermək məqsədi daşıyır. Tədbir çərçivəsində süni intellektin etik prinsipləri, tədris proqramlarına inteqrasiyası, məsuliyyətli texnologiya anlayışı, eləcə də insan yönümlü innovasiya modelləri kimi aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılacaq”.

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev süni intellektin sürətli inkişafının özü ilə həyatımıza misli görülməmiş yeni imkanlar gətirdiyini deyib: “Hazırda süni intellekt təhsil, səhiyyə və dövlət idarəçiliyindən tutmuş, təhlükəslizlik və idarəetməyə qədər insan həyatının bütün sahələrinə təsir göstərir. Bu isə yeni çağırışları və həllini tələb edən sualları gündəmə gətirir. Türk Dövlətləri Təşkilatının bütün strateji sənədlərində bu məsələnin fövqəladə əhəmiyyətinə toxunulub, müxtəlif sahələrdə süni intellektdən istifadənin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Bugünkü konfrans yalnız akademik tədbir deyil, həm də birgə intellektual və institusional səylər vasitəsilə bu strateji məqsədlərin həyata keçirilməsi istiqamətində atılan ən böyük praktik addımdır. Biliyi və əxlaqı məsuliyyətlə əlaqələndirən, dərin fəlsəfi ənənələrə sahib Türk dünyası süni intellekt etikasına dair qlobal müzakirələrə mühüm töhfə verə bilər. Süni intellekti ortaq mənəvi dəyərlərlə birləşdirməklə Türk dünyasına xidmət etmiş olarıq”.

Türkiyə Elmlər Akademiyasının Prezidenti, professor Muzaffer Şeker isə vurğulayıb ki, süni intellekt texnologiyalarının bir çox sahələrdə tətbiqi onun etik, hüquqi və mədəni istiqamətlərdə də araşdırılmasının zəruriliyini tələb edir: “Süni intellekt artıq rəqəmsal laboratoriyaların mövzusu deyil, beynəlxalq siyasətin və iqtisadiyyatın mərkəzindədir. Süni intellekt texnologiyalarının inkişafı artıq qlobal rəqabət halına gəlib, Türk dünyasının bu rəqabətdə öz layiqli yerini tutması üçün alimlərimizin üzərinə mühüm öhdəlik düşür. Konfransda müzakirə ediləcək məsələlər və qəbul ediləcək qərarların qeyd edilən istiqamətdə əsaslı bir çağırışa çevriləcəyinə inanıram”.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakı Dövlət Universitetində günümüzün ən aktual və vacib məsələsinə çevrilən süni intellektin etikasına dair təşəbbüslərin Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: “Türk dünyası öz gələcəyini birlikdə düşünür. Süni intellekin daha ədalətli yönəldilməsi üçün istər Türk dünyası, istərsə də bütün dünya ölkələri çalışmalıdır. Bu konfransda aparılan müzakirə və dialoqlar tək Türk dünyasının deyil, dost və müttəfiq ölkələrin də gələcəyinə öz təsirini göstərəcək”.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Pakistanın Quaid-i-Azam Universitetinin Al-Farabi adına Süni İntellekt və Kiber Təhlükəsizlik Mərkəzinin direktoru, professor Muazzam Ali xan Xattak süni intellekt etikasına dair birgə təşəbbüslərin əhəmiyyətinə toxunub və konfansın önəmli nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.

Konfrans çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker və Pakistanın Quaid-i-Azam Universitetinin Al-Farabi adına Süni İntellekt və Kiber Təhlükəsizlik Mərkəzinin direktoru Muazzam Ali xan Xattaka Bakı Dövlət Universiteti adından Süni İntellektin Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız Məktəbinin təşkilinə göstərdiyi dəstəyə, elmi əməkdaşlığın və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə təşəkkürnamələr təqdim olunub.

Sonda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii kompozisiya nümayiş olunub.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mariya Zaxarovanı şoka salan REALLIQ – Tarixi manipulyasiya yoxsa siyasi sifariş CƏHDİ?
Bu gün, 11:11
Bakıda şirkətin 76 minini mənimsəyən satış təmsilçisinə hökm oxundu
Bu gün, 11:09
Mehdiyevin Siyəzəndəki adamı təqaüdə göndərilir - İDDİA
Bu gün, 11:03
Tacir GİZLİNLƏRİ AÇDI - “O adamla mənim aramda…”
Bu gün, 10:55
Astarada gəlin toy günündə öldü - HAMİLƏ İMİŞ...
Bu gün, 10:51
Günay Ağamalı mandatını itirəcək? – Qalmaqalın pərdəarxası
Bu gün, 10:46
Ramiz Mehdiyevin yaxın dairəsi parlamentdə hələ də aktivdir - ONA GÖRƏ DƏ...
Bu gün, 10:44
Bank VTB (Azərbaycan) ASC-də Hüquq departamentinə direktor və Baş hüquq inzibatçısı təyin edilib - DOSYE
Bu gün, 10:32
“Həyat yoldaşım rəhmətə getmişdi, pulu necə verdim bilmirəm” – MƏHKƏMƏDƏ rüşvət qalmaqalı
Bu gün, 10:27
Mehdiyev indiyədək belə yüzlərlə yazışmalar edib, həm də qeyri-rəsmi xətlə - FAKT BUDUR
Bu gün, 10:19
GDU-nin KİTABI BAĞLANIR... - proses başlayıb...
Bu gün, 10:11
Keçmiş bələdiyyə sədri ilə birgə ittiham olunan şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:06
Nurlan Həsənovu Əli Həsənovun qohumu kimi Ramiz Mehdiyevə KİM CALAYIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:58
Azərbaycan SSR-nin vətəndaşı müstəqil Azərbaycanın vətəndaşı ola bilmir... - GİLEY
Bu gün, 09:54
Paşinyan “sensasion xəbər”i açıqladı - GÖRÜN, NƏ İMİŞ...
Bu gün, 09:48
Mehdiyevin əlində kimlər haqqında biabırçı faktlar var? - AKTUAL
Bu gün, 09:46
Erməni kilsəsi yeni qalmaqalın mərkəzində: Olay yaradacaq videolar yayımlanacaq - “İravunk”
Bu gün, 09:44
Kredit təşkilatının İdarə Heyətinə təyinat aldı - BUNDAN SONRA...
Bu gün, 09:26
BİZİ KİM ZƏHƏRLƏYİR? - "AQTA-nın sənədi olmada marketlərə bir ərzaq daxil ola bilməz"
Bu gün, 09:22
Azərbaycanda müflisləşən şirkətin məhkəmə iclası keçiriləcək - TƏFƏRRÜAT
Bu gün, 09:17
Moskva ilə Bakı arasında təhlükəsizlik müzakirələri - NƏ BAŞ VERİR?
Bu gün, 09:10
Sığorta sektorunun `QALA`SI çoxdan uçub... - GİLEY
Bu gün, 09:07
Mehdiyevin məktubu müxalifətdə aranı qatdı - TƏFƏRRÜAT
Bu gün, 08:54
Tramp Venesuela hökumətini devirmək niyyətindədir - KİV
Bu gün, 07:49
Günay Ağamalının mandatı ləğv edilə bilər - Bu fakt yetərlidir ki...
Bu gün, 07:40
Pulların LEO BANK-a əmanətdirsə... BATDIN!
Bu gün, 07:29
Əmrullayevin yəqin ki bundan xəbəri yoxdur... - MÜRACİƏT
Bu gün, 07:16
SOCAR-dakı İXTİSAR BUMU BURALARA DA ÇATDI - "Hələ gec deyil — ayılın!"
Bu gün, 07:12
Paşinyana vaxt lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 07:02
Azərbaycan ermənilərlə savaşırdı... ABB də Qarabağ qazisi ilə! - İNDİ DƏ...
Bu gün, 06:56
Deputatın 'obyektində' utancverici mənzərə - FOTO, VİDEO
Bu gün, 06:49
Təhsil təxribatçıları bir məktəbin simasında… - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
'Padişah'a BİƏT EDƏN hansı məmurdur ki... - qanun-manun hərləmir...
Bu gün, 06:41
İrəvandakı sammitdə Əliyevlə Ərdoğanın iştirakı mümkündür - GÖZLƏNTİ
Bu gün, 06:30
Mehdiyevin müxalifət sevgisi - Bu işdə kimlərin barmağı var?
Bu gün, 06:28
Sülhə gedən... ticarət yolları - Azərbaycan və Ermənistanın mövqeləri necə fərqlənir?
Bu gün, 06:25
"Çəki atdığım üçün sevə-sevə bir-bir o libasları geyinirəm"
Bu gün, 06:21
PKK-nın geri çəkilməsi ciddidir, amma tam etibar etmək olmaz - GƏLİŞMƏ
Bu gün, 06:18
Ramiz Mehdiyevin cinayət işi və həbsi barədə rəsmi açıqlamalar nədən ləngiyir?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:34
Keçmiş MTN polkovniki: Ramiz Mehdiyev çevriliş planını təkbaşına... - TƏFƏRRÜAT
Dünən, 18:32
Rusiya bizi parçalamağa çalışır, təhlükədəyik - Frederiksen
Dünən, 18:27
Dövlət xəstəxanaları: Daha həkimə gedəndə "əlimiz cibimizdə" olacaq - AXI NİYƏ?
Dünən, 18:03
Monteneqroda həbs olunan azərbaycanlıların taleyi – Deputat açıqladı
Dünən, 18:01
Elman Nəsirovdan Şərurlu İsfəndiyarın ev təklifinə REAKSİYA
Dünən, 17:58
BP-nin Azərbaycandakı nümayəndəliyinin 68 milyon manatlıq vergi borcu var
Dünən, 17:57
Rusiyada Azərbaycan əsilli generala hökm oxundu - BUNA GÖRƏ...
Dünən, 17:55
“Fransa Ukrayna cəbhəsində pay qazanmağa çalışır” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:54
Azərbaycan şirkəti müflisləşir
Dünən, 17:53
Fiaskoya uğrayan "sülh planı" – Hamı başa düşəcək, Trampdan başqa...
Dünən, 17:52
Sabiq icra başçısı külli miqdarda borca düşdü - BUNA GÖRƏ
Dünən, 17:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru