"AZCARS ZZ LOGISTIK" Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borcu üzə çıxıb.
32gun.az xəbər verir ki, şirkətin borcu 393.864,36 AZN məbləğindədir.
Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 24, mənzil 38 ünvanında qeydiyyatdan keçib.
Cəmiyyətin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Hüquqi şəxsin qanuni təmsilçisi Ələsgər Əliyev Abasəli oğludur.