Bu gün paytaxtın 555 küçəsi yuyulub .....                     Metropoliten “Məktəbli avtobusları”na qarşı: “Dərsə metro ilə get” .....                     Masallıda 1,2 milyona abadlıq işləri aparılacaq .....                     Nəticəsiz danışıqlar: Kreml ABŞ-ın səxavətli təklifini rədd etdi .....                     Azərbaycan və Türkiyə Rusiyanın xilası ola bilər .....                     Qərbi Azərbaycanın Gabud kənd icmasında YEYİNTİ İFŞA OLUNDU .....                     Paytaxtda növbəti təmizlik işləri aparılıb, yaşıllıqlara qulluq göstərilib .....                     Naxçıvanda 15 yaşlı uşağa təcavüz işində təqsirləndirilənlərdən daha birinin cəzası artırılıb .....                     "Nə deyim vallah: utanın, ölün, yerə girin də..." .....                     Xəzər dənizi ilə İrandan Azərbaycana 510 kq narkotikin keçirilməsinin qarşısı alınıb .....                     "Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol İran üçün fürsət ola bilər" .....                     Təhsil naziri etiraf etdi ki, 3 şagirddən 1-i savadsızdır... .....                     Cabirin atasından vəhhabi iddialarına CAVAB .....                     Elmar Məmmədyarov niyə məmurla quda olmadı? .....                     8 TRİLYON BÜDCƏ KƏSİRİ, YANACAQ ÇATMIR, CƏRİMƏLƏR ARTIR .....                     “Allaha tapşırıram” .....                     Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqları artırılır .....                     Bu tələbələrə Prezident təqaüdü veriləcək .....                     ABŞ Trampın şəkli olan 1 dollarlıq sikkələr buraxmağa hazırlaşır .....                     Milyardlarla dollarlıq Azərbaycan nefti Aktauya qanunsuz daşındı .....                     “Veteran” adı almağa "ödənişli" kömək... .....                     Özbəkistan rus dilindən "uzaqlaşıb" öz dilinə, israfdan uzaqlaşıb dəyərlərinə qayıdır... .....                     Çəkiliş qrupunu görən bağça müəllimi pəncərədən qaçdı .....                     Ruslar soydaşımızı BELƏ QƏTLƏ YETİRDİ .....                     Qareginin nüfuzunu tamamilə sarsıtmaq asan olmayacaq .....                     ABŞ-da büdcə BÖHRANI .....                     Şirvanda başçı müavini sahibkarlara "haqq" qoyub .....                     Xaçmazda imam müavini arvadını boğaraq öldürdü .....                     Akopyan Ərdoğanın bu məşhur ifadəsini işlətdi... .....                     Azərbaycanın Türkiyədəki səfirliyinə yeni müşavir təyin edilib .....                     "Prezidentə yox eee, get lap Səddam Hüseynə şikayət et" .....                     Direktor Dadaş Əliyev hər müəllimdən 50 manat, rəhbər şəxslərdən isə 100 manat pul yığır .....                     4 Oktyabr - Cəbrayıl şəhəri günüdür .....                     Xankəndidən qaçan o qadın... .....                     "Sizin Gömrük xidmətinizin X-Ray cihazları yoxdurmu?" .....                     İlham Əliyev Ermənistana SƏFƏR EDƏCƏK? .....                     Makron bükə bilmədiyi əli ÖPMƏLİ OLDU... .....                     Şahbuzda sürücüləri təhdid edənlər KİMDİR? .....                     Azərbaycanlı ilə sevgili olmuş erməni konsulun həbsi etimad mühitinə zərbə vurur .....                     Emin Əmirullayevin adamında 350 min hardandı .....                 

4 Oktyabr - Cəbrayıl şəhəri günüdür - MƏQALƏ
Tarix: Bu gün, 09:42 | Çap et

Cəbrayıl ərazisi 1841-ci ildə Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyində olub.

Cəbrayıl rayonu 1930-cu ildə təşkil edilib.1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kvadrat kilometri əhatə edən, 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdılıb. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Cəbrayıl rayonundan olan qaçqın və köçkünlər Azərbaycanın 58 rayonun 200-dən artıq yaşayış məntəqəsində, yarımtikili binalarda, yük vaqonlarında, yataqxanalarda, qaçqınlar üçün təşkil edilmiş çadırlarda məskunlaşaraq ağır şəraitdə yaşamışlar.

Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta burada neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olub. Rayonda 510 çarpayılıq xəstəxana, 72 məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 78 kitabxana və 1 Rayon Tarix-Diyarşünaslıq muzeyi, muzeydə isə 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi. Bunların hamısı erməni vandalları tərəfindən dağıdılmış, yerlə yeksan edilmişdir.

Rayonun ərazisində tariximizi özündə əks etdirən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələr də işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.

1994-cü il yanvar ayının 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan bayrağını Horadiz şəhərinə sancıb. Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi.

2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir.

Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə Cəbrayıl şəhəri və 90 kənd işğaldan azad edilib. 2020-ci il oktyabrın 18-də isə Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldılıb.

Ali Baş Komandan İlham Əliyev 2021-ci il oktyabrın 17-də Füzuli rayon ictimaiyyəti ilə görüşdə Xudafərin qəsəbəsinin azad olunmasının strateji əhəmiyyətini vurğulayaraq deyib: “Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünə çıxdı və Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını dalğalandırdı. Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik.”

Möhtəşəm Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82%-nin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18%-in isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu vaxta kimi Cəbrayıla 659 ailə - 2856 nəfər köçürülüb.

Kərim Ataşov
Xırdalan şəhər sakini, şəhid Asif Ataşovun atası

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün paytaxtın 555 küçəsi yuyulub
Bu gün, 17:28
Metropoliten “Məktəbli avtobusları”na qarşı: “Dərsə metro ilə get” - FOTO
Bu gün, 13:14
Masallıda 1,2 milyona abadlıq işləri aparılacaq
Bu gün, 13:13
Nəticəsiz danışıqlar: Kreml ABŞ-ın səxavətli təklifini rədd etdi - ONA GÖRƏ DƏ...
Bu gün, 13:03
Azərbaycan və Türkiyə Rusiyanın xilası ola bilər -Kremlin çıxış yolu Bakı və Ankaradan keçir
Bu gün, 13:01
Qərbi Azərbaycanın Gabud kənd icmasında YEYİNTİ İFŞA OLUNDU - Standartlaşdırma və Meteorologiya İnstitutunun əməkdaşı QOVULDU
Bu gün, 12:46
Paytaxtda növbəti təmizlik işləri aparılıb, yaşıllıqlara qulluq göstərilib - FOTO
Bu gün, 12:39
Naxçıvanda 15 yaşlı uşağa təcavüz işində təqsirləndirilənlərdən daha birinin cəzası artırılıb - AÇIQLAMA
Bu gün, 12:34
"Nə deyim vallah: utanın, ölün, yerə girin də..." - Keçmiş deputat Azercell-in oğurluğunu İFŞA ETDİ
Bu gün, 12:31
Xəzər dənizi ilə İrandan Azərbaycana 510 kq narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO
Bu gün, 12:24
"Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol İran üçün fürsət ola bilər" - Zərif
Bu gün, 12:22
Təhsil naziri etiraf etdi ki, 3 şagirddən 1-i savadsızdır... - Amma səbəblərindən danışmadı...
Bu gün, 12:19
Cabirin atasından vəhhabi iddialarına CAVAB - "Biz nə hayda, siz nə hayda?"
Bu gün, 12:15
Elmar Məmmədyarov niyə məmurla quda olmadı? – VİDEO
Bu gün, 12:07
8 TRİLYON BÜDCƏ KƏSİRİ, YANACAQ ÇATMIR, CƏRİMƏLƏR ARTIR – Putinin “Valday”da görməzdən gəldiyi problemlər
Bu gün, 12:02
“Allaha tapşırıram” - Sərxan Kərəmoğlu kimə QARĞIŞ ETDİ?
Bu gün, 11:54
Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqları artırılır - SƏRƏNCAM
Bu gün, 11:51
Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
Bu gün, 11:49
ABŞ Trampın şəkli olan 1 dollarlıq sikkələr buraxmağa hazırlaşır - "Fox Business"
Bu gün, 11:46
Milyardlarla dollarlıq Azərbaycan nefti Aktauya qanunsuz daşındı - Mütəşəkkil dəstənin MƏHKƏMƏSİ
Bu gün, 11:31
“Veteran” adı almağa "ödənişli" kömək... - Əlillər şikayət edir, laboratoriya həkimi özünü təqsirli bilmir
Bu gün, 11:22
Özbəkistan rus dilindən "uzaqlaşıb" öz dilinə, israfdan uzaqlaşıb dəyərlərinə qayıdır... - Bəs Azərbaycan?
Bu gün, 11:20
Çəkiliş qrupunu görən bağça müəllimi pəncərədən qaçdı - VİDEO
Bu gün, 11:13
Ruslar soydaşımızı BELƏ QƏTLƏ YETİRDİ - FOTO
Bu gün, 11:08
Qareginin nüfuzunu tamamilə sarsıtmaq asan olmayacaq - ÇÜNKİ...
Bu gün, 10:57
ABŞ-da büdcə BÖHRANI – Nə baş verir?
Bu gün, 10:48
Şirvanda başçı müavini sahibkarlara "haqq" qoyub - BU NƏDİ BELƏ?
Bu gün, 10:44
Xaçmazda imam müavini arvadını boğaraq öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:37
Akopyan Ərdoğanın bu məşhur ifadəsini işlətdi... - TƏFƏRRÜAT
Bu gün, 10:22
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni müşavir təyin edilib
Bu gün, 10:08
"Prezidentə yox eee, get lap Səddam Hüseynə şikayət et" - NARAZILIQ VAR...
Bu gün, 09:56
Direktor Dadaş Əliyev hər müəllimdən 50 manat, rəhbər şəxslərdən isə 100 manat pul yığır - İTTİHAM VAR...
Bu gün, 09:48
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür - MƏQALƏ
Bu gün, 09:42
Xankəndidən qaçan o qadın... - Metakse nə istəyir?
Bu gün, 09:38
"Sizin Gömrük xidmətinizin X-Ray cihazları yoxdurmu?" - ETİRAZ VAR...
Bu gün, 09:30
İlham Əliyev Ermənistana SƏFƏR EDƏCƏK? - GƏLİŞMƏ
Bu gün, 09:24
Makron bükə bilmədiyi əli ÖPMƏLİ OLDU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:21
Şahbuzda sürücüləri təhdid edənlər KİMDİR? - ÖZBAŞINA QALIBLAR
Bu gün, 09:19
Azərbaycanlı ilə sevgili olmuş erməni konsulun həbsi etimad mühitinə zərbə vurur - reaksiya
Bu gün, 09:09
Emin Əmirullayevin adamında 350 min hardandı – Museyibovun sirri
Bu gün, 08:12
"Azercell" istifadəçiləri kontur oğurluğundan ŞİKAYƏT EDİR - "Şikayət etmək mənasızdı..."
Bu gün, 08:09
”AYNA rəhbəri nə qədər mənimsəmə edib ki, özünə bir milyonluq villa alıb?” - Partiya sədri SORUŞUR
Bu gün, 08:02
Pekin Vaşinqtonu 1 trilyon dollar investisiya ilə ələ almaq istəyir - KİV
Bu gün, 07:58
Şərurlu İsfəndiyardan həbs olunacağı iddialarına reaksiya - "Allah bilir..."
Bu gün, 07:57
Qudaların başqa vəzifələri də varmış... - Dövlət Agentliyində traybalizm...
Bu gün, 07:55
"Bakcell" "İnnovasiyalar və süni intellekt" konfransının əsas tərəfdaşı oldu - FOTO
Bu gün, 07:52
Milli Qəhrəmanın ruhuna sayğısızlıq... - BU NƏDİ BELƏ?
Bu gün, 07:49
Məktəblərdə "fond pulu" YIĞIMI - AXI NİYƏ?..
Bu gün, 07:45
132-134 saylı məktəbdən səs yazısı YAYILDI - "60 azn-dən pul yığılsın"
Bu gün, 07:41
Sülh carçısı, yoxsa qatı şovinist? – Papoyanın səlahiyyətləri harada bitir
Bu gün, 07:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru