Rusiyada nəzarət olunan şəxslər reyestrinə daxil edilmiş miqrantların leqallaşdırılması üçün verilən möhlət bu gün bitir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, leqallaşma və ya çıxış imkanından istifadə etməyən miqrantlar sentyabrın 11-dən etibarən ölkədən deportasiya olunacaq.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ilin dekabrında imzaladığı fərman miqrantlara aprelin 30-na qədər hüquqi statuslarını tənzimləməyi nəzərə tuturdu. Prezident apreldə xarici vətəndaşlara ölkədən çıxmadan sənədlərini rəsmiləşdirmək və statuslarını tənzimləmək üçün möhlət verən digər fərman imzalamışdı. Bu fərmana əsasən, əcnəbilərin Rusiyada qalmaları sentyabrın 10-a qədər qanuniləşdirməlidir.