Artan gərginlik nəticəsində Nepal Prezidenti Ram Çandra Paudel istefa qərarı verib.
Nepalın sabiq baş naziri Cal Natx Xanalanın həyat yoldaşı Racia Lakşmi Çitrakar yanıq xəsarətlərindən dünyasını dəyişib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, etirazçılar onu evə salaraq əl-qolunu bağlayıb, daha sonra binanı yandırıblar.
Hadisələr sosial şəbəkələr və bir sıra internet platformalarının – YouTube, X, LinkedIn, Reddit, WhatsApp, Facebook və Instagramın – bloklanmasından sonra başlanmış kütləvi etirazların fonunda baş verib.