Əsas Səhifə > Güney Press > Hindistan Azərbaycanla bağlı geri addım atdı
Hindistan Azərbaycanla bağlı geri addım atdıBu gün, 18:12 |
Hindistan bu yaxınlarda Çində keçirilən sammit zamanı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü əngəlləməklə bağlı ittihamlarını rədd edib. “Cebheinfo.az” bu barədə “News18”-ə istinadən xəbər verir. Yeni Dehli üzvlüklə bağlı qərarın vaxt məhdudiyyəti səbəbindən verilə bilmədiyini iddia edib. Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Cavaysal bildirib ki, Ermənistan və Azərbaycan ŞƏT-ə üzv olmaq üçün müraciət ediblər. "Vaxt məhdudiyyəti səbəbindən üzv dövlətlər bu məsələ ilə bağlı qərar qəbul edə bilməyiblər. Məsələ hələ də nəzərdən keçirilir", - o deyib. Geri qayıt |