Ermənistan və ABŞ arasında keçirilən “Qartal Tərəfdaşı-2025” birgə hərbi təlimləri başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
Avqustun 12-dən 20-dək Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadası, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunları və Kanzas Milli Qvardiyasının iştirakı ilə beynəlxalq sülhməramlı missiyalara hazırlıq məqsədilə birgə hərbi təlim keçirilib.
Təlimlərin sonunda ABŞ hərbçiləri texnikaları ilə birlikdə Ermənistanı tərk ediblər.