Bakı Slavyan Universiteti elan etdiyi tenderin nəticələrini açıqlayıb.
"DİA-AZ" xəbər verir ki, sözügedən tender universitetin birinci və ikinci tədris binalarında, həmçinin yataqxanasında cari təmir işlərinin həyata keçirilməsi üçün elan edilmişdi. Tenderin qalibi "Babayev Group Company" MMC (VÖEN: 1505253611) olub.
Qalib şirkətə 1 486 009 manat ödəniş ediləcək.
Qeyd edək ki, "Babayev Group Company" MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 min 10 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Raman Babayev Şaiq oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 20 ünvanındadır.