Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... .....                     İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... .....                     Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir .....                     Tramp bu ittifaqı dağıda biləcəkmi? .....                     Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu .....                     Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib .....                     DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib .....                     Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin .....                     Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU .....                     Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... .....                     Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb .....                     Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi .....                     AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib .....                     Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib .....                     Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək .....                     “CDC Klinik”də işçilərin hüququ POZULUR .....                     İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? .....                     Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... .....                     Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? .....                     "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" .....                     Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: .....                     Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: .....                     Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! .....                     Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... .....                     “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” .....                     Bakıya xalasıgilə gələn qız itkin düşdü .....                     Putinin adamının müəmmalı İran səfəri .....                     Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ .....                     “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” .....                     Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? .....                     Başçını ittiham edən qohumu barədə qərar verildi .....                     “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” .....                     Barışıq tələskənliyi... .....                     Ayvazyanın GERİ ZƏKASI... .....                     Su həmişə təmizlik mənbəyi deyil... .....                     “Rusiya Güney Qafqaza girəcək...” .....                     Paşinyan “ev tapşırığı”nın icrasına başladı .....                     Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... .....                     Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar .....                     Tramp-Putin görüşü nəyi sübut etdi? .....                 

Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Tarix: Bu gün, 08:48 | Çap et

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı növbəti tələbinə razılıq verib. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Ermənistan Konstitusiyasından çıxarılmasından gedir: “Bunu Vaşinqton Sazişinin birinci bəndi sübut edir. Orada bildirilir: ”Sülh müqaviləsi paraflandıqdan sonra biz sazişin imzalanması və yekun ratifikasiyası istiqamətində gələcək fəaliyyətlərin davam etdirilməsinin zəruriliyini qəbul etdik və ölkələrimiz arasında sülhün qorunması və möhkəmləndirilməsinin vacibliyini vurğuladıq".

Bu razılaşmadan sonra Bakı bəyan elədi ki, Paşinyana ev tapşırığı veriblər: o, Konstitusiyanı dəyişməlidir və sülh sazişi bundan sonra imzalanacaq" (Teleqraf).

Qəzet ardınca qeyd edir ki, Konstitusiya İslahatı Şurası uzun fasilədən sonra həftələr öncə iclas keçirib. “Əldə etdiyimiz məlumata görə, şura tezliklə yeni Konstitusiyanın mətninin hazırlanması üçün aktiv şəkildə iclaslar keçirəcək”, - məlumatda bildirilir.

Bəs Paşinyan Əliyev və Trampın əsas “Ev tapşırığı”nı hansı tarixdə reallaşdıracaq?

“Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən müddəaların çıxarılmasına razılıq verməsi, uzun illərdir bölgədə gərginliyə səbəb olan təxribatçı yanaşmadan imtina istiqamətində mühüm addımdır. Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadla ərazi iddialarını Konstitusiya səviyyəsində qoruması beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də dövlətlərin ərazi bütövlüyü prinsipinə ziddir. Bu səbəbdən həmin müddəaların ləğvi regionda davamlı sülhün bərqərar olması üçün zəruri şərtdir”. Bunu “Yeni Müsavat”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Vaşinqton Sazişinin birinci bəndində də vurğulandığı kimi, sülh müqaviləsinin paraflanmasından sonra onun imzalanması və ratifikasiyası üçün zəruri addımların atılması tərəflərin öhdəliyidir: “Ermənistan Konstitusiyasındakı təxribatçı müddəaların aradan qaldırılması, bu öhdəliyin real icrası və sülh prosesinin irəliyə aparılması üçün əsaslı zəmin yaradacaq. Bu baxımdan hesab edirəm ki, Ermənistanın ”ev tapşırığı"nı tez bir zamanda yerinə yetirməsi vacibdir. Çünki hər hansı siyasi manevr və ya gecikmə cəhdləri, təkcə sülh gündəliyinə zərbə vurmaqla qalmayacaq, həm də Ermənistanın beynəlxalq etibarlılığını ciddi şəkildə sarsıdacaq. Sülhün imzalanması üçün bu addımın gecikdirilmədən atılması bölgədə sabitlik və qarşılıqlı etimad mühitinin möhkəmlənməsi baxımından həlledici əhəmiyyət daşıyır".

V.İskəndərov qeyd edib ki, Azərbaycan sülhün əldə olunması üçün bütün addımları atmağa hazırdır: “İndi top Ermənistanın tərəfindədir. Paşinyan hökuməti siyasi iradə nümayiş etdirərək bu dəyişiklikləri reallaşdırmalı, xalqını əsassız iddiaların əsiri olmaqdan qurtarmalıdır. Yalnız bundan sonra bölgədə etibarlı sülh və əməkdaşlıq mühiti formalaşa bilər”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov məsələlərə bu cür aydınlıq gətirdi: “Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması və dövlətlərarası münasibətlərin qurulmasında əngəl olan iki vacib məsələ var. Biri fəaliyyəti olmayan ATƏT Minsk Qrupunun buraxılması və Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması idi. Lakin İrəvan hər vəhclə Bakının haqlı tələblərini icra etmək istəmirdi. Bu da nəticə etibarı ilə sülh sazişini imzalamağı yubadırdı. 8 avqustda Ağ Evdə prezident Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan görüşlərdə və imzalanan tarixi sənədlərdə nəhayət ki, Paşinyan şərtləri qəbul etmək məcburiyyətində qaldı. ATƏT Minsk Qrupu demək olar ki, buraxılıb. Hər iki tərəf bununla bağlı quruma birgə müraciəti ünvanlayıb. Lakin konstitusiya dəyişikliyinin bir qədər uzun proses olacağı gözlənilir. Bunun üçün ilk növbədə ciddi hazırlıqlar tələb olunur. Erməni cəmiyyətini inandırmaq lazımdır ki, onların konstitusiyası işğalçı ruhludur, başqa dövlətlərin ərazilərinə iddia edilir. Bu təkcə Azərbaycanın şərti kimi qəbul edilməməlidir, beynəlxalq hüquq normaları və prinsiplərindən irəli gəlir. Bir dövlətin ərazisinə konstitusiya ilə iddia edərək həmin dövlətlə sülh sazişi imzalamaq və diplomatik əlaqələr qurmaq absurd səslənir. Gələcəkdə imzalanacaq həmin sənədlərin özü də davamlı sabitliyə və təhlükəsizliyə tam təminat vermir. Nəzərə almaq lazımdır ki, erməni müxalifəti, həmçinin kilsə sülh sazişinə qarşı çıxmaqdadır və onlar bu yolu bloklamaq üçün hər cür vasitəyə əl atırlar. Rusiya da həmin qüvvələri açıq şəkildə müdafiə etməkdədir. Odur ki, Paşinyan müsbət nəticəni almaq üçün təbliğat aparatını gücləndirib erməni cəmiyyətini Konstitusiya dəyişikliyinin vacibliyinə inandırmağı bacarmalıdır. Mövcud durum isə qaneedici deyil və Konstitusiya dəyişikliyində üstünlük Bakının diktəsi kimi qəbul edilir. Qarşıda isə Ermənistanda parlament seçkiləridir və indiki hakimiyyət nisbi üstünlüyə malikdir. Odur ki, Paşinyan seçki öncəsi referenduma getməyə tərəddüd edərdi. Ehtimallardan biri odur ki, seçkini udub növbəti qısa mərhələdə referenduma start verilsin. Lakin Birləşmiş Ştatların və Qərbin güclü dəstəyini hiss edərsə, o zaman uzağı 2026-cı ilədək Konstitusiya dəyişikliyini həll edər. Məncə, Baş nazir üçün yaxın prioritet hakimiyyətini qorumaqdır. Erməni kilsəsinə qarşı total hücum da, Moskvanın əlaltılarını əzməklə bağlı sərt tədbirləri də məhz parlament seçkilərinə hesablanıb. Əsas odur ki, sülh sazişi paraflanıb, Ermənistan sazişdən irəli gələn müddəaları qeyd şərtsiz icra etməlidir və edəcək də. Əks təqdirdə fəlakətlə üzləşə bilər”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
Bu gün, 13:17
İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
Bu gün, 13:12
Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
Bu gün, 13:03
Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 13:00
Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
Bu gün, 12:41
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
Bu gün, 12:38
DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Bu gün, 12:37
Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:26
Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
Bu gün, 12:17
Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:13
Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
Bu gün, 12:00
Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
Bu gün, 11:57
AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
Bu gün, 11:53
Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
Bu gün, 11:51
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Bu gün, 11:48
“CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
Bu gün, 11:43
İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
Bu gün, 11:33
Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 11:29
Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 11:25
"Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:23
Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
Bu gün, 11:17
Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
Bu gün, 11:14
Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
Bu gün, 11:08
Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
Bu gün, 11:03
“Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
Bu gün, 10:56
Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
Bu gün, 10:43
Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
Bu gün, 10:36
Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
Bu gün, 10:01
“Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Bu gün, 09:59
Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
Bu gün, 09:47
Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:33
“Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Bu gün, 09:30
Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Ayvazyanın GERİ ZƏKASI...
Bu gün, 09:19
Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
Bu gün, 09:13
“Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Bu gün, 09:02
Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Bu gün, 08:48
Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
Bu gün, 08:39
Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar - İNCƏLƏMƏ
Bu gün, 07:09
Tramp-Putin görüşü nəyi sübut etdi? - FƏRİD ŞAHBAZLI YAZIR
Bu gün, 07:04
Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu - İLGİNC
Bu gün, 06:59
Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? - TƏFƏRRÜAT
Bu gün, 06:54
İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR - səlahiyyətləri isə...
Bu gün, 06:50
Korrupsioner direktoru nazir HİMAYƏ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:46
Zəngəzur dəhlizi Naxçıvan sakinləri üçün AÇIQ OLACAQ? - deputat ŞƏRH EDİR
Bu gün, 06:30
Trampla Putin yenidən görüşə bilər - bu dəfə Moskvada...
Bu gün, 06:23
Trampla Putin Ukrayna ilə bağlı ANLAŞDI - TOP KİYEVDƏDİR...
Bu gün, 06:20
Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı” – Sənədlər ortaya çıxdı
Bu gün, 00:53
Zəngəzur dəhlizi Türkiyəni və türk dövlətlərini gücləndirəcək - AKTUAL
Bu gün, 00:46
Borclu şirkət necə tenderi UDDU? – “Azərbaycanda dəbdir ki...”
Dünən, 18:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru