Nizami rayonunda qadına qarşı quldurluq edən şəxs saxlanılıb.
Lent.az xəbər verir ki, paytaxtın Nizami rayonunda naməlum şəxs rayon ərazisində yerləşən sanitar qovşaqlarından birinə yaxınlaşaraq orada işləyən qadına bıçaqla hədə-qorxu gəlib və masanın üzərindəki pul vəsaitini ələ keçirib.
Bu barədə zərərçəkənin özü polis orqanına məlumat verib.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 43 yaşlı E.Qazarov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.