Əsas Səhifə > Güney Press > Bakıda ŞOK: qadına tualetdə basqın etdilər
Bakıda ŞOK: qadına tualetdə basqın etdilərBu gün, 11:57 |
Nizami rayonunda qadına qarşı quldurluq edən şəxs saxlanılıb. Lent.az xəbər verir ki, paytaxtın Nizami rayonunda naməlum şəxs rayon ərazisində yerləşən sanitar qovşaqlarından birinə yaxınlaşaraq orada işləyən qadına bıçaqla hədə-qorxu gəlib və masanın üzərindəki pul vəsaitini ələ keçirib. Bu barədə zərərçəkənin özü polis orqanına məlumat verib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 43 yaşlı E.Qazarov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |