Bu ilin ilk yarısında Azərbaycanda əsas kapitala yönəldilən investisiyalar və tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin ümumi məbləği 4 milyard 73 milyon 779,8 min manat olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu vəsaitin 2 milyard 441 milyon 918,2 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yönəldilən investisiyalar 14,9% azalıb, tikinti-quraşdırma işlərinə sərf edilən vəsait isə 2,8% artıb.
Məlumat üçün bildirək ki, işğaldan azad olunan rayonlarda əsas kapitala yönəldilən investisiyalar 2 milyard 23 milyon 169,3 min manat olub. Bu, ümumi investisiyaların təxminən yarısına bərabərdir.
Onu da bildirək ki, işğaldan azad olunan rayonlarda əsas kapitala yönəldilən investisiyalar aşağıdakı kimi olub:
Xankəndi – 83 089,7 min manat;
Ağdam – 272 330,3 min manat;
Ağdərə – 15 146,4 min manat;
Füzuli – 91 669,4 min manat;
Xocalı – 68 026,2 min manat;
Xocavənd – 46 422,1 min manat;
Şuşa – 229 052,1 min manat;
Cəbrayıl – 146 819,9 min manat;
Kəlbəcər – 409 936 min manat;
Qubadlı – 108 160,4 min manat;
Laçın – 305 355,7 min manat;
Zəngilan – 247 161,1 manat.
İşğaldan azad olunan rayonlarda əsas kapitala yönəldilən investisiyaların 98,4%-i və ya 1 milyard 989 milyon 798,1 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Nəticədə, ölkə üzrə tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin 81,5%-i işğaldan azad olunan rayonların payına düşüb.