Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan ölkədə akkreditə olunmuş xarici səfirləri və beynəlxalq strukturları respublikadakı siyasi məhbuslar məsələsinə diqqət yetirməyə çağırıb.
Teleqraf xəbər verir ki, o, yerli mediaya açıqlamasında belə deyib.
V.Oskanyan qeyd edib ki, hazırda müxalifət liderləri, vətəndaş cəmiyyəti nümayəndələri, iş adamları və iki arxiyepiskop da daxil olmaqla 20-yə yaxın adam həbsdədir: "Onların həbsi üçün əsas kimi sübut edilmiş cinayətlər yoxdur, bununla belə, Ermənistandakı bir çox beynəlxalq nümayəndələr bu məsələdə susurlar".