Rusiyanın dronlarında Hindistana məxsus komponentlər aşkarlanıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
Yermak bu dronların cəbhəboyu ərazilərdə və mülki infrastruktura qarşı hücumlarda istifadə olunduğuna diqqət çəkib.
Ukrayna rəsmisi Rusiyanı başqa ölkələrdən dron hissəcikləri idxal etmək imkanından məhrum etməyin vacibliyini vurğulayıb və Rusiyanın enerji resurslarını almağın müharibəni maliyyələşdirməyə bərabər olduğunu bəyan edib.