“A-Qroup Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Banker.az xəbər verir ki, Rüfət Cahangirov Nazim oğlu İdarə Heyətinin üzvü seçilib. O buna qədər Anderraytinq və təkrar sığorta departamentinin direktoru idi.
Hazırda İdarə Heyətinin sədri Məmməd Atakişiyev Natiq oğlu, müavini isə Natəvan Məmmədova Niyaz qızıdır.
Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10.005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adnan oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.