MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib
30-07-2025, 17:17
Abituriyentlərə ixtisas seçimində dəstək göstərmək məqsədilə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçirilən ali təhsil müəssisələrinin sərgisində Milli Müdafiə Universitetinin (MMU) də stendi yer alıb. Bu barədə "DİA-AZ"a MN-dən xəbər verilib. Sərgidə MMU-nun nümayəndələri ilə birbaşa ünsiyyət quran ziyarətçilərə ali təhsil müəssisəsində mövcud ixtisaslar, tədris proqramları, maddi-texniki baza, güzəştlər, aylıq müavinətlər və digər məsələlərlə bağlı məlumatlar verilərək bukletlər paylanılıb, həmçinin maraq doğuran suallar cavablandırılıb. MMU-nun təqdim etdiyi stend qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.