“Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                 

"Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur" - partiya sədri
Tarix: 1-07-2025, 06:37 | Çap et

Rusiyanın Voronej vilayətində də azərbaycanlılara qarşı genişmiqyaslı reydlərə və həbslərə başlanılıb. Voronejdəki Alekseyevski bazarı ("Çernozemye" topdansatış bazarı) uzun müddətdir hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. İldə bir neçə dəfə burada miqrasiya sahəsində pozuntuların aşkarlanması üçün reydlər keçirilir. Yerli sakinlərin mütəmadi olaraq "gəlmələrin" davranışından və antisanitariyadan şikayət etdikləri iddia olunur.
 
Rusiya teleqram kanalları və digər media qurumlarının yazdığına görə, bir qrup miqrant yük avtomobilinin rus sürücüsündən nəqliyyat vasitəsini ticarət məqsədilə bir neçə günlüyə saxlamağı tələb ediblər. Guya "bazar sahibləri" həmin şəxsi təhdid ediblər. Mənbə həmin şəxslərin miqrant və azərbaycanlı olduğu iddiasını irəli sürüb. Bildirilib ki, Rusiya Daxili İşlər Nazirliyinin Baş Miqrasiya Xidmətinin rəisi, polis general-polkovniki Andrey Kikot məsələni şəxsi nəzarətinə götürüb. İyunun 25-də Alekseyevski bazarında DİN və "Rosqvardiya" əməkdaşlarının iştirakı ilə "Qeyri-leqal-2025" əməliyyat-profilaktik tədbirləri çərçivəsində genişmiqyaslı reyd başlayıb. Rusiya DİN-in Baş Miqrasiya İdarəsinin mətbuat xidməti üç tədbirin keçirildiyini açıqlayıb. Reyd zamanı 450-dən çox şəxs yoxlanılıb. 42 əcnəbi miqrasiya qanunvericiliyini pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib, hərbi qeydiyyata alınma haqqında 17 çağırış vərəqəsi təqdim edilib. "Ticarət obyektinin ərazisində miqrasiya qanunvericiliyinin kobud pozuntularının dəfələrlə aşkar edilməsi səbəbindən, "Qeyri-leqal - 2025" əməliyyatının hazırkı mərhələsi dövründə sözügedən bazarda profilaktik tədbirlər qanunvericiliyin pozulmasına şərait yaradan səbəb və şərtlər tam aradan qaldırılanadək daimi əsasda həyata keçiriləcək", - Rusiya DİN-in Baş Miqrasiya İdarəsindən bildirilib.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib, Ziyəddin və Hüseyn Səfərov qardaşlarını döyərək öldürüb. Basqın zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.
 
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli "Sherg.az"a açıqlamasında deyib ki, Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı təhlükəsizlik qüvvələrinin vəhşicəsinə və heç bir qayda-qanuna sığmayan zorakı davranışları nəticəsində soydaşlarımızın qətlə yetirilməsi, həbs edilməsi ilə nəticələnən hərəkətləri bu ölkənin yenə də şovinist, diskriminasiya və islamofob siyasəti apardığını sübut edir. Partiya rəhbəri qeyd edib ki, işgəncə verməklə insanların qətlə yetirilməsi, reydlərin barbarcasına həyata keçirilməsi, onun əvvəlcədən dövlət qurumları tərəfindən sanksiyalaşdırıldığını və məqsədli şəkildə edildiyini göstərir: 
"Təəssüflə qeyd etmək lazımdır ki, dili, dini, kökləri eyni olan slavyan Ukrayna xalqına qarşı qəddar siyasət yürüdən Rusiya şəhər və kəndləri yer üzündən silir, soyqırımı həyata keçirir, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarla vurur. Belə olduğu halda Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur və onun dövlət siyasətinin bir parçası olduğunu təsdiq edir. Azərbaycan vətəndaşları Rusiyanın 20 Yanvar faciəsi, Xocalı soyqırımının törədilməsində iştirakını, torpaqlarımızın işğalı və 30 ilə yaxın işğal altında saxlanmasının arxasında dayandığını unutmayıb. Hazırda torpaqlarımızın işğalına son qoyulmasını və Ermənistanla sülh müqaviləsinin imzalanmasını həzm edə bilməyən Rusiya Azərbaycana məxsus təyyarənin vurulmasını, azərbaycanlılara qarşı ayrıseçkilik siyasətini aparmaqla özünün bütün hiddətini və iç üzünü açıb göstərir".
 
M.Rəhimli bəyan edib ki, Ukrayna cəbhəsində apardığı müharibədə kifayət qədər itkilərə məruz qalan Rusiyanın öz qonşuları, xüsusilə də, Azərbaycanla münasibətlərinin pozulmasına yönələn bu cür hərəkətləri ona fayda verə bilməz:
"Rusiya, nəhayət anlamalıdır ki, müasir dünyada orta əsrlərə məxsus zorakılığa, quldurluğa söykənən davranış və münasibətlər sistemi ona yeni bədbəxtliklər gətirir. Buna görə də, soydaşlarımıza qarşı törətdiyi, sivil dövlət anlayışı ilə bir araya sığmayan hərəkətləri birdəfəlik dayandırmalı, günahkarları cəzalandırmalı və zərərçəkənlərə dəymiş bütün maddi və mənəvi zərərin qarşılanmasını təmin etməlidir".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Bu gün, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Bu gün, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Bu gün, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru