Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                 

"Bu müharibənin Azərbaycan–İsrail münasibətlərinə aidiyyəti yoxdur" - HƏQİQƏTƏN DƏ...
Tarix: 26-06-2025, 07:00 | Çap et

Son dövrlər İranla gərgin münasibətlər fonunda Azərbaycanın İsraillə əməkdaşlığı və ümumilikdə regionda tutduğu xarici siyasət kursu diqqət mərkəzindədir.

Azərbaycan uzun illərdir həm İran, həm də İsrail ilə münasibətlərini diplomatik və balanslı şəkildə tənzimləməyə çalışır. Rəsmi Bakı heç bir regional qarşıdurmada tərəf olmadan, tərəflər arasında sülh və sabitliyin qorunmasına üstünlük verir.

Bununla yanaşı, Azərbaycanın təhlükəsizlik, iqtisadi və texnoloji maraqları çərçivəsində İsraillə əməkdaşlığı zaman-zaman Tehranda narahatlıq doğurur.

Gununsesi.info gərginlik fonunda Azərbaycanın İsraillə münasibətləri və balanslı xarici siyasəti mövzusunda politoloq Sədrəddin Soltandan müsahibə alıb.

-Azərbaycan İsraillə strateji münasibətləri hansı əsaslar üzərində qurub? Bu münasibətlər hansı sahələri əhatə edir?

-Azərbaycan ilə İsrail arasında münasibətlər Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən etibarən qurulmağa başlayıb. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub.

Azərbaycanın ərazi bütövlüyünün pozulduğu dövrdə, ölkəmizin işğala məruz qaldığı illərdə İsrail dövləti bütün beynəlxalq platformalarda, müxtəlif səviyyələrdə Azərbaycanın mövqeyini dəstəkləyib və bunu açıq şəkildə bəyan edib.

Bununla yanaşı, İsrail işğal olunmuş ərazilər azad olunana qədər Ermənistanla diplomatik münasibət qurmayıb və bu ölkədə səfirlik açmayıb.

İsrail–Azərbaycan əlaqələri əsasən energetika, nəqliyyat, hərbi-texniki əməkdaşlıq və müdafiə sahələrində qurulub. Bundan əlavə, müxtəlif istiqamətlər üzrə ticarət əlaqələri də mövcuddur.

Bununla yanaşı, həm İsraildə Azərbaycan diasporu, həm də Azərbaycanda yəhudi icması mövcuddur və bu diasporlar Azərbaycan–İsrail arasında strateji əlaqələrin qurulmasında və davamlılığında mühüm rol oynayır.

İsrailin dünyadakı güclü lobbisi və diasporu bir çox hallarda, xüsusilə Azərbaycanın ərazi bütövlüyü məsələlərində ölkəmizi müdafiə edib və Azərbaycana dəstək göstərib.

-İran bu əməkdaşlığı açıq şəkildə tənqid edir. Sizcə, İranın narahatlığı nə dərəcədə əsaslıdır?

-İran 1979-cu il inqilabından sonra İsraili rəsmi düşmən elan edib. Ancaq İran-İsrail münasibətləri heç də indiki kimi gərgin və düşmən mövqeyində olmayıb. Məmməd Rza Şahın dövründə İran-İsrail münasibətləri yüksək səviyyədə olub. İran-İraq müharibəsi zamanı, Səddam Hüseynə qarşı aparılan müharibədə İsrail İrana hərbi yardım göndərib. Sonrakı dövrlərdə isə İran hakimiyyəti İsrailə, xüsusilə Fələstin məsələsinə görə təzyiqlər göstərməyə başlayıb. Halbuki, Fələstin məsələsi indiki rejimin hakimiyyətə gəlməsinə qədər gündəlikdə olan əsas məsələ deyildi. Məmməd Rza şahın dövründə də Fələstin məsələsi İranın gündəmində olub. Ümumiyyətlə, 1947-ci ildən sonra Fələstin məsələsi daim İran hakimiyyətinin gündəliyində yer alıb.

Hadisələr göstərir ki, Fələstin məsələsi İranın İsrailə təzyiq göstərməsi üçün bir alətdir. Çünki İran Fələstini müdafiə etdikcə, Fələstin ərazisi kiçilib. İran Fələstinlə bağlı İsrailə təzyiqləri artırdıqca, orada müxtəlif qüvvələri yaradıb dəstəklədikcə və maliyyə yardımı göstərdikcə, Fələstinin vəziyyəti daha da acınacaqlı hala düşüb. İran hakimiyyəti İsrailə qarşı ölüm şüarını irəli sürməklə hesab edir ki, digər müsəlman ölkələri də ona tabe olmalıdır.

-Baxmayaraq ki, İran özü şiə ölkəsidir, Fələstin isə sünnidir, İran onu daim dəstəkləyir. Sizcə, bu dəstəyin arxasında nə dayanır? Burada hansı maraqlar ola bilər?

-Hadisələr göstərir ki, İran Fələstin məsələsinə nə İslam kontekstindən, nə də müqəddəs kitablarda və hədislərdə bu mövzuya yaxın mənadan yanaşır. Əksinə, Tehran hakimiyyəti Fələstini İsrailə qarşı öz hikkəsini göstərmək və regionda hegemonluğunu təmin etmək üçün bir alət kimi istifadə edir.

Buna görə də İran hesab edir ki, əgər o, İsrailə qarşıdırsa, bütün digər müsəlman ölkələri də İsrailə qarşı olmalıdır. Halbuki, hər bir ölkənin öz maraqları var. İranın dövlət olaraq İsrailə münasibəti ilə Azərbaycanın region dövləti kimi İsraillə münasibəti fərqlidir. Bu fərqli maraqlar səbəbindən, təbii olaraq, Azərbaycanla İranın İsrailə baxışı və münasibəti eyni ola bilməz.

– İranla İsrail arasında yaşanan gərginlik və qarşıdurma Azərbaycan–İsrail münasibətlərinə necə təsir edə bilər? Ümumiyyətlə, bu münaqişələr iki ölkə arasındakı əlaqələrə (siyasi, iqtisadi və digər sahələrə) hansı formada təsir göstərə bilər?

-Hesab etmirəm ki, baş vermiş müharibə Azərbaycan-İsrail münasibətlərinə hər hansı bir ciddi təsir göstərsin. Çünki hazırkı münaqişə əsasən İranın nüvə proqramı ilə bağlıdır. İsrail və ABŞ israrla İranın nüvə fəaliyyətini dayandırmaq istəyir. İran bildirir ki, nüvə proqramını dayandırmayacaq, çünki onu yalnız dinc məqsədlərlə istifadə etdiyini iddia edir. ABŞ və İsrail isə tələb edirlər ki, İran uranı ölkə daxilində yox, xaricdə zənginləşdirsin. Lakin İran bununla razılaşmır və uranı öz ərazisində zənginləşdirməyə haqqı olduğunu bəyan edir. Məsələyə bu cür hikkə və iddia ilə yanaşmaq isə nəticə etibarilə müharibəyə səbəb olur. Digər tərəfdən, İran Haması Qəzza zolağında, Hizbullahı isə Livanda, İsrail sərhədində saxlayaraq bu ölkəyə təzyiq göstərirdi. Bu təzyiqlər silahlı hücumlarla İsrailin ərazi bütövlüyünə və təhlükəsizliyinə zərər vururdu. Belə hərəkətlərə isə İsrail zamanla cavab verirdi. 1994-cü ildə İran Argentinada İsrailin Yəhudi Mədəniyyət Mərkəzi və səfirliyinə hücum etmişdi. Argentina prokurorluğu bunun İran tərəfindən təşkil olunduğunu bildirmişdi. Bir-iki ay əvvəl isə ABŞ-da İsrailin iki diplomatı sui-qəsd nəticəsində öldürülmüşdü və bu məsələdə də İran ittiham olunurdu. İranın bu tip fəaliyyəti İsrailin ona qarşı alternativ addımlar atmasına, yəni danışıqlara deyil, hərbi müharibə variantını seçməsinə səbəb olmuşdu. Çünki İran ilə ABŞ arasında 5 dəfə, birbaşa olmayan danışıqlar keçirilib və İsrail bu görüşləri dəstəkləyib. Amma son mərhələdə, altıncı görüş ərəfəsində İrana təklif olundu ki, uranın zənginləşdirilməsindən tamamilə imtina etsin. İran bu şərtlə razılaşmadığı üçün İsrail hərbi əməliyyatlara başladı.

İrana qarşı hücumlar da diqqətçəkicidir. Bu, Həmas və “Hizbullah”a qarşı keçirilən əməliyyatlara bənzəyir: liderlərin zərərsizləşdirilməsi, hərbi obyektlərin, bazaların və qərargahların vurulması. Eyni tipli hücumlar bu dəfə İran ərazisində həyata keçirildi.

Burada vurğulanmalı bir məsələ də var. İsrail və ABŞ İranın İnqilab Keşikçiləri Korpusunu, yəni SEPAH-ı terrorçu təşkilat hesab edir. Həm İsrail, həm də ABŞ bu vəziyyəti hüquqi cəhətdən əsaslandıraraq bildirə bilər ki, onlar SEPAH-a – yəni terrorçu təşkilat kimi tanıdıqları quruma qarşı əməliyyat keçiriblər. Üstəlik, öldürülən hərbçilərin əksəriyyəti məhz SEPAH üzvləri olub. Ona görə də bu müharibənin Azərbaycan–İsrail münasibətlərinə birbaşa aidiyyəti yoxdur. Bu, daha çox İran ilə İsrail arasında olan məsələdir.

-İranla qonşuyuq deyə, bu müharibə bizə də təsir edə bilər. Sizcə, bu nə qədər doğrudur? Müharibənin Azərbaycana nə qədər real təsiri ola bilər?

-İranda milyonlarla Azərbaycan türkü yaşayır. Azərbaycan türklərinin həyatı bizim üçün çox önəmlidir. Dünyada Azərbaycan türklərinin milli və mədəni haqlarının təmin olunması, insan haqlarının qorunması Azərbaycanın dövlət siyasətində prioritet məsələlərdəndir. Məsələn, İranda Azərbaycan türklərinin dil haqqı ilə bağlı dilinin assimilyasiya olunması məsələsi ölkə prezidentimiz tərəfindən dəfələrlə vurğulanıb. O bildirib ki, bu məsələ Azərbaycanın xarici siyasətində prioritetdir.

Azərbaycan nə İranın, nə də İsrailin düşməni deyil. Biz dövlət olaraq qonşu ölkələr və müttəfiqlərimizlə münasibətlərin normallaşmasını, problemlərin isə dinc yolla həllini istəyirik.

İran bu prosesdə diplomatiyada uduzdu. Hadisələr göstərdi ki, İranın diplomatiyası tamamilə zəifdir. İran hakimiyyəti ABŞ və İsrailə, eləcə də beynəlxalq güclərə qarşı müharibə aparır. G7 ölkələri İsraili müdafiə etdi, demək İran dünyaya qarşı savaşır. Bu müharibə ölkənin iqtisadiyyatını sarsıdır, dövlətini zəiflədib, millətini əzə bilər. Hələlik İran bu savaşda qalib gəlmir. Bu müharibəni aparan əsas tərəf ABŞ-dır. İsrail isə ABŞ-ın dəstəklədiyi dövlətdir.

Belə olan halda, İran ABŞ-a qarşı inadla müharibə aparır. Əslində, İran danışıqlara qoşulmalı, nüvə proqramını dayandırmalı və uranın xaricdə zənginləşdirilməsinə razılıq verməli idi. Bu isə sanksiyaların yumşaldılması ilə nəticələnə bilərdi. Amma İran hakimiyyəti bundan qorxur – hakimiyyətin devrilməsindən qorxur. Onların qorxusu odur ki, hakimiyyət devrilsə, bu, bütün İranı müharibəyə sürükləyə bilər.

– Azərbaycanın İranla qonşuluq münasibətlərini qorumaq istəyi hansı diplomatik balans tələb edir?

-Beynəlxalq hüquqa əsaslanan normalar var, dinc yanaşı yaşamaq prinsipi də məhz bunlara söykənir. Yəni, beynəlxalq sənədlərə əsaslanır. Həmin sənədlərə həm Azərbaycan, həm də İran qoşulub. Bundan başqa, biri-birinin daxili işinə müdaxilə etməmək prinsipi var. İran və Azərbaycan arasında qarşılıqlı bəyanatlar verilib ki, bu bəyanatlarda bir tərəfin digərinə qarşı fəaliyyəti qadağan olunur. Heç bir tərəf digərinin ərazisində və ya qarşısında fəaliyyət göstərən təşkilatlara yol verməməlidir. Amma təəssüf ki, İran tərəfi buna əməl etmir.

İranda Azərbaycanın dövlət quruluşunu dəyişmək istəyən qruplar var. Bu qruplar İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlıdır və hələ də Azərbaycan dövlətinə qarşı təxribatlar törədir, anti-Azərbaycan təbliğatı aparırlar. Yəni, İran beynəlxalq normaları, qəbul olunmuş bəyanatları nəzərə almır və münasibətləri pozur.

Digər tərəfdən, İran Cənubi Qafqaz regionunda Ermənistandan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edib. Bu məsələlər Azərbaycan-İran münasibətlərində qarşılıqlı olaraq alət kimi istifadə olunmamalıdır. Məsələn, Azərbaycan da İrana qarşı müxtəlif vasitələrdən istifadə edə bilər, amma bu, İranın daxili işinə müdaxilə kimi qiymətləndirilə bilər.

-İran-Azərbaycan münasibətlərində tez-tez dalğalanma müşahidə olunur. Bunun əsas səbəbləri nədir?

-İran istər 1918-ci ildə Azərbaycan Cümhuriyyəti dövründə, istərsə də 1991-ci ildən sonra Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həmişə Azərbaycana qarşı mənfi mövqe nümayiş etdirib. İran şimal qonşuluğunda müstəqil Azərbaycan dövlətinin yaranmasına qarşı çıxıb və onun məhv edilməsinə müxtəlif vasitələrlə cəhd göstərib.

Məsələn, Cümhuriyyət dövründə Azərbaycan adının elan edilməsi zamanı İran iddia edirdi ki, bu ad onların ərazisindəki bir vilayətə aiddir. Ona görə də Azərbaycan adının verilməsinə etiraz olunurdu. Problemi həll etmək üçün həmin vaxt ölkə “Qafqaz Azərbaycanı” adı ilə tanındı.

Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra İran onu məhv etməkdə uğur qazana bilmədi. Bu dəfə isə Azərbaycanı öz təsiri altına almaq, ərarılı dövlətə çevirmək istədi. Yəni, “böyük qardaşlıq” adı altında onu nəzarətində saxlamağa çalışdı. Bunun üçün İran Azərbaycanın torpaqlarının işğal olunmasına göz yummuş və Ermənistandan bir alət kimi istifadə etməyə cəhd göstərmişdir.

Azərbaycanda sosial vəziyyətin ağır olması, kasıblıq və qaçqın düşərgələrinin mövcudluğundan yararlanan İran, “İmdad Xomeyni” Xeyriyyə Cəmiyyəti vasitəsilə cəmiyyətin aztəminatlı təbəqələrinə təsir göstərərək, öz şəbəkəsini formalaşdırmağa başladı.

Digər bir səbəb isə budur ki, Azərbaycan əhalisinin əksəriyyəti şiə məzhəbinə, xüsusilə də Cəfərilik qoluna mənsubdur və İran bu dini faktordan ustalıqla istifadə edir.

Ənənəvi olaraq Azərbaycanın bəzi məsələlərdə İrana təqlid etməsi və onun təsiri altında olması İranın bu vəziyyətdən öz maraqları üçün yararlanmasına şərait yaratdı. İran Azərbaycanı həm yoxsulluq, həm də təqlidçilik yolu ilə nəzarət altında saxlamağa çalışdı və bu məqsədlə cəmiyyətin müəyyən təbəqələrindən istifadə etdi.

Bu fəaliyyət 1995-ci ilə qədər davam etdi. 1998-ci ildə isə “İmdad Xomeyni” Xeyriyyə Cəmiyyətinin fəaliyyəti qadağan olundu və ölkədən çıxarıldı. Daha sonra həmin məzhəbin alverçilərinin də fəaliyyətinə son verildi.

Nəhayət, Xamneyninin nümayəndəsi Ocaqnejatın ölkədən çıxarılması ilə İranın Azərbaycanda yaratmaq istədiyi “5-ci kolon” tam məhv edilməsə də, xeyli zəiflədildi. Buna görə də İran-Azərbaycan münasibətlərində İran özünü daim üstün və böyük tərəf kimi göstərməyə çalışır. Belə deyək, Türkiyə Azərbaycandan güclü dövlətdir. Ancaq daima Azərbaycanın güclənməsi üçün səylər göstərir. Türkiyə Azərbaycanın regiondakı potensial imkanlarından yararlanaraq, ölkənin inkişafına dəstək verir. İran isə əksinə davranır. Beləliklə, iki müsəlman ölkəsinin Azərbaycana münasibəti fərqlidir.

-Yəni, İran Azərbaycana qısqanır və onun zəif qalmasını istəyir, elə deyilmi?

-İranın Azərbaycanın zəif olmasını istəməsinin səbəblərindən biri də Güney Azərbaycandır. Çünki torpaqlar işğal altında olduğu zaman İran hakimiyyəti Güney Azərbaycan türklərini – yəni, milli haqlarını tələb edən insanları daim təzyiq altında saxlayır və susdurmağa çalışırdı. Onlara belə deyirdi: “Baxın, Şurəvi Azərbaycanı müstəqildir, amma torpaqlarını azad edə bilmir. Üstəlik, kasıb şəraitdə yaşayırlar, biz onlara yardım edirik” və s. bu kimi arqumentlərlə milli oyanışı zəiflətməyə çalışırdı.

Çünki İranda 1945–1946-cı illərdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan Milli Hökuməti qurulmuşdu.

İran hakimiyyəti daim narahat olub ki, həmin milli hökumət yenidən bərpa oluna bilər və Azərbaycan türklərinin milli haqlarının təmin olunması istiqamətində addımlar atılar. Buna görə də İran hesab edir ki, Azərbaycan Respublikasının mövcudluğu və onun inkişafı özü üçün təhlükə yaradır. Halbuki, Milli Hökumətinin şüarı “İrana demokratiya, Azərbaycana muxtariyyət” idi. Güney Azərbaycan türklərinin assimilyasiya olunması məsələsi də var.

Məsələn, Rza şah dövründən bəri İranda belə bir fikir yayılıb ki, Azərbaycan türkləri farslarla qarışıqdır, onlar tam türklər deyil, “azərilər” adlanırlar. Amma Azərbaycan özü açıq deyir ki, biz türkük, və İranda yaşayan 30 milyondan çox soydaşımız da türkdür. Onların dili və milli hüquqları tapdalanır. İranda türklərin assimilyasiyasının qarşısını alan ən böyük qüvvə Azərbaycan Respublikasının özüdür. İstər Sovet vaxtı, istərsə də indi. Sovet vaxtı bu assimilyasiyanı dayandırırdılar, indi isə bu proseslərə dəstək verilir.

İran hakimiyyəti nə tam teokratikdir, nə də demokratik. Əslində, İran fars millətçiliyinə əsaslanan bir sistemdir. Bu rejim farsların siyasi və ideoloji üstünlüyünü təmin edir, yəni fars faşizmidir. Bir vaxtlar İran rejimi monarxiya adı altında gizlənirdisə, indi dini ideologiya ilə özünü gizlədir. Bu, Sovet vaxtı böyük rus şovinizminin kommunist ideologiyası ilə gizlədilməsinə bənzəyir. İsrail-İran müharibəsi də əslində farsların ərəb ölkələrinə qarşı duyduğu qəzəb və hikkədir.

Bunun türklüklə də, müsəlmanlıqla da heç bir əlaqəsi yoxdur. Bu, bölgədə üstünlük qazanmaq üçün irəli sürülmüş fars ideologiyasıdır — panfarsist fars şovinizminin bir hissəsidir. İndiyədək bu ideologiya səbəbindən 85 milyon insan zərər çəkib.

Azərbaycana qarşı İranın münasibətində İslam, yoxsulluq və ya başqa səbəblər əsas deyil. Bu, sadəcə, fars düşüncə sisteminin siyasi planıdır. Onların məqsədi budur ki, Azərbaycan İrana tabe olsun, zəifləsin və ondan asılı vəziyyətə düşsün. Buna görə də İran bütün yollarla Azərbaycanın zəifləməsinə çalışır.

– Hər hansı gərginlik fonunda Azərbaycanın hadisələrə neytral mövqe tutması mümkün və real siyasət sayılırmı?

-Bu müharibə Azərbaycana əsasən mənəvi və etnik baxımdan aiddir, ona görə də xalq da, dövlət də buna humanitar yanaşır. Azərbaycan müharibə nəticəsində günahsız insanların öləcəyinə qarşıdır, yəni heç kimin həlak olmasını istəmir və müharibənin əleyhinədir.

Həmçinin savaşda Güney Azərbaycandakı türklərin zərər görməsini heç vaxt istəməmişik, onların təhlükəsizliyi önəmlidir. Onların heç bir günahı yoxdur. Eləcə də İsrailə qarşı bu mövqedədir. İsraildə də Azərbaycan diasporu var və yaranmış münaqişələr fonunda onlar da zərər görə bilər. Həmçinin günahsız insanların həyatlarının itirməyini istəmir.

İranın atom silahına və nüvə texnologiyasına sahib olması Azərbaycana nə fayda verə bilər? Bu bizə nə işə yarayar? İran atom enerjisini yaxşı mənimsəsə, gələcəkdə elektrik enerjisini bizə baha sata bilər. Bundan başqa, nüvə texnologiyası ilə yanaşı atom silahı da əldə edəcək və bu silah Azərbaycana qarşı daim təhdid və qorxutma vasitəsi olacaq. Bizim isə belə bir təminatımız və müdafiə vasitəmiz yoxdur.

-Azərbaycanın bu balanslı siyasəti daxili və regional sabitlik baxımından nə qədər əhəmiyyətlidir?

-Azərbaycan bu 3 dövlət, yəni İsrail, Fələstin və İranla münasibətlərində daim balanslı və neytral mövqe tutmağa çalışır. Fələstinin müstəqilliyini Azərbaycan hələ 1992-ci ildə tanıyıb və son illərdə bu ölkə ilə nümayəndəlik səviyyəsində diplomatik münasibətlər qurulub. Eyni dövrdə İsraillə də diplomatik əlaqələr yaradılıb. İranla münasibətlər də təxminən həmin vaxtdan başlayıb.

Azərbaycan bu üç ölkə ilə əlaqələrində neytrallıq və qarşılıqlı hörmət prinsipinə əsaslanır. Bu yaxınlarda Fələstinin Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşdə cənab Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan hər zaman Fələstin xalqının yanında olub və onun haqlı mübarizəsini dəstəkləyib.

İsraillə münasibətlər isə əsasən iqtisadi, ticarət və hərbi sahələrdə əməkdaşlıq üzərində qurulub və bu əlaqələr davamlı şəkildə inkişaf etdirilir. İranla da münasibətlər eyni prinsiplər əsasında davam etdirilsə də, zaman-zaman İranın mövqeyi səbəbindən müəyyən anlaşılmazlıqlar yaşanıb. Bu hallarda günahkar tərəf heç vaxt Azərbaycan olmayıb.

Məsələn, 44 günlük Vətən müharibəsi zamanı İsrail öz ərazisindən Ermənistana hərbi texnika göndərməyib. Ermənilər bunu çox istəsələr də, İsrail belə bir addım atmayıb. Əksinə, həmin dövrdə İran ərazisindən Ermənistana hərbi texnika və digər vasitələrin göndərilməsi faktı qeydə alınıb.

Fələstin məsələsində isə Azərbaycan hər zaman onun müstəqilliyini, haqlı mövqeyini və hüquqlarını müdafiə edib, Fələstin xalqına humanitar dəstək göstərib.

Bununla yanaşı, Azərbaycan İsrailə də açıq şəkildə bildirib ki, 1967-ci il sərhədləri çərçivəsində Fələstin dövlətinin tanınmasının və bərpasının tərəfdarıdır. Eyni zamanda, fələstinli tələbələrin Bakıda təhsil alması və onlara göstərilən müxtəlif humanitar yardımlar davam etdirilir.

Azərbaycan həm də Yaxın Şərq dövlətidir. Bu, həm də Təbrizlə Bakının eyni coğrafi-siyasi bölgəyə aid olması ilə bağlıdır. Məhz buna görə də Azərbaycan regionda İsrail, Fələstin və İranla yanaşı, ərəb ölkələri — Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, İordaniya, Küveyt, Misir, Mərakeş, Liviya, Livan və digər ərəb dövlətləri ilə münasibətlərini normal və balanslı şəkildə davam etdirir.

Bu yanaşma Azərbaycanın Yaxın Şərqdə tərəfsiz mövqeyini qorumasına imkan verir. Azərbaycan nə Səudiyyə Ərəbistanı–İsrail münasibətlərinə qarışır, nə də Səudiyyə Ərəbistanı ilə İran arasında təxminən on il davam edən diplomatik gərginliyə müdaxilə edir. Heç vaxt nə Səudiyyə Ərəbistanını İrana qarşı, nə də İranı Səudiyyə Ərəbistanına qarşı qızışdırmayıb.

Azərbaycan regionda baş verən bütün gərginliklərin danışıqlar və dialoq yolu ilə həllini dəstəkləyir. Məhz bu neytral mövqe ölkəmizə bir sıra üstünlüklər qazandırır. Bu üstünlüklərdən biri də Azərbaycanın regionda heç bir dövlətin daxili işinə qarışmayan və daim sülhü dəstəkləyən bir ölkə kimi tanınmasıdır.

Regiondakı digər ölkələrin İsrail və Fələstin məsələlərinə münasibəti bir-birindən fərqlidir. Məhz bu səbəbdən Azərbaycanın tutduğu balanslı və neytral mövqe onun Yaxın Şərqdə sabit və etibarlı tərəfdaş kimi qəbul olunmasına imkan yaradır.

-İkinci Qarabağ müharibəsindən sonra İran İsraillə münasibətlərimizə görə Azərbaycanı tənqid etdi. Sizcə, İsrailin bizə verdiyi hərbi dəstək İranla münasibətlərə necə təsir göstərir?

-Hesab etmirəm ki, İran bundan sonra da əvvəlki kimi iddialı və sərt mövqeli rejim olaraq qalacaq. Çünki İranın ABŞ-la danışıqlar masasına yenidən oturması, Tehran rejiminin Ağ Ev qarşısında geri addım atmağa hazır olduğunu göstərir.

Əgər bu razılaşmalar davamlı olarsa, deməli, İran ABŞ-ın tələbləri qarşısında təslimçilik mövqeyini qəbul edir. Bu isə İranın uzun illər boyunca irəli sürdüyü ideoloji xəttindən geri çəkilməsi anlamına gəlir. Əgər Tehran ABŞ-la razılığa gəlirsə, bu, dolayısıyla İsrailin mövcudluğunu tanıması deməkdir. İsraili qəbul edəcəksə, ona qarşı illərlə səsləndirdiyi radikal və sərt şüarlardan da əl çəkməli olacaq.

Belə bir yumşalma, eyni zamanda, İran hakimiyyətinin Azərbaycana qarşı səsləndirdiyi iddialı və aqressiv ritorikanın da neytrallaşmasına gətirib çıxarır. İran artıq ənənəvi olaraq Azərbaycana qarşı istifadə etdiyi sərt ritorikadan tədricən uzaqlaşır.

Əslində, İran–İsrail münaqişəsindən əvvəlki dövrdə də İran rəsmilərinin Azərbaycan əleyhinə çıxışlarında müəyyən səngimə müşahidə olunurdu. Düzdür, HƏMAS-la bağlı yaranmış gərginliklər fonunda bu ritorikanı yenidən alovlandırmağa cəhd göstərildi. Məsələn, iddia olunur ki, Azərbaycan İsrailə neft ixrac edir və həmin yanacaq İsrailin hərbi əməliyyatlarında istifadə olunur. Amma bütün hallarda İranın Azərbaycana qarşı ritorikasının – xüsusilə də İsraillə bağlı ittihamlarının əvvəlki ton və intensivliklə davam edəcəyini düşünmürəm. Azərbaycan İsrail–İran qarşıdurmasının səbəbkarı deyil.

-Gələcəkdə İran və İsraillə paralel şəkildə münasibət saxlamaq Azərbaycanın xarici siyasətində hansı çağırışları ortaya çıxaracaq?

-Azərbaycan heç bir ölkənin aləti və ya vasitəsi deyil. Çünki Azərbaycanla İsrail arasında bu məsələ ilə bağlı heç bir rəsmi razılaşma və ya müqavilə mövcud deyil. Digər tərəfdən, İsrailin Azərbaycan ərazisində heç bir hərbi bazası yoxdur. Ümumiyyətlə, Azərbaycan ərazisində heç bir xarici dövlətin hərbi bazası fəaliyyət göstərmir.

Bu sahədə yeganə strateji müttəfiqimiz qardaş Türkiyədir və bu münasibətlər Şuşa Bəyannaməsinə əsasən tənzimlənir. Hazırda dünyada heç bir ölkə ilə nə Şuşa Bəyannaməsinə bənzər, nə də onun səviyyəsinə yaxın bir razılaşmamız yoxdur.

Məhz buna görə də, bəzi dairələr tərəfindən Azərbaycanı daim gözdən salmaq, nüfuzuna xələl gətirmək və onu müsəlman aləmində şübhə altına almaq cəhdləri edilir. Bu isə inancı güclü olan insanlara təsir edə bilər. Çünki bu, planlı şəkildə aparılan qarayaxma və təxribat kampaniyasıdır.

Daxildə bəzilərinin dövlətə qarşı çıxması isə onların inanc, savad və anlayış baxımından zəifliyindən irəli gəlir. Açığı, başqa söz demək istəmirəm, amma bu həm də iradəsizlik, həm də başqalarının təsiri altına düşmək deməkdir.

Adam öz evinə qarşı necə başqa qonşunu çağırıb deyə bilər ki, “gəl, mənim evimi sən idarə elə, daxili işimə qarış”? Əgər kimsə gedib qonşuya işləyirsə və ya ondan asılı vəziyyətdədirsə, onun davranışına başqa cür qiymət verilməlidir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Bu gün, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Bu gün, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Bu gün, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Bu gün, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Bu gün, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Bu gün, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Bu gün, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Bu gün, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Bu gün, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru