Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) elan etdiyi tenderin nəticələrini açıqlayıb. Sözügedən tender işğaldan azad olunmuş ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi xidmətlərinin satın alınması üzrə elan edilmişdi.
FED.az xəbər verir ki, tenderin qalibi "Delta Clearing Solutions" MMC (VÖEN: 8000080261) olub. Müvafiq satınalma müqaviləsinin ümumi dəyəri 8.213.390 manat təşkil edir.
Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
"Dövlət satınalmaları haqqında"Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə əsasən bir mənbədən satınalma metodu tətbiq edilməklə həyata keçirilmişdir.
Qeyd edək ki, “Delta Clearing Solutions” MMC 2024-cü ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Seymur Bağırzadə Rüstəm oğludur. Hüquqi ünvanı AZ2900, Xocalı rayonu, Seyidbəyli ünvanında yerləşir.