“Nə qədər cılız insan olmalısan ki, bunu edəsən?”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Mehin Hümbətova “Afaqla 10lar” verilişində deyib.
Sənətçi bir il öncə başına gələn hadisəni danışıb. Bir xanım həmkarı tərəfindən avtomobilinin bıçaqla cızıldığını söyləyən müğənni bunun kim tərəfindən edildiyini bilməyib. Polisə müraciət etdikdən sonra isə hadisənin xanım sənətçi tərəfindən törədildiyini öyrənib:
“Həmin adama bir kəlmə də demədim. Polisə də müraciət etməyimdə məqsəd həmin adamın kimliyini öyrənmək idi. Bu barədə danışmadım, çünki istəmirəm tamaşaçılar bilsinlər ki, bu sahədə, bu sənətdə insanlar necə bir-birilərini didirlər”.
Mehin səbəbi həmin adamın xarakterinin cılızlığı ilə əlaqələndirib.