“Azərtaxıl” Dövlət Şirkətinin Azərçörək İB-nin 18 saylı çörəkbişirmə müəssisəsi adını və təşkilati-hüquqi formasını dəyişir.
Bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.
Məlumata görə, müəssisə adını və təşkilati-hüquqi formasını dəyişərək “Techaz Services & Supply” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edir.
Qeyd edək ki, müəssisə 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçiisi Rauf Əfəndiyev Ənvər oğludur.