Əsas Səhifə > Güney Press > “Sən mütləq general olacaqsan!..”
“Sən mütləq general olacaqsan!..”27-05-2025, 18:11 |
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib. Musavat.com-un məlumatına görə, dövlət başçısı ilə hərbi forma geyinmiş azyaşlının görüntüləri maraqla qarşılanıb. Görüşdə sözügedən uşağın da iştirakı ilə aparılmış dialoqu təqdim edirik: Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədimi? Sakin: Bəli, birinci gələnlərdənik. Sakin: Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək? Prezident İlham Əliyev: Olar, çəkdirək. Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır. Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var? Sakin: Beş. Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var. Sakin: Bəli, bəli. Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız? Sakinlər: Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu. Sakin: Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq. Prezident İlham Əliyev: Bəli, birinci köçənlərdən. ![]() ![]() ![]() ![]() Geri qayıt |