"Paxıllıqdan onu 'yutub'dan silmişdilər..." .....                     74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar .....                     Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi .....                     "Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən" .....                     Narkomanların 90 faizi potensial narkotacirdir .....                     Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... .....                     "Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq .....                     Həm saxta, həm baha: Üstü bəzək, altı təzək .....                     Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... .....                     Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır .....                     "Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" .....                     Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ .....                     Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib .....                     “Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” .....                     Röya Ayaz Salayevə cavab verdi: .....                     Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” .....                     Qalmaqallı direktor işdən çıxarıldı .....                     Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı .....                     Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir .....                     Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu .....                     Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir .....                     Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü .....                     Xalq artisti Fuad Poladovun doğum günüdür .....                     Azərbaycanda 4-cü kurs tələbəsi .....                     Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi .....                     Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib .....                     Şahin Bağırov müavininin rütbəsini qaldırdı .....                     Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər .....                     Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı .....                     Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA .....                     Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI .....                     Mülayim şərq küləyi əsəcək .....                     Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! .....                     Qriqoryan Moskvaya getməkdən imtina etdi .....                     Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI .....                     “İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” .....                     Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır .....                     “Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” .....                     Paşinyan Bakıya GƏLƏCƏK .....                 

“Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” - Masallıdakı amansız qətlin SENSASİON TƏFƏRRÜATI
Tarix: Bu gün, 18:08 | Çap et

Masallı rayonunun Şıxlar kəndində baş verən dəhşətli qətl hadisəsi ilə bağlı sensasion təfərrüatlar üzə çıxıb. Qətli törədən şəxs anlaqsız imiş. Mərhumun ailəsi isə bununla razılaşmır. Qətlin illər əvvəlki hadisənin qisası olaraq törədildiyi məlum olub.

Musavat.com xəbər verir ki, 2024-cü ilin may ayında Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanov həmkəndlisi 1994-cü il təvəllüdlü Aslan Ağazadə tərəfindən amansızlıqla qətlə yetirilib. Əvvəlcə “Vinçestr” markalı silahla ona bir dəfə atəş açıb. Sonra isə bıçaqla çoxsaylı zərbələr endirib.

Qətlin törədilməsinin səbəbi...

İstintaq müəyyən edib ki, illər əvvəl Seymur Aslanın əmisini Rusiyada bıçaqlayıbmış. Aslan Seymurun əmisinin keçmiş arvadı ilə münasibətdə olmasını da öyrəndikdən sonra qisas almaq qərarına gəlib. Buna görə də Seymuru öldürüb.

Məlum olub ki, Seymur illər əvvəl Şəmsiyyə adlı qızı sevib. Seymur əsgərliyə gedərkən Aslanın Cabir adlı əmisi Şəmsiyyəni qaçıraraq onunla ailə həyatı qurub. Əsgərlikdən gələndə bunu öyrənən Seymur Rusiyaya gedib və orada yaşamağa başlayıb. Seymur da Rusiyada evlənib. İllər sonra Şəmsiyyə boşanaraq qızları ilə birlikdə Masallıda yaşamağa başlayıb. Bundan sonra Seymurla Şəmsiyyə danışmağa, yenidən ailə həyatı qurmağa qərar veriblər. Hətta Seymur Şəmsiyyəni qardaşından istəmək üçün Masallıya gəlibmiş. Qətl hadisəsi də həmin ərəfədə baş verib.

Qətli törədən Aslan anlaqsızdır?

Qətlin baş verdiyi kafe

Aslan istintaqda dindirilən zaman qətllə bağlı danışıb. Lakin məhkəmədə özünü “peyğəmbər” elan edərək baş verənləri ikar edib.

Aslanın məhkəmədəki ifadəsindən sitat: “Mən Seymuru öldürməmişəm. Seymuru tanımıram. Siqaret istəyirəm. Mən İmam Zaman ağayam. Zühur edəcəm və 313 nəfər yığaraq Azərbaycana gələcəm. Mən peyğəmbər kimi adamam. Mənə inanmayan peşman olacaq. Mən bura gələnə qədər göylərdə yaşayırdım. Tufan olacaq, hər yer dağılacaq. Bir mən qalacam”.

Anlaqsız vəziyyətdə olduğu deyilən Aslanın istintaq zamanı dedikləri isə məlum olmayan təfərrüatları üzə çıxarıb.

Aslan istintaqdakı ifadəsində deyib ki, Seymuru əmisini bıçaqladığı üçün öldürmək qərarına gəlib. Sonra da Seymurun əmisinin keçmiş arvadı ilə müansibəti olduğunu öyrənib. Uzun müddət Seymuru axtarıb. Seymur həmin ərəfədə Rusiyada narkotik ittihamı ilə həbs edilib. Rusiya-Ukrayna müharibəsində könüllü iştirak etmək istədiyi üçün azadlığa buraxılıb. Müharibədən sağ qayıdaraq Azərbaycana gəlib. Aslan Seymurun Masallıya gəldiyini öyrənərək onu izləməyə başlayıb. İlk dəfə Seymuru bacısının yanında görsə də öldürməyib. Seymuru tək tutmaq üçün izləməkdə davm edib. Həmin ərəfədə bibisinin evində olan odlu silahı da götürüb. Həmin silahla da Seymuru qətlə yetirib.

“Anlaqsız adam bir ay Seymuru necə izləyib?”

Mərhuun qardaşı isə Aslanın anlaqsız vəziyyətdə olması ilə razılaşmır. Bildirir ki, qətli törədən şəxsə xəstəlik kağızını külli miqdarda rüşvət verərək alıblar.

Hüquqi varis hadisələrin gedişatını belə danışıb: “Qardaşım Seymur 15-16 yaşından Şəmsiyyəni sevirdi. Anam Şəmsiyyəyə elçi də getmişdi, “hərisin” də almışdı. Şəmsiyyə subay vaxtı qardaşım Seymurun sözlüsü olub. Seymur əsgər gedəndə Aslanın əmisi Cabir Nuriyev Şəmsiyyəni qaçırdı. Baxmayaraq ki, Cabir Seymurla yaxın dost idi. Seymur əsgərlikdən gələndən sonra heç kimə heç nə demədi və Rusiyaya getdi. Seymur Rusiyada taksi sürücüsü işləyirdi. Rusiyaya gedən Cabir də orada taksi sürücüsü işləyirdi. Rusiyada Seymurla Cabir rastlaşıblar. Mübahisə vaxtı qardaşım Cabiri vurub. Buna görə qardaşım Seymura Rusiyada 14 il cəza aldı. Ukrayna-Rusiya müharibəsi başlayanda Seymur müharibəyə getdi. Buna görə də həbsdən azad olundu. Müharibədən sağ-salamat evlərinə qayıtdı. Anam xəstə olduğundan Seymur onu görmək üçün müharibəyə getməyə razılaşmışdı.

Seymur rayona gələndə Cabirin qardaşı Qabil ona zəng eləmişdi. Qardaşıma demişdi ki, Şəmsiyyəyə yaxın getsə, onu öldürəcəklər. Seymur da demişdi ki, Şəmsiyyə neçə ildir onun qardaşından boşanıb. Seymuru aldadaraq çay içməyə çağırıblar. Orada da öldürüblər”.

Mərhumun qardaşı Aslanın anlaqısz olması ilə razılaşmır:

“Anlaqsız adam bir ay Seymuru necə izləyib? Anlaqsız olduğu deyilən adam Bakıda “Nur çörək” zavodunda sürücü işləyib. Başqa işdə də işləyib. Varlıların balaların məktəbə aparıb-gətirib. O vaxtlar Aslan anlaqsız olmayıb, amma indi anlaqsızdır? Aslanın adamları ekspertə yaxşı pul veriblər ki, anlaqsız etsinlər. Hər yerə şikayət etmişəm”.

Məhkəmədə şahid qismində Şəmsiyyə də dindirilib. Bildirib ki, 15-16 yaşından Semur Alışanovla istəkli olublar. Seymurun anası onu valideynlərindən istəyib, “hərisin” də alıbmış:

“Seymur əsgər getdi. Seymur gələnə qədər onun yaxın dostu olan Cabir məni qaçırdı. Cabirə onu istəmədiyimi dedim. Bu evlilikdən iki qızım oldu. Qızlarımın 25-26 yaşları var. 15 ildir Cabirdən ayrılmışam. Onunla heç rəsmi nikaha da girmədim. Mənim evimi də atam tikib, atam imkanlı kişi olub. Evimin tikilməsində Cabirin bir manatı da olmayıb. Şəxsi fermam, biznesim var. Qızlarımı da özüm ərə vermişəm. Seymurun türmədən çıxıb gəldiyini eşitdim. Seymur məni qardaşımdan istəyəcəkdi, evlənəcəkdik. Seymur mənim namusumu qoruyan olub. Adıma söz çıxarılmasına imkan verməyib. Hadisədən əvvəl Cabirin qardaşı Qabil mənə zəng edib Seymurla evlənməməyimi dedi. Mən də öz həyatım olduğunu dedim. Qabil dedi ki, kimə ərə gedirsən get, amma Seymura ərə getmə”.

“Aslanı tanıyandan sağlam olub”

Şəmsiyyə də ifadəsində bildirib ki, Aslanın anlaqsız olduğuna inamadığını bidlirib: “Aslan kənddə maşın da sürürdü. Ağlı da başında olub. Aslanın Seymuru güdməsindən xəbərsiz olmuşam. Qızımın biri onlarda ərdədir. Aslanı tanıyandan sağlam olub”.

Məhkəmə istintaqı zamanı məlum olub ki, daha əvvəllər Aslan psixiatriya xəstəxanasında qeydiyyatda olmayıb.

Lakin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 29 may 2024-cü il tarixli arayışından görünür ki, Aslan hərbi xidmətə çağırılan zaman psixiatrik tibbi müayinədən keçib. İki gün orada stasionar müayinədə olub. Aparılan psixiatrik müayinələrə əsasən ona F60.3 “Emosional davamsız tip şəxsiyyət pozuntusu” diaqnozu təyin edilib. “Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizası”nın 10 avqust 2024-cü il tarixli rəyindən görünür ki, Aslan ittiham olunan əməli törədən zaman “İmpulsiv tip emosional davamsız şəxsiyyət pozuntusu”ndan əziyyət çəkib. Qeyd olunan psixi pozuntunun gedişində dekompensasiya (kəskinləşmə) vəziyyəti olub.

Məhkəmə istintaqı zamanı təkrar ekspertiza da təyin edilib və Aslanın anlaqsız olması qənaətinə gəlinib.

Aslan məhkəmənin qərarı ilə anlaqısz olması səbəbindən cəzadan azad edilib və məcburi müalicə təyin edilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Paxıllıqdan onu 'yutub'dan silmişdilər..."
Bu gün, 21:46
74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar - TƏFƏRRÜAT
Bu gün, 21:42
Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
Bu gün, 21:38
"Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən"
Bu gün, 21:34
Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
Bu gün, 19:12
Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
Bu gün, 19:10
"Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
Bu gün, 19:04
Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
Bu gün, 19:01
Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... - MALƏSƏF...
Bu gün, 18:45
Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
Bu gün, 18:41
"Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" - FAKT BUDUR!
Bu gün, 18:19
Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
Bu gün, 18:15
Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
Bu gün, 18:13
“Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” - Masallıdakı amansız qətlin SENSASİON TƏFƏRRÜATI
Bu gün, 18:08
Röya Ayaz Salayevə cavab verdi: - "Siz elə ölü qalın"
Bu gün, 17:56
Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:48
“Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar
Bu gün, 17:46
Qalmaqallı direktor işdən çıxarıldı - öz ərizəsi ilə...
Bu gün, 17:45
Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı - Bu çıxışlarına görə
Bu gün, 17:34
Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir - deputat
Bu gün, 17:27
Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu - TƏFƏRRÜAT
Bu gün, 15:29
Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir - İNCƏLƏMƏ
Bu gün, 15:26
Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:18
Xalq artisti Fuad Poladovun doğum günüdür - ANIM
Bu gün, 15:13
Azərbaycanda 4-cü kurs tələbəsi qəzada öldü
Bu gün, 15:11
Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 15:07
Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib - “İnterfaks”
Bu gün, 15:04
Şahin Bağırov müavininin rütbəsini qaldırdı
Bu gün, 14:29
Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər - 230 minlik iddia
Bu gün, 13:58
Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı - VİDEO
Bu gün, 13:05
Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA - TƏFƏRRÜAT
Bu gün, 12:59
Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI - NƏLƏR BAŞ VERİR?
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! - bundan sonra NƏ OLACAQ?
Bu gün, 12:46
Qriqoryan Moskvaya getməkdən imtina etdi - “Armenpress”
Bu gün, 12:42
Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 12:30
“İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” - Canana
Bu gün, 12:03
Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır - RƏY
Bu gün, 12:00
“Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” - News.am
Bu gün, 11:58
Paşinyan Bakıya GƏLƏCƏK - ƏGƏR...
Bu gün, 11:19
“Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur
Bu gün, 11:16
Bakıda qəbir yerlərinin qiyməti niyə artır? - AKTUAL
Bu gün, 11:15
Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq - ÇÜNKİ...
Bu gün, 11:13
"Heç vaxt məbləğ demirəm... - Amma çox vəsait xərclənib..."
Bu gün, 11:10
"Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır
Bu gün, 11:06
Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu - NƏ BAŞ VERİR?
Bu gün, 11:05
Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI - NARAHATDIRLAR
Bu gün, 11:03
"Göyəzən" ASC-nin səhmdarları toplanır
Bu gün, 10:59
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq - Qazaxıstan KİV
Bu gün, 10:58
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI - BU NƏDİ BELƏ?..
Bu gün, 10:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru