“İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” .....                     Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır .....                     “Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” .....                     Paşinyan Bakıya GƏLƏCƏK .....                     “Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur .....                     Bakıda qəbir yerlərinin qiyməti niyə artır? .....                     Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq .....                     "Heç vaxt məbləğ demirəm... .....                     "Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır .....                     Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu .....                     Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI .....                     "Göyəzən" ASC-nin səhmdarları toplanır .....                     Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq .....                     Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI .....                     “Boradigah çay-2’’ ASC-də maliyyə məsələləri müzakirə ediləcək .....                     İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU .....                     "Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm" .....                     "Amma bir gün qayıtdı ki, bilirsən səni necə görmək istəyirəm..." .....                     Zərdabda plana düşən MEŞƏ ZOLAĞI: Bunu kimin vicdanına yazaq? .....                     Türk dövlətləri arasında birlik güclənir .....                     Vüqar Qurbanov `Xaç atası` və Çovdarov rolunda... .....                     Paşinyan geri çəkilir, Rusiya-Ermənistan xəttində loyallaşma siqnalları eşidilir .....                     Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar .....                     Misir Mərdanovdan nazirə çağırış: “Uşaqları “şikəst” edirsiniz...” .....                     "Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik" .....                     Moskva aranı qarışdırır... Vaşinqton bunu görür... .....                     İran rəsmisi: “Tezliklə Azərbaycanla quru sərhədlərimiz açılacaq” .....                     “Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…” .....                     Postsovet ölkələrinin SSRİ KABUSU .....                     Köçrəyan Kremlə çağırıldı: eks-prezidentin qulağına nələr deyildi... .....                     "Nyu Layf”da müalicə alan narkomanın ölümü ilə bağlı yeni detallar .....                     Rusiyada MİQRANT YASAĞI: Bizə nə?.. .....                     Dolların sonu gəldi iddiası: Bakıdan operativ reaksiya .....                     10 gün qalıb, bahalaşma qaçılmazdır .....                     Azərbaycan da sərhəddə “bufer zona” yaratsa... .....                     ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların bir hissəsini götürməyi qərara alıb .....                     70 mindən çox azərbaycanlı ilə bağlı kritik durum .....                     Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək .....                     Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' .....                     'Azərsu'nun qocaman işçisi narazıdır .....                 

Dolların sonu gəldi iddiası: Bakıdan operativ reaksiya - AKTUAL
Tarix: Bu gün, 09:05 | Çap et

Donald Tramp administrasiyasının yürütdüyü tarif siyasəti dünyada dolların taleyi ilə bağlı müzakirələri yenidən aktivləşdirib. Hazırda qlobal iqtisadiyyatın taxt-tacını onilliklər boyu əlində saxlayan Amerika valyutası özünü yol ayrıcında tapıb və onun məhvi ilə bağlı qızğın müzakirələrə səbəb olub.

Dolların sonu gəlir və onun yerini hansı valyuta tutacaq? - bu sual getikdcə analitik müzakirələrdə daha çox səslənməyə başlayır. Maliyyəçilər və iqtisadçılar 2025-ci ildən sonra qlobal mənzərəni formalaşdıracaq qüvvələri təhlil edərək proqnozlar açıqlayırlar. Bu prosesdə ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasəti əsas amil olaraq qalır.

Bir neçə gün öncə Federal Ehtiyat Banklarının rəhbərləri ABŞ-ın idxal tariflərinin yüksəldilməsinin qiymətləri artıracağına dair xəbərdarlıqla çıxış ediblər. Onların fikrincə, inflyasiya şokunun qısamüddətli və ya uzunmüddətli olacağı aydın olana qədər faiz dərəcəsinə dair qərarlarda təmkinli olmaq vacibdir.

Bankın Floridada təşkil etdiyi konfransda Atlanta Fed-in prezidenti Raphael Bostic bildirib ki, “tariflərin təsiri hələ rəqəmlərdə özünü göstərməyib”. Onun sözlərinə görə, tariflər qüvvəyə minməzdən əvvəl şirkətlər ehtiyatlar yaratmaq kimi bir çox fəal addımlar atıblar. Lakin artıq toplanan ehtiyatlar tükənir və yeni tariflərlə gələn bahalı malların alışları başlayır. Bu prosesin qiymətləri necə dəyişəcəyi və istehlakçıların necə reaksiya verəcəyi bir müddətdən sonra bəlli olacaq: “Hər hansı yekun qərar qəbul etməzdən əvvəl iqtisadiyyatın hara getdiyini gözləməliyik və görməliyik”.

San Fransisko Federal Ehtiyat Bankının prezidentləri Meri Deyli və Klivlend Bet Hammak onun bu fikrini bölüşürlər. Meri Deyli Atlanta-Fed konfransında bildirib ki, Federal Ehtiyat Sistemi “mərkəzi mövqedə” qalmalı, hərəkətə keçməyə hazır olmalı, lakin məlumat olmadıqda hərəkətə keçməyə tələsməməlidir.

Hammak həmçinin məlumatları və istehlakçı reaksiyalarını diqqətlə təhlil etməyin mənasına inanır. O, müxtəlif ssenariləri nəzərdən keçirir, lakin staqflyasiya ssenarisini ən real ehtimal hesab edir.

Sent-Luis Federal Ehtiyat Bankının prezidenti Alberto Musalema etiraf edir ki, ABŞ-ın tətbiq etdiyi tariflər iqtisadi artım tempini zəiflədəcək və inflyasiyanı yavaşladacaq. Onun sözlərinə görə, davamlı qeyri-adi yüksək qeyri-müəyyənlik ev təsərrüfatlarını və müəssisələri xərcləri və investisiyalarını cilovlamağa məcbur edir. Belə davam edərsə, bu, iqtisadiyyatın əhəmiyyətli dərəcədə yavaşlamasına səbəb olacaq.

Bununla belə, o, əlavə edib ki, FED inflyasiya dinamikası haqqında daha aydın təsəvvür əldə etməyincə, iqtisadiyyatı dəstəkləmək üçün dərəcələri aşağı salmağa tələsməməlidir. Musalem qeyd edib ki, tariflərin qiymət artım tempinə təsiri ya uzunmüddətli, ya da qısamüddətli ola bilər.

Bu fikirlər FED-in gözlənilən faiz endirimləri və tarif siyasətinin təsirləri ilə dolların mövqeyinin zəifləyəcəyinə dair proqnozların artmasına gətirib çıxarır.

İqtisadçı Barry Eichengreen Financial Times üçün şərhində qeyd edib ki, ABŞ-ın sanksiyalar siyasəti de-dollarizasiyanı sürətləndirir, ölkələri yuan və avro ilə hesablaşmalara doğru sövq edir.

Bloomberg xəbər verir ki, rəqəmsal yuanı fəal şəkildə təşviq edən Çin 20 ölkə ilə milli valyutada ticarət müqavilələri bağlayıb. Bununla belə, SWIFT məlumatlarına görə, beynəlxalq əməliyyatların 88 faizində dollar üstünlük təşkil edir ki, bu da onun dayanıqlılığını təsdiqləyir.

Amerikalı investor və “Varlı ata, kasıb ata” bestseller kitabının müəllifi Robert Kiyosaki ABŞ dollarının sonunun başladığını bəyan edib və hiperinflyasiyanın olacağını proqnozlaşdırıb. X sosial şəbəkəsində o yazıb: “Son gəldi”.

Onun sözlərinə görə, ABŞ Federal Ehtiyat Sistemi dövlət istiqrazlarının satışı üzrə hərrac keçirib, lakin alıcı tapa bilməyib. “Heç kim gəlmədi. Beləliklə, FED öz saxta pulunu istifadə edərək sakitcə 50 milyard dollarlıq istiqraz aldı”, - Kiyosaki vurğulayıb və xəbərdarlıq edib: “Şənlik bitdi. Hiperinflyasiya başladı. Milyonlarla insan, gənc, yaşlı maddi cəhətdən məhv olacaq”.

O, aktivlərin dəyərinin kəskin artacağını proqnozlaşdırır: qızıl - 25 000 dollara qədər, gümüş - 70 dollara qədər, bitkoin - 500 min dollara qədər və ya hətta 1 milyon dollara qədər.

Qeyd edək ki, Robert Kiyosaki qlobal iqtisadiyyatla bağlı bəd proqnozları ilə tanınır. O, dəfələrlə bildirib ki, dollar nəzarətsiz emissiyaya görə məhvə məhkumdur, maliyyə sistemi çökmək ərəfəsindədir. O, çıxış yolu kimi qızıl, gümüş və kriptovalyutaya, xüsusən də bitcoinə investisiya yatırmağı tövsiyə edir.

İqtisadçı-ekspert Elman Sadiqov “Yeni Müsavat”a bildirib ki, Kiyosaki əvvəlcədən kağız pullara qarşı etimadsız yanaşıb: “Onun fikrincə, inflyasiyanın dəyərsizləşdirdiyi, arxasında heç nə dayanmayan kağız pullara etimad etmək olmaz. Dünyada hələ qədimdən ehtiyat valyuta rolunu oynayan müxtəlif valyutalar olub, vaxr keçdikcə tədricən sıradan çıxıb. Bu, bir çox hallarda onların məxsus olduğu imperiyaların, dövlətlərin zəifləməsi, çökməsi nəticəsində baş verib. Zatən bütün iqtisadçıların fikri belədir ki, kağız pulların ömrü uzun olmur, əvvəl-axır öz dəyərlərini itirirlər: inflyasiya onları bitirir, sonra denominasiya olur, devalvasiyalar baş verir və sair. Amma konkret olaraq qızılla bağlı ETF-lər - elektronik fondlar var. Hesab olunur ki, qızıl tələb-təklif əsasında alınıb-satılsaydı, indiki dəyərindən qat-qat yüksək qiymətə olardı. Çünki qlobal bazara çıxarılan qızıl almaq istəniləndən çox azadır. Bu, ona görə baş vermir ki, qızılın alqı-satqısı ETF-lər vasitəsilə həyata keçirilir: sən 1 ton qızıl almaq üçün ETF rolunu oynayan banka, fonda yaxınlaşır, o da sənə kağız verir ki, 1 ton qızıl sənindir. Bu mexanizm ona görə işləyir ki, banklar bütün alıcıların eyni vaxtda aldıqları qızılı tələb etməyəcəklərinə arxayındırlar. Hesab olunur ki, bu, baş verərsə, dünyada çox ağır böhran yaranar. Çünki hesablamalara əsasən, hazırda belə kağızlar üzərindən artıq satılmış olan qızılın həcmi real mövcud olan qızıldan 5-6 dəfə çoxdur. Ona görə də deyirlər ki, qızılın qiyməti 10-15 min dollara qədər bahalaşacaq”.

Ekspert qeyd edir ki, Kiyosakinin gündəmdə qalmaq üçün populist proqnozlar vermək kimi bir adəti var: “Bu proqnozların böyük əksəriyyəti özünü heç zaman doğrultmur. Kiyosaki dünyada ən radikal proqnozları ilə tanınıb. Konkret, qızılın 25 min dollar olması fikrinə gəlsək, bu, o zaman mümkündür ki, ABŞ iqtisadiyyatı tamamilə dağılsın, ölkə defolt olsun, dolların dəyəri sıfırlansın. Bu, real olmayan məsələdir. ABŞ iqtisadiyyatının problemləri və onlar böyükdür. Lakin dövlətin həmin problemləri tədricən aradan qaldırmaq imkanları hələ çox genişdir. Yəni bu gün ABŞ dövlətinin mövcud problemləri həll etmək iqtidarında olmadığını demək qeyri-realdır. Bəlkə nə vaxtsa olacaq, amma yaxın və ortamüddətli dövrdə bu, gözlənilən deyil.

Dollar sıradan çıxacaqsa, onu əvəz edəcək valyuta olmalıdır. Elə bir valyuta yoxdur, belə yezliklə hansısa valyutanın bu qədər güclənməsi mümkün deyil. Çünki həmin valyutanın arxasında dayanan dövlətin ən azı ABŞ səviyyəsində olması lazımdır. İki valyuta dollardan sonra az-çox potensiala malikdir: avro və yuan. Yuanın arxasında ikinci böyük iqtisadiyyata malik Çin dayanır. Lakin yuanın məzənnəsini bazar müəyyənləşdirmir, onu Çin hökuməti inzibati yolla tənzimləyir. Belə valyutaya ehtimad etmək, ehtiyatları onunla formalaşdırmaq heç kimə sərf etmir. Çünki Çin hakimiyyəti yuanın məzənnəsini öz maraqlarına uyğun tənzimləyir, onun digər dövlətlərin maraqlarını təmin etmək potensialı yoxdur. Avronun arxasında dayanan Avropa İttifaqının da potensialı dünya ehtiyat valyutasını idarə etmək üçün yetərli deyil. Yəni Kiyosakinin indiki proqnozları son 10-20 ildə dəfələrlə verilib, amma dollar dünyanın əsas ehtiyat valyutası olaraq qalmağa davam edir. Onun gümüşlə bağlı proqnozunun reallaşma ehtimalını yüksək hesab etmək olar. Çünki bu qiymətli metal öz layiq olduğu qiyməti hələ almayıb.

Bitkoinə gəlincə, bu, çox təhlükəli alətdir. Heç bir böyük maliyyə qurumu öz vəsaitlərini dollardan tamamilə çıxarıb ona yatırmaq kimi riskli addımı atmaz. Atan qurum, investor bitkoinə yatırdığı vəsaiti bir anda itirmək ehtimalını da nəzərə almalıdır. Digər tərəfdən, bitkoinin sayı məhduddur, cəmi 21 milyon ədəddir və artıq onun hamısı satılıb. Bu məhdudluq onun qiymətini müəyyən həddə qədər bahalaşdıra bilər, lakin bu, onun dünyanın əsas ehtiyat vəsait roluna sahib olmasına gətirib çıxarmayacaq".

Qeyd edək ki, Azərbaycanın valyuta ehtiyatlarının mühüm əksəriyyətinin toplandığı Dövlət Neft Fondunun aktivlərinin böyük hissəsi ABŞ dollarındadır. Belə ki, Fondun açıqladığı rəsmi hesabata əsasən 2025-ci ilin birinci rübünün sonuna 62,7 milyard dollar təşkil edən investisiya portfelinin 66,1 faizi ABŞ dollarındadır. Bu, 41 milyard 274,7 milyon dollar deməkdir. Bu məbləğin 16 milyard 134,4 milyon dolları qızılla ifadə olunur. Nəzərə alsaq ki, 2024-cü ilin 31 dekabrına Fondun aktivlərinin 66,5 faizi dollardaydı, onda 3 ayda bu valyutanın payının 0,4 faiz bəndi azaldığını görərik. Lakin məbləğ baxımından qızıla investisiyaların artması ilə bağlı dollar aktivlərinin həcmi 3 ayda 39 milyard 937,9 milyon dollardan 41 milyard 274,7 milyon dollara yüksəlib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” - Canana
Bu gün, 12:03
Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır - RƏY
Bu gün, 12:00
“Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” - News.am
Bu gün, 11:58
Paşinyan Bakıya GƏLƏCƏK - ƏGƏR...
Bu gün, 11:19
“Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur
Bu gün, 11:16
Bakıda qəbir yerlərinin qiyməti niyə artır? - AKTUAL
Bu gün, 11:15
Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq - ÇÜNKİ...
Bu gün, 11:13
"Heç vaxt məbləğ demirəm... - Amma çox vəsait xərclənib..."
Bu gün, 11:10
"Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır
Bu gün, 11:06
Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu - NƏ BAŞ VERİR?
Bu gün, 11:05
Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI - NARAHATDIRLAR
Bu gün, 11:03
"Göyəzən" ASC-nin səhmdarları toplanır
Bu gün, 10:59
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq - Qazaxıstan KİV
Bu gün, 10:58
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI - BU NƏDİ BELƏ?..
Bu gün, 10:54
“Boradigah çay-2’’ ASC-də maliyyə məsələləri müzakirə ediləcək
Bu gün, 10:49
İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 10:46
"Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm" - REAKSİYA
Bu gün, 10:37
"Amma bir gün qayıtdı ki, bilirsən səni necə görmək istəyirəm..."
Bu gün, 10:33
Zərdabda plana düşən MEŞƏ ZOLAĞI: Bunu kimin vicdanına yazaq? - ÖZBAŞINALIQ!
Bu gün, 10:16
Türk dövlətləri arasında birlik güclənir - MƏQALƏ
Bu gün, 10:07
Vüqar Qurbanov `Xaç atası` və Çovdarov rolunda... - TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Bu gün, 10:05
Paşinyan geri çəkilir, Rusiya-Ermənistan xəttində loyallaşma siqnalları eşidilir - İLGİNC...
Bu gün, 09:58
Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar - Cümşüd Nuriyev
Bu gün, 09:55
Misir Mərdanovdan nazirə çağırış: “Uşaqları “şikəst” edirsiniz...” - GƏRGİNLİK
Bu gün, 09:51
"Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik" - NARAZILIQ VAR...
Bu gün, 09:50
Moskva aranı qarışdırır... Vaşinqton bunu görür... - deputatdan ŞƏRH
Bu gün, 09:39
İran rəsmisi: “Tezliklə Azərbaycanla quru sərhədlərimiz açılacaq” - KİV
Bu gün, 09:31
“Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…”
Bu gün, 09:29
Postsovet ölkələrinin SSRİ KABUSU - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:25
Köçrəyan Kremlə çağırıldı: eks-prezidentin qulağına nələr deyildi... - TƏFƏRRÜAT
Bu gün, 09:23
"Nyu Layf”da müalicə alan narkomanın ölümü ilə bağlı yeni detallar – Yekun qərar verildi
Bu gün, 09:15
Rusiyada MİQRANT YASAĞI: Bizə nə?.. - Görünəni odur ki...
Bu gün, 09:09
Dolların sonu gəldi iddiası: Bakıdan operativ reaksiya - AKTUAL
Bu gün, 09:05
10 gün qalıb, bahalaşma qaçılmazdır - NƏ ETMƏLİ?
Bu gün, 09:02
Azərbaycan da sərhəddə “bufer zona” yaratsa... - Başqa yolu yoxdur...
Bu gün, 08:50
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların bir hissəsini götürməyi qərara alıb
Bu gün, 08:46
70 mindən çox azərbaycanlı ilə bağlı kritik durum – Dövlət hərəkətə keçir?
Bu gün, 07:23
Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək - "JPMorgan Chase"
Bu gün, 07:20
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Bu gün, 06:40
'Azərsu'nun qocaman işçisi narazıdır - BUNA GÖRƏ
Bu gün, 06:36
Azərbaycan SSRİ-yə görə təzminat tələb etməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:16
"İki qarış ətəyi olan qızları aparırlar..." - Jurnalist OD PÜSKÜRDÜ
Bu gün, 06:04
UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
Bu gün, 05:54
"Tehran Zəngəzur dəhlizini pantürkist layihə kimi təqdim edərək gözdən salmaq istəyir" - FAKT BUDUR!
Bu gün, 05:46
Elariz 43 il əvvəl - FOTO
Bu gün, 05:43
“Kredit Kartı: Rahatlıq Maskası Arxasında Gizlənən Borc Tələsi” - ARAŞDIRMA
Bu gün, 05:40
İranla İsrail toqquşacaqmı? - GƏLİŞMƏ
Bu gün, 05:36
Mərkəzi Bankın 37, FED-in 6 mərtəbəli binası: Tikintilərinə nə qədər xərc çəkilib? - BU NƏDİ BELƏ?
Bu gün, 01:08
Tehranın Zəngəzur "oyunu": Səfir kimin “ağzı” ilə danışır? - AKTUAL
Bu gün, 00:55
"Türkiyə və Türk milləti üçün Ərdoğanın varlığı əvəzolunmazdır" - Dövlət Baxçalı
Bu gün, 00:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru