Sosial şəbəkələrdə meyxanaçı Namiq Mənanın oğlu Mıənanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.
AZXEBER.COM Mənanın səhhətini öyrənmək üçün meyxanaçı ilə əlaqə saxlayıb.
Namiq Məna yayılan xəbərlərin əsassız olduğunu bildirib:
"Sosial şəbəkələrdə oğlumla bağlı yayılan xəstəlik xəbərləri yalandır. Bunu kim edir, kim paylaşdırır bilmirəm. Düşünmürlər ki, bizi də sevənlər var, onlar narahat olur. Mənanın səhhətində heç bir problem yoxdur, xəstəxanaya da yerləşdirilməyib. İki il əvvəl yaranan bir xəstəliyi var idi, o da şükürlər olsun ki, keçdi, getdi. Mən bizi sevənlərə demək istəyirəm ki, belə xəbərlərə inanmasınlar".