Sakinlərin narazılıqlarından belə bəlli olur ki, yolun yararsız vəziyyətə düşməsinin əsas səbəbi “Parla Residence”ni inşa edən “Golden Roze Group” şirkətinin məsuliyyətsizliyidir. Ağır tonnajlı texnikanın və yük maşınlarının hərəkəti asfalt örtüyünü sıradan çıxarıb. “Golden Roze Group” isə tikinti bitikdən sonra yolu təmir etməyib.
20 ildir “dəb və keyfiyyəti” birləşdirdiyini iddia edən “Golden Roze Group”dan isə gün ərzində telefonlarımıza cavab verən olmadı.
Bəs maraqlıdır avtomobil yollarının tikintisi və yenidən qurulmasına cavabdeh olan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu haqda nə düşünür? Yaxın zamanlarda yolun təmiri planlaşdırılırmı? Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirdi ki, ərazidəki yolun vəziyyətindən xəbərdardılar və əsaslı təmir işlərinin aparılması zəruridir:
“Ötən gün bu əraziyə AAYDA-nın və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə baxış keçirilib. Müvəqqəti olaraq cari təmir işləri aparılacaq. Əsaslı təmirin həyata keçirilməsi üçün isə həmin küçənin növbəti investisiya proqramına daxil edilməsi ilə bağlı müraciət olunacaq. Proqrama salındıqdan sonra əsaslı təmir işləri həyata keçiriləcək”.
/teleqraf.com