Tanınmış şair və jurnalist Mənsur Ələkbərov vəfat edib.
"DİA-AZ" xəbər verir ki, o, bu gün 62 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ələkbərov Mənsur Abbas oğlu 13 yanvar 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində doğulub. O, 1997-ci ildən vəfat edənə qədər Azərbaycan Tibb Universitetinin mətbu orqanı olan "Təbib" qəzetində məsul katib işləyib.