ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" .....                     Bakıda daha bir "təqaüd dələduzluğu" .....                     "Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik" .....                     Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? .....                     Həcc kvotası niyə dolmadı? .....                     "Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... .....                     Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi .....                     AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib .....                     Bu bank rəsmi etibarnaməni də tanımır .....                     Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR .....                     Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? .....                     Bakı ilə sülh danışıqları davam edir? .....                     “Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib .....                     Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin .....                     İran müdafiə naziri Ermənistana səfərə gedib .....                     16 yaşlı qızı öldürüb Kürə atdılar .....                     “Bakcell” süni intellekt təlimi təşkil edib .....                     400 milyon dollarlıq mübahisə: .....                     Putini NECƏ RAM ETMƏLİ... .....                     Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb .....                     1,5 milyardlıq ANLAŞMA .....                     Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? .....                     Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır .....                     "Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək .....                     Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı .....                     Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır .....                     Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb .....                     Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib .....                     ARDNF kritik lisenziyaların müddətini uzadır .....                     Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Marketlərdə 16 qəpiyə satılan yumurta Syerra-Leoneyə 11 qəpiyə ixrac olunub .....                     "Qızımın qeybətini gəlinimə edirəm" .....                     Belə gedərsə, Fuad Nağıyev DAHA BİR TÖHMƏTİ HAQQ EDƏCƏK... .....                     Rubio Avropanın nə istədiyinə aydınlıq gətirib .....                     Həmkarlar İttifaqının İşərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI .....                     İrəvanda 2 saatlıq TELEFASİLƏ .....                     Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən İqbal Əbilova hökm oxunub .....                     Beyləqanda ONA YAXIN MƏMUR İŞDƏN QOVULDU .....                     Makron Azərbaycanla düşmənçilikdən çəkilir? .....                     Burda müştəriləri məmnun edəcək HEÇ NƏ YOXDUR... .....                 

Makron Azərbaycanla düşmənçilikdən çəkilir? - səfir Şuşaya getməyincə...
Tarix: Bu gün, 11:53 | Çap et

“Fransa Azərbaycan və Ermənistanın yekun sülhə nail olmaq və sülh sazişi imzalamaq səylərini dəstəkləyir”. “Yeni Müsavat” xatırladır ki, bunu Fransa Prezidenti Emmanuel Makron mayın 16-da Avropa Siyasi Birliyinin sammitinin plenar iclasında çıxışı zamanı belə deyib.

Yada salaq ki, Albaniyada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısı çərçivəsində Makron Azərbaycan Prezidenti İlham Əliyevə yaxınlaşaraq görüşüb. Bu da faktdır ki, Fransa 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı bir sıra qərəzli bəyanatlar verib, mövqelər sərgiləyib. O sırada BMT TŞ-də ölkəmiz əleyhinə qətnamə qəbul edilməsinə üç dəfə cəhd edib.

Bəs Tiranada olan görüşdən sonra Yelisey sarayının Bakıya münasibəti yaxşıya dəyişə bilərmi? Əslində bu haqda ən azı o halda danışmaq olar ki, Fransanın ölkəmizdəki səfiri də digər əcnəbi diplomatlar kimi Şuşaya ayaq basacaq. Bu isə görünmür. Hələ harasıdır, Fransanın Ermənistandakı səfiri utanmazcasına Şuşanı erməni ağzı ilə, uydurma “Şuşi” adlandırır...

“Yeni Müsavat”a danışan deputat Azər Badamov Makronun hərəkətlərini növbəti oyun kimi qəbul edir: “Fransa prezidentinin ölkəmizə münasibəti üzdə görünən kimi deyil. O, Tiranada Prezident İlham Əliyevlə özünü səmimi göstərmək istəsə də, içindəki erməni sevgisi davam etməkdədir. Əgər bir dövlət başçısı ölkələrarası münasibətlərə səmimi yanaşırsa, onun hərəkətləri saxta olmamalıdır. Avropa Birliyinin sammitində etdiyi çıxışında Makron Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini bildirir. Bu həqiqətən belədirsə, Ermənistanı silahlandırmaqda məqsədiniz nədir? Makron həqiqətən sülhün və əməkdaşlığın tərəfdarıdırsa, Ermənistanı həm silahlandırmaqdan, həm də silahlanmasından çəkindirməlidir. Bir ölkə millitarizasiyaya üstünlük verirsə, bu onun sülh niyyətlərindən uzaq olduğunu göstərir. Bu baxımdan Makronun Tiranadakı təbəssümlü hərəkətlərinin həm də saxta olduğunu düşünürəm”.

Deputatın fikrincə, Prezident İlham Əliyev Tiranada sammitdə iştirak edən liderlər arasında özünün səmimiyyəti ilə fərqlənirdi: “Hamı cənab Prezidentlə görüşməkdə və ünsiyyət yaratmaqda maraqlı idi. Hətta Paşinyan da dövlət başçımızdan bir yerdə kofe içməyi və məsələləri müzakirə etməyi xahiş etdi. Bütün bunları görən Makron dövlət başçımıza yaxınlaşır və özünün də səmimi olduğunu nümayiş etdirməyə çalışdı. Bir daha qeyd etmək istəyirəm ki, Makronun hakimiyyətində regionumuzda yaratdığımız reallığa səmimi münasibət varsa, Ermənistandakı səfiri "Şuşi" deməməli, Azərbaycandakı səfiri isə bütün ölkələrin səfirləri ilə bir yerdə Şuşaya getməlidir. Əgər bunların heç birini müşahidə etmiriksə, Makronun təbəssümlü hərəkətlərini oynadığı növbəti teatr kimi qəbul edirəm".

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Fransa rəhbərinin bəyanatını səmimiyyətdən çox-çox kənar sayır: “Fransanın və daha konkret desək, Makron və onun hakimiyyətinin Azərbaycana münasibəti ortadadır. Makron hakimiyyətinin Azərbaycana münasibəti hər zaman mənfi olub və xüsusilə də Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək uğrunda hərbi əməliyyatlara başlayandan sonra mənfi münasibətlər açıq şəkildə özünü göstərməyə başlayıb. Makron İkinci Qarabağ müharibəsi başlananda açıq şəkildə işğalçıların tərəfini tutan mövqe ortaya qoymağa başladı və dəfələrlə Azərbaycan əleyhinə bəyanatlar verərək, hətta ölkəmizə qarşı sanksiyaların qəbul edilməsi üçün də cəhdlər etdi. Avropa institutlarındakı mövqeyindən istifadə edən Fransa təkcə özü deyil, Avropa İttifaqının ayrı-ayrı qurumlarını ölkəmiz əleyhinə kampaniyada iştiraka cəlb etdiyini də hər birimiz görmüşük. Xüsusilə də Azərbaycan xüsusi xidmət orqanlarının Fransanın casus şəbəkəsini ifşa etməsi Makronu daha da azğınlaşdırdı və iş o yerə gəlib çatdı ki, rəsmi Paris Yeni Kaledoniya və dənizaşırı ərazilərdə Fransa zülmünə qarşı ayaqlanmada da Azərbaycan izləri axtarmağa başladı”.

R.Bayramov görə, Fransanın Azərbaycan qərəzinin həddi və ayrı-ayrı rəsmilərinin bəyanatları, Fransanın Ermənistandakı səfirinin davranışları, eləcə də ölkəmizdəki Fransa səfirinin hələ də Şuşaya səfər etməməsi onu deməyə əsas verir ki, Makronun “Fransa Azərbaycan və Ermənistanın yekun sülhə nail olmaq və sülh sazişi imzalamaq səylərini dəstəkləyir” bəyanatı səmimiyyətdən çox-çox uzaq bəyanatdır: “Əksinə, Fransanın bütün addımları onu göstərir ki, Makron hakimiyyəti hələ də Azərbaycan və Ermənistan arasında gərgin münasibətləri özlərinin Cənubi Qafqaz maraqlarını təmin etmək üçün bir fürsət olaraq görürlər. Sadəcə, Makron Avropa İttifaqının Azərbaycana olan ehtiyacı fonunda Aİ rəhbərliyinin Azərbaycanla münasibətləri düzəltmək üçün etdiyi cəhdləri və faktiki olaraq təkləndiyini gördüyü üçün bu şəkildə bəyanatla çıxış etmək məcburiyyətində qalıb”.

Partiya rəsmisi hesab edir ki, Azərbaycan özünün prinsipial mövqeyi ilə Aİ-yə rəsmi Bakıya nəyisə diqtə etməyin mənasız olduğunu, qarşılıqlı əməkdaşlığın diqtəyə yox, dialoqa və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanmalı olduğunu qəbul etdirə bildi: “Ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm oyunçulardan biri olması, eləcə də Avropa üçün vacib olan tranzit imkanları Avropa İttifaqını Azərbaycanla münasibətlərə yenidən baxmağa məcbur etdi. Bunun ən bariz sübutu Avropa Siyasi Birliyinin Albaniyanın paytaxtı Tiranada baş tutan 6-cı sammiti və orada ölkə başçısına olan münasibətdir. Odur ki, Makronun həmin tədbirin plenar iclasında başqa mövqedən çıxış etməsi faktiki olaraq mümkünsüz idi və Makron da Avropa İttifaqı liderlərinin Azərbaycana olan münasibəti fonunda özünü sülh istəyən tərəf kimi göstərmək məcburiyyətində qaldı. Əgər Makron həqiqətən də Azərbaycanla Ermənistan arasında sülhdə maraqlıdırsa, o zaman bunu real addımlarla sübut etməlidir. Məsələn, Ermənistanı silahlandırmağı dayandırmalı, "kiçik bacı"sını Zəngəzur dəhlizinin açılmasına, konstitusiya dəyişikliyi etməyə və Minsk Qrupundan imtinaya inandırmalıdır".












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
Bu gün, 17:15
Bakıda daha bir "təqaüd dələduzluğu" - TƏFƏRRÜAT
Bu gün, 17:11
"Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik"
Bu gün, 17:07
Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA
Bu gün, 17:05
Həcc kvotası niyə dolmadı? - Deputat səbəbləri AÇIQLADI
Bu gün, 17:00
"Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... - DETALLAR
Bu gün, 16:54
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi - TƏFƏRRÜAT
Bu gün, 16:52
AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:51
Bu bank rəsmi etibarnaməni də tanımır - BU NƏDİ BELƏ?..
Bu gün, 16:44
Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR - NƏ ETMƏLİ?
Bu gün, 16:39
Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? - AKTUAL
Bu gün, 16:36
Bakı ilə sülh danışıqları davam edir? - Vardanyan suala elə cavab verdi ki...
Bu gün, 16:34
“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib - VİDEO
Bu gün, 16:27
Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür
Bu gün, 16:25
İran müdafiə naziri Ermənistana səfərə gedib - KİV
Bu gün, 16:23
16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
Bu gün, 16:22
“Bakcell” süni intellekt təlimi təşkil edib
Bu gün, 15:19
400 milyon dollarlıq mübahisə: - Tramp “hədiyyə” dedi, təyyarə satışda çıxdı
Bu gün, 15:17
Putini NECƏ RAM ETMƏLİ... - AKTUAL
Bu gün, 15:07
Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb - SİYAHI
Bu gün, 15:01
1,5 milyardlıq ANLAŞMA - Ermənistana silah axını DAVAM EDİR
Bu gün, 14:56
Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? - DOSYE
Bu gün, 14:53
Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır - PROQNOZ
Bu gün, 14:47
"Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək
Bu gün, 14:47
Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı
Bu gün, 13:06
Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır
Bu gün, 13:02
Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb – Bir litri 57 qəpiyə
Bu gün, 13:00
Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib - FOTO
Bu gün, 12:57
ARDNF kritik lisenziyaların müddətini uzadır – 69 MİN MANATLIQ TENDER
Bu gün, 12:54
Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:48
Marketlərdə 16 qəpiyə satılan yumurta Syerra-Leoneyə 11 qəpiyə ixrac olunub - BU NƏDİ BELƏ?..
Bu gün, 12:42
"Qızımın qeybətini gəlinimə edirəm"
Bu gün, 12:38
Belə gedərsə, Fuad Nağıyev DAHA BİR TÖHMƏTİ HAQQ EDƏCƏK... - O boyda həngamədən xəbəri yoxdurmu?
Bu gün, 12:31
Rubio Avropanın nə istədiyinə aydınlıq gətirib
Bu gün, 12:25
Həmkarlar İttifaqının İşərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI - NARAZILIQ VAR...
Bu gün, 12:20
İrəvanda 2 saatlıq TELEFASİLƏ
Bu gün, 12:14
Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən İqbal Əbilova hökm oxunub
Bu gün, 12:06
Beyləqanda ONA YAXIN MƏMUR İŞDƏN QOVULDU - ADLAR
Bu gün, 12:01
Makron Azərbaycanla düşmənçilikdən çəkilir? - səfir Şuşaya getməyincə...
Bu gün, 11:53
Burda müştəriləri məmnun edəcək HEÇ NƏ YOXDUR... - GİLEY
Bu gün, 11:48
“Bu, erməni xəstəliyidir - harada yaşayırlar, özlərinə saxta tarix düzəldirlər” - deputat
Bu gün, 11:35
Dünya siyasətində Bakı ayı: çəki və güc necə artır? - AKTUAL
Bu gün, 11:24
“Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb” - “RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU…”
Bu gün, 11:22
Aysun yenidən AİLƏ QURACAQ?
Bu gün, 11:16
Daha bir məktəb direktoru işdən çıxarıldı - ƏMR
Bu gün, 11:13
Türkiyə və Azərbaycana qarşı daha bir `İNDEYSKİ` BOYKOT qərarı... - KİV
Bu gün, 11:10
122 min manat vergi borcu olan şirkət kimindir?
Bu gün, 11:08
Vəzifəli şəxsi öldürənə CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:06
İnsan alveri sosial şəbəkələrdə yeni üz alır: - Müdaxilə edilməsə...
Bu gün, 10:58
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
Bu gün, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru