Minsk qrupu tezliklə ləğv olunacaq - GÖZLƏNTİ
Tarix: 19-04-2025, 13:08 | Çap et
 Ermənistanın Baş naziri Nikol Paşinyan yeni hazırlanan konstitusiya ilə bağlı bir sıra detalları açıqladı. O bildirdi ki, yeni konstitusiyada 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır: "Ermənistanın Müstəqillik Bəyannaməsi müstəqil, suveren Ermənistan Respublikasının mövcud ola bilməyəcəyini ehtiva edir. Əgər mən bunu deyirəmsə, deməli, yeni Konstitusiya mətnində həmin Bəyannaməyə istinad olmalı olduğunu iddia edə bilmərəm. Əksinə, deyə bilərəm ki, mənim fikrimcə, yeni Konstitusiyada bu sənədə istinad olmamalıdır. Amma qərarı Ermənistan xalqı verəcək". Paşinyan bildirib ki, bu məsələyə yalnız Azərbaycanın tələbi prizmasından deyil, Ermənistanın daxili ictimai-siyasi reallıqları kontekstində yanaşır: “Biz iki məsələni ayırmalıyıq: Azərbaycanın sülh prosesinə və Ermənistan Konstitusiyasının mətninə münasibəti. Bu, bizdə 2018-ci il inqilabından dərhal sonra gündəmdə olan məsələdir. Hələ 2020-ci ilin fevralında bir müsahibəmdə də bu barədə danışmışdım”. Yeni Konstitusiyanın nə vaxt qəbul ediləcəyi ilə bağlı suala cavab olaraq Paşinyan konkret tarix verməyib: "Referendumun nə vaxt keçiriləcəyinə dair dəqiq söz deyə bilmərəm. Fərqli fikirlər var, müzakirələrdən sonra ortaq nəticəyə gələcəyik". Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar başa çatıb. Saziş preambula və 17 maddədən ibarətdir. Bir müddət əvvəl sazişin preambula və 15 maddəsinin razılaşdırıldığı, yerdə qalan 2 maddə üzrə danışıqların davam etdiyi açıqlanmışdı. Sözügedən maddələr sərhəddən üçüncü ölkələrə məxsus qüvvələrin çıxarılması və beynəlxalq məhkəmələrdə iddiaların qarşılıqlı şəkildə geri götürülməsi ilə bağlıdır. Artıq hər iki tərəf maddələri razılaşdırıb. Ancaq sülh sazişi hələ də imzalanmağa hazır deyil. Çünki sülh sazişinin daha dayanıqlı olması üçün Ermənistan bir sıra şərtləri yerinə yetirməli, öhdəlik götürməlidir. Prezident İlham Əliyev bəyan edib ki, sülh sazişinin imzalanması üçün iki şərt yerinə yetirilməlidir. Bunlar Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Bakı hesab edir ki, Ermənistanın hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının qalması, iki ölkə arasında normallaşma prosesinə ciddi maneə törədir. Ermənistanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiaları var.
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı "Sherg.az"a deyib ki, sülh sazişinin mətni 17 bənddən ibarət olsa da, Azərbaycanın iki önəmli tələbi var. Professor vurğulayıb ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ortadan qalxmadan, ATƏT-in Minsk qrupu ləğv edilmədən yekun sülhdən danışmaq olmaz:
"Ermənistanın indiki Konstitusiyası Azərbaycanın ərazi bütövlüyünə təhdiddir. Həm preambula hissəsində, həm də içərisindəki maddələrdə Azərbaycanın Qarabağ bölgəsi "Ermənistan ərazisi" sayılır. Ona görə bu dəyişiklik mütləq olmalıdır və referendum yolu ilə edilməlidir. Yəni Paşinyanın "Müstəqillik Aktına istinad olmayacaq" sözləri yetərli deyil. Paşinyandan sonrakı hakimiyyət ərazi iddialarını özündə əks etdirən sənədlərə rahatlıqla əsaslana bilər. Bunu Konstitusiya Məhkəməsi də elə bilməz. O cümlədən Minsk qrupunun qalmasında qətiyyən ehtiyac yoxdur və kimsə qalmasını istəyirsə, deməli, xoş niyyət güdmür. Ermənistan iddia edir ki, sülh sazişi imzalanarsa, Azərbaycanın ərazi bütövlüyü tanınarsa, Minsk qrupu qüvvədən düşmüş olacaq. Amma Minsk qrupu kağız üzərində də olsa, beynəlxalq rəsmi strukturdur və onun formal ləğvi şərtdir. Bu mövcudiyyəti aradan qaldırmağın yolu iki ölkənin ATƏT-ə birgə müraciətidir. Ermənistan buna getmək istəmir".
Q.Çaxmaqlı vurğulayıb ki, son günlərdə keçmiş qondarma rejimin qalıqları, revanşist qüvvələr də fəallaşıblar, mitinqlər keçirirlər, tələblər irəli sürürlər, beynəlxalq təşkilatlara müraciətlər edirlər: "Bu absurd tələbləri də ancaq Minsk qrupu vasitəsilə gündəmə daşımaq, beynəlxalq müstəviyə çıxarmaq mümkündür. Azərbaycan işini sağlama almaq istəyir və İrəvan təzyiq göstərir. Şübhə etmirəm ki, təzyiqlər nəticə verəcək və Minsk qrupu ləğv olunacaq. Ancaq İrəvan hökumətinin Konstitusiyada dəyişiklik tələbini yubatması sülh sazişinin imzalanmasını da uzada bilər. Görünən odur ki, Ermənistan konstruktiv mövqe tutmur. Sadəcə, sülhü imitasiya edərək "sülhsevər" görüntü yaratmağa çalışır. Hər halda danışıqlar davam edir və müzakirələr aparılır. Ümid edirik, bütün problemləri çözmək mümkün olacaq".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Xınalıq" restoranında 63 yaşlı ofisiant qəfil öldü
Bu gün, 13:56 |
|
|
|
| • Ermənistan müxalifətinin lideri: - Müharibə qapısını bağlamalıyıq
Bu gün, 13:53 |
|
|
|
| • İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir
Bu gün, 13:06 |
|
|
|
| • Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...
Bu gün, 12:47 |
|
|
|
| • 860 minlik ev cəmi 12 manata satılır - Beləsi olmamışdı
Bu gün, 12:34 |
|
|
|
| • "Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər - İTTİHAM VAR...
Bu gün, 12:30 |
|
|
|
| • Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur - Lalə Süleymanova
Bu gün, 12:27 |
|
|
|
| • Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? - DETALLAR
Bu gün, 12:24 |
|
|
|
| • FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı - TƏFƏRRÜAT
Bu gün, 12:18 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru ilə bağlı qərar verildi
Bu gün, 12:15 |
|
|
|
| • Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:08 |
|
|
|
| • “Çarəsiz”in LƏMANI: “Yazırlar ki, ay həyasız, ay ifritə...” - VİDEO
Bu gün, 11:58 |
|
|
|
| • Azərbaycanda özəl “qocalar evi” açmaq olar?
Bu gün, 11:56 |
|
|
|
| • Rusiya XİN-də Ermənistan səfiri ilə sərt söhbət aparılıb - RT
Bu gün, 11:54 |
|
|
|
| • “Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək
Bu gün, 11:47 |
|
|
|
| • "Sizin yeriniz...”
Bu gün, 11:37 |
|
|
|
| • 2026-cı ilin ölkə çempionu ADA Universitetində - FOTO
Bu gün, 11:34 |
|
|
|
| • Yaroslavlda neft obyekti vurulub - Zelenski
Bu gün, 11:28 |
|
|
|
| • "Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır..." - NARAZILIQ VAR...
Bu gün, 11:22 |
|
|
|
| • Bacısının evindən 16 min manat oğurlandı - AÇIQLAMA
Bu gün, 11:09 |
|
|
|
| • Apteklərdə “Pascorbin” TAPILMAYACAQ – Alternativ dərman VARMI?
Bu gün, 11:04 |
|
|
|
| • Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Bu gün, 11:01 |
|
|
|
| • Məscidlərə Tolstoyun, Dostoyevskinin kitablarının alınmasına komitə sədrindən REAKSİYA - “Təsbeh layihəsi keçirək?”
Bu gün, 11:00 |
|
|
|
| • Biz Ermənistanı “banan dövləti” olmaqdan qurtardıq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:55 |
|
|
|
| • Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib
Bu gün, 10:53 |
|
|
|
| • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb - İLGİNC FAKTLAR
Bu gün, 10:50 |
|
|
|
| • Azərbaycanla sülh istəyirik, Rusiyanın köləsi olmaq istəmirik - Marqaryan
Bu gün, 10:44 |
|
|
|
| • Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... - MÜRACİƏT
Bu gün, 10:41 |
|
|
|
| • Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, 13 aeroportun fəaliyyəti dayandırılıb
Bu gün, 10:35 |
|
|
|
| • Paşinyan seçki kampaniyasına Qərbi Zəngəzurdan başladı
Bu gün, 10:33 |
|
|
|
| • ABB Özbəkistandakı “Davr Bank”da pay alıb
Bu gün, 10:26 |
|
|
|
| • 46 Azərbaycan vətəndaşı xaricdə insan alverinin qurbanı olub - RƏSMİ
Bu gün, 10:16 |
|
|
|
| • “Övladları Almaniyada əlindən alınan azərbaycanlı ailənin övladlarını geri aldıq” - TƏFƏRRÜAT
Bu gün, 10:13 |
|
|
|
| • Rusiyadan Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT - Görün Qarabağla bağlı nə etdilər...
Bu gün, 10:10 |
|
|
|
| • “Atamın ürəyinə stent qoyuldu” - Akif İslamzadənin oğlu
Bu gün, 10:07 |
|
|
|
| • İsrailin Azərbaycandakı səfiri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib - FOTO
Bu gün, 10:03 |
|
|
|
| • Rusiya hücum etsə, ABŞ yardıma gələcəkmi? - Stubb
Bu gün, 09:00 |
|
|
|
| • Göyçay sakinini aldadıb İŞDƏN ÇIXARDILAR... - 5 uşaq atasının HARAYI
Bu gün, 08:59 |
|
|
|
| • Rostov parada "hazırlaşır" - Raketlə vurulmuş zavodlarda yanğın davam edir...
Bu gün, 08:54 |
|
|
|
| • Məhkəmə 120 419 manat vergi ödəməkdən yayınmada ittiham olunan sahibkara bəraət verib – QƏRAR
Bu gün, 08:51 |
|
|
|
| • “Bakı Şərab-2” ASC-yə yeni rəhbər seçiləcək
Bu gün, 08:48 |
|
|
|
| • Bakı dünyaya kamikadze PUA-larla çıxır: Bədxahlara mesaj - Əlimiz HƏR AN TƏTİKDƏDİR...
Bu gün, 08:17 |
|
|
|
| • Rusiyanın HHM-i tükənib: Yalnız Moskva... - Hamblinq
Bu gün, 08:14 |
|
|
|
| • Yeni sistemə indiki rəhbərliyin uyğun gəlməsi çətin görünür: Vüsal Aslanov da gedəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:12 |
|
|
|
| • Agentlik sədrinin yeni müşaviri idarə müdirini qapı arxasında qoyub – İclasa gecikdiyi üçün
Bu gün, 08:09 |
|
|
|
| • Ermənistanın Ağrı dağı AĞRISI... ÇƏKİLİRMİ?
Bu gün, 08:04 |
|
|
|
| • "Məleykə Abbaszadənin belə kriteriyalar qoyma hüququ yoxdur" - Ekspertdən ETİRAZ
Bu gün, 08:01 |
|
|
|
| • Rusiya Suriyadakı hərbi bazasını bərpa edir - "The Maritime Executive"
Bu gün, 07:58 |
|
|
|
| • Avropa Parlamenti ilə münasibətlər dayanır, Avropa ilə əməkdaşlıq güclənir... - NƏ BAŞ VERİR?
Bu gün, 07:35 |
|
|
|
| • ABŞ-nin addımı hücum yox, psixoloji təzyiqdir - Tural Abbaslı BELƏ DEYİR...
Bu gün, 07:33 |
|
|
|
|