
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktorunun vəzifədən azad olunması ilə bağlı TƏBİB açıqlama verib.
Bildirilib ki, xəstəxananın direktoru Məmmədtağı Əhmədov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 18 mart 2025-ci il tarixindən tutduğu vəzifədən azad edilib.
***18:47
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.
"DİA-AZ" Report-a istinadən xəbər verir ki, direktor Məmmədtağı Əhmədov müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq işdən çıxarılıb.
Onun yerinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, M.Əhmədov sözügedən vəzifəyə 2021-ci ilin iyun ayında təyinat almışdı.