Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmə: - Bizi bunlarla həkimlər tanış edib
Tarix: 12-03-2025, 12:37 | Çap et
 Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova, eləcə də digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı təzələnib.
Daha sonra şahidlər ifadə verib. Şahid Turan Verdiyevanın sözlərinə görə, o, təqsirləndirilən Aysel Məmmədovanın qohumudur:
"Mən tibbi işçisi olmuşam. Şirkətin direktoru Nuridə Seyidova ilə müqavilə bağlamışam. İşim şirkətə müraciət edən talassemiya xəstələrinin qeydiyyatını aparmaqdan ibarət olub. İki ay işlədim, lakin maaş verilmədi. Tam iş günü işləmirdim, ona görə də 345 manat maaşa razılaşmışdım. Əgər, xəstə gətirsəydim, hər gələn xəstədən də əlavə vəsait veriləcəkdi".
Zərərçəkən Şövkət İsayevanın sözlərinə görə, övladı talassemiya xəstəsi olub. Bununla bağlı 2022-ci ildə Çinar Plazada təqsirləndirilən şəxslərlə görüşüb:
"Onlarla tanışlıqdan sonra 30 min dollar verdik, dedilər ki, narahat olmayın, pulun üstünü düzəldib iki aya bizi Türkiyəyə göndərəcəklər. Türkiyədən Bakıya həkim gəlmişdi, bu məsələ ilə bağlı onunla maraqlandım, onlara belə bir müraciətin daxil olmadığını bildirdi. Nuridə ilə danışdım, dedi ki, məni buradan çıxart sizin pulunuzu qaytaracam".
Şahid Şahsuvar Paşayevin sözlərinə görə, cinayət işində həyat yoldaşı zərərçəkən kimi tanınıb. O deyib ki, övladının xəstəliyi ilə bağlı təqsirləndirilən şəxsləri tanıyıblar.
"Bizi bunlarla həkimlər tanış edib. Aynur xanımı da Talassemiya Mərkəzində Xuraman xanımın vasitəsi ilə tanımışıq. Daha sonra 30 min dollar Nuridə Seyidovaya vermişəm. Pulu verdim, lakin uşağı əməliyyat etmədilər, pulumu da qaytarmadılar. Aynur xanım xəstəxanada ürəyi hara istəyirdisə, ora da rahat girirdi", - o bildirib.
Şahidin ifadəsinə münasibət bildirən Nuridə Seyidova deyib ki, pulu götürüb, daha sonra isə Aynur Bayramovaya verib:
"Aynur Bayramovanın uşağı xəstə olduğu üçün pulu o götürdü".
Şahid Şahsuvar Paşayevin həyat yoldaşı - zərərçəkən Laura Paşayevanın sözlərinə görə, o, Gürcüstan vətəndaşıdır.
"Övladım ağır xəstədir, təcili əməliyyat olunmalıdır. Əgər, hissə-hissə belə olsa, mənim pulumu qaytarsınlar ki, övladımı əməliyyat etdirə bilim", - zərərçəkən deyib.
Şahid Cahangir Xanmirzəyev deyib ki, anası Elnarə Xanmirzəyeva cinayət işində zərərçəkən kimi tanınıb:
"Atam qaraciyər serrozudur. Bizi Gömrük Hospitalının həkimi Mircəlal Kazımi təqsirləndirilən şəxslərə yönləndirib. Onlarla ofislərində görüşüb 25 min manat pul vermişik. Bir neçə ay keçdi, lakin atamı əməliyyat etdirmədilər, sonra onların həbs olunduğunu öyrəndim. Mircəlal doktorla danışdım, dedi ki, Nuridə Seyidova və digərləri onları da pis vəziyyətdə qoyaraq biabır ediblər".
Məhkəmənin növbəti iclası martın 19-a təyin olunub.
Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Bu gün, 10:00 |
|
|
|
• Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Bu gün, 09:53 |
|
|
|
• Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Bu gün, 09:47 |
|
|
|
• 15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
• "Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Bu gün, 09:41 |
|
|
|
• “Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Bu gün, 09:33 |
|
|
|
• Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Bu gün, 09:31 |
|
|
|
• Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Bu gün, 09:18 |
|
|
|
• Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” – Erməni səfir
Bu gün, 09:07 |
|
|
|
• “Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” - NƏ BAŞ VERİR?
Bu gün, 09:02 |
|
|
|
• Kreml xəsislik edir, yoxsa qabalıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:00 |
|
|
|
• Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu - DETALLAR
Bu gün, 08:58 |
|
|
|
• Sülh üçün “dəmir-beton”qarantiya - İNCƏLƏMƏ
Bu gün, 08:51 |
|
|
|
• Fərdi əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:48 |
|
|
|
• KONTAKT HOME yenə də problem yaradır - GİLEY
Bu gün, 08:39 |
|
|
|
• Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... - GƏLİŞMƏ...
Bu gün, 08:28 |
|
|
|
• Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... - elə bil QƏDƏRİNİ BİLİR...
Bu gün, 07:32 |
|
|
|
• Kremlin MİQRANT TƏZYİQİ - son silahlarıdır...
Bu gün, 07:24 |
|
|
|
• 38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız - AYB ÜZVÜNDƏN ANARA MƏKTUB
Bu gün, 07:21 |
|
|
|
• Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... - nə izah edən var, nə də izahat verən...
Bu gün, 07:16 |
|
|
|
• "Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" - AMMA...
Bu gün, 07:10 |
|
|
|
• Azərbaycanda hərbi çağırış yaşı dəyişir? – Mühüm açıqlama
Bu gün, 07:08 |
|
|
|
• Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... - HALBUKİ...
Bu gün, 07:04 |
|
|
|
• Rusların bu hücumu etməyə gücü yoxdur - General
Bu gün, 07:02 |
|
|
|
• Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? - Görünəni odur ki...
Bu gün, 07:00 |
|
|
|
• Ya Zəngəzur dəhlizi, ya da təcrid - Seçim Ermənistanındır
Bu gün, 06:59 |
|
|
|
• Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
• Trampın 50 günü Putini dəyişəcəkmi? - Analitiklər şübhə edirlər
Bu gün, 06:53 |
|
|
|
• “Nar” Daşkəsən festivalında iştirak etdi -FOTOLAR
Bu gün, 06:48 |
|
|
|
• Gömrükçülər indi də OĞURLUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:45 |
|
|
|
• Lerik sakini Prezidentə müraciət etdi - “Evimiz uçmaq təhlükəsi altındadır”
Bu gün, 06:42 |
|
|
|
• İran yola gəlir, YOXSA... - AKTUAL
Bu gün, 06:34 |
|
|
|
• "Mən gəlmirəm, o deməkdir ki, süfrəyə gərək zir-zibil qoyasan?" - ETİRAZ
Bu gün, 06:32 |
|
|
|
• Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif
Bu gün, 06:29 |
|
|
|
• Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür - YUBİLEY
Bu gün, 00:49 |
|
|
|
• ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib
Dünən, 18:40 |
|
|
|
• Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı - Azərbaycanda isə işləyir...
Dünən, 18:21 |
|
|
|
• Qarabağdan dünyaya açılan qapı – “Bu üç məkan olmasa, mümkünsüzdür”
Dünən, 18:09 |
|
|
|
• Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb - AÇIQLAMA
Dünən, 18:01 |
|
|
|
• Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır - TENDERLƏR
Dünən, 17:59 |
|
|
|
• Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi - ŞƏRH
Dünən, 17:56 |
|
|
|
• Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb - DİQQƏT!
Dünən, 17:45 |
|
|
|
• Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 17:31 |
|
|
|
• Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: - İran dolayısıyla etiraz edir
Dünən, 17:22 |
|
|
|
• Əliyevin sözləri Avropada əks-səda doğurdu: - Bakıdan dünyanı dəyişdirən QƏRAR
Dünən, 17:16 |
|
|
|
• Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib
Dünən, 17:09 |
|
|
|
• Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı
Dünən, 16:50 |
|
|
|
• "Həmin müğənnilər "qara siyahı"dadır"
Dünən, 16:48 |
|
|
|
• “Abu Malik” DTX-nin tələsinə necə düşüb? - FOTO
Dünən, 16:42 |
|
|
|
|