Bank VTB (Azərbaycan) ASC-də Hüquq departamentinə direktor və Baş hüquq inzibatçısı təyin edilib .....                     “Həyat yoldaşım rəhmətə getmişdi, pulu necə verdim bilmirəm” .....                     Mehdiyev indiyədək belə yüzlərlə yazışmalar edib, həm də qeyri-rəsmi xətlə .....                     GDU-nin KİTABI BAĞLANIR... .....                     Keçmiş bələdiyyə sədri ilə birgə ittiham olunan şəxslərdən xəbər var .....                     Nurlan Həsənovu Əli Həsənovun qohumu kimi Ramiz Mehdiyevə KİM CALAYIR? .....                     Azərbaycan SSR-nin vətəndaşı müstəqil Azərbaycanın vətəndaşı ola bilmir... .....                     Paşinyan “sensasion xəbər”i açıqladı .....                     Mehdiyevin əlində kimlər haqqında biabırçı faktlar var? .....                     Erməni kilsəsi yeni qalmaqalın mərkəzində: Olay yaradacaq videolar yayımlanacaq .....                     Kredit təşkilatının İdarə Heyətinə təyinat aldı .....                     BİZİ KİM ZƏHƏRLƏYİR? .....                     Azərbaycanda müflisləşən şirkətin məhkəmə iclası keçiriləcək .....                     Moskva ilə Bakı arasında təhlükəsizlik müzakirələri .....                     Sığorta sektorunun `QALA`SI çoxdan uçub... .....                     Mehdiyevin məktubu müxalifətdə aranı qatdı .....                     Tramp Venesuela hökumətini devirmək niyyətindədir .....                     Günay Ağamalının mandatı ləğv edilə bilər .....                     Pulların LEO BANK-a əmanətdirsə... .....                     Əmrullayevin yəqin ki bundan xəbəri yoxdur... .....                     SOCAR-dakı İXTİSAR BUMU BURALARA DA ÇATDI .....                     Paşinyana vaxt lazımdır... .....                     Azərbaycan ermənilərlə savaşırdı... ABB də Qarabağ qazisi ilə! .....                     Deputatın 'obyektində' utancverici mənzərə .....                     Təhsil təxribatçıları bir məktəbin simasında… .....                     'Padişah'a BİƏT EDƏN hansı məmurdur ki... .....                     İrəvandakı sammitdə Əliyevlə Ərdoğanın iştirakı mümkündür .....                     Mehdiyevin müxalifət sevgisi .....                     Sülhə gedən... ticarət yolları .....                     "Çəki atdığım üçün sevə-sevə bir-bir o libasları geyinirəm" .....                     PKK-nın geri çəkilməsi ciddidir, amma tam etibar etmək olmaz .....                     Ramiz Mehdiyevin cinayət işi və həbsi barədə rəsmi açıqlamalar nədən ləngiyir?.. .....                     Keçmiş MTN polkovniki: Ramiz Mehdiyev çevriliş planını təkbaşına... .....                     Rusiya bizi parçalamağa çalışır, təhlükədəyik .....                     Dövlət xəstəxanaları: Daha həkimə gedəndə "əlimiz cibimizdə" olacaq .....                     Monteneqroda həbs olunan azərbaycanlıların taleyi .....                     Elman Nəsirovdan Şərurlu İsfəndiyarın ev təklifinə .....                     BP-nin Azərbaycandakı nümayəndəliyinin 68 milyon manatlıq vergi borcu var .....                     Rusiyada Azərbaycan əsilli generala hökm oxundu .....                     “Fransa Ukrayna cəbhəsində pay qazanmağa çalışır” .....                 

Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Tarix: 13-02-2025, 11:21 | Çap et
Prezidentin təsdiqlədiyi saziş:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 11-də “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş"in təsdiq olunmasını nəzərdəm tutan fərman imzalayıb. Fərmanla ötən ilin dekabrında Moskvada tərəflərin imzaladığı saziş təsdiqlənməklə yanaşı, sazişin müddəalarının həyata keçirilməsini təmin etmək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunub.

Saziş imzalanarkən verilən rəsmi açıqlamaya əsasən dəmir yolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır. Sənədin dəmiryol nəqliyyatı ilə yüklərin daşınma həcminin artmasını stimullaşdıracağı və daşıma həcmlərinin artım tempi ilə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı arasında balansı təmin edəcəyi nəzərdə tutulur.

Onu da qeyd edək ki, Azərbaycan Prezidentinin Rusiya üçün mühüm əhəmiyyətə malik nəqliyyat dəhlizinin inkişafına təkan verəcək sazişi təsdiqləməsi Rusiya mətbuatında müzakirələrə səbəb olub. Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulmasından və rəsmi Bakının günahkarların cəzalandırılması tələblərindən sonra ölkəmizə qarşı çirkab yağdıran Rusiya mənbələri İ.Əliyevin bu addımını müxtəlif yönlərdən şərh edirlər. Əksəriyyət Şimal-Cənub dəhlizinin Azərbaycan üçün mühüm faydalar gətirəcəyini əsas gətirməklə, Bakının ondan imtina etməyəcəyini bildirir.

Politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, Prezident İ.Əliyev sazişi yalnız iqtisadi maraqlara görə təsdiqləməyib: “Azərbaycan Prezidenti bu sazişi təsdiq etməklə göstərib ki, Rusiya-Azərbaycan münasibətlərində gərginliyin ortaq layihələrə aiddiyyəti yoxdur və Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizinin reallaşması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirəcək".

Politoloq dəhlizdən Azərbaycanın faydalanacağı iddialarına cavab olaraq qeyd edir ki, bu sahədə gözləntilərlə yanaşı, problemlər də var: ""Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlı suallar da mövcuddur. Birincisi, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi dövrdə bu nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi mümkündürmü? Çünki bir sıra ölkələr ABŞ və Avropa İttifaqının sanksiyaları ilə üzləşməmək üçün Rusiya ilə ticarət əlaqələrindən ehtiyat edirlər. Rusiyanın əsas satdığı məhsullardan biri neftdir. Ancaq Rusiyanın iki strateji tərəfdaşı sayılan Çin və Hindistan Rusiyadan neft alışını azaldıblar. Bu baxımdan “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Rusiyanın nə satacağı və nə alacağı dəqiqləşməyib.

İkincisi, İran ərazisində Rəşt-Astada dəmir yolu tikilməlidir. Rusiya tikintini maliyyələşdirəcəyini bildirib. Ancaq tikinti hələ başlamayıb. Digər tərəfdən, ABŞ və İsrailin İranın hərbi mərkəzlərinə zərbə endirəcəyi barədə mülahizələr səslənir. Belə şəraitdə Astara-Rəşt dəmir yolunun tikintisi arxa plana keçə bilər. Buna baxmayaraq, Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin istifadəsində maraqlıdır. Rusiya və İran, o cümlədən Hindistan və ərəb ölkələri “Şimal-Cənub” nəqliyyat dəhlizindən istifadə edərlərsə, bu, Azərbaycanın xeyrinədir. Bununla həm daşımalardan Azərbaycanın gəlirləri, həm də geosiyasi əhəmiyyəti artacaq. Ancaq “Şimal-Cənub” nəqliyyat dəhlizinin obyektiv və subyektiv səbəblərdən tam gücü ilə işləyə bilməməsi Azərbaycana problem yaratmayacaq. Azərbaycan digər və daha böyük faydaları olacaq nəqliyyat dəhlizlərinin keçidində yerləşir. Bunlardan ən önəmlisi Orta dəhlizdir".

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov isə xatırladır ki, Azərbaycan regional tranzit qovşağına çevrilməyi hədəfləyir: “Azərbaycan Prezidenti tərəfindən son üç ay ərzində "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı", “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” və nəhayət, adıçəkilən sazişin təsdiq edilməsi nəqliyyat sektoruna dövlət qayğısının və bu sahədən gözləntilərin bir nümunəsidir. Hələ illər öncə “Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik” - deyən dövlət başçısının uzaqgörən, müdrik siyasəti bu gün öz bəhrəsini verməkdədir. Artıq Azərbaycan nəqliyyat-tranzit-logistika xidmətləri ilə nəinki regionun, eləcə də Avropanın aparıcı dövlətinə çevrilir və bu istiqamətdə "Şimal-Cənub" nəqliyyat dəhlizi xüsusi önəm kəsb edir.

2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanmış müqavilə ilə start verilən "Şimal-Cənub" nəqliyyat layihəsinə Azərbaycan Respublikası 2005-ci ildən qoşulub. Hazırda Rusiya və Azərbaycanın əməkdaşlığı, ikitərəfli iqtisadi münasibətlərin inkişafı istiqamətində önəmli rol oynayan, Qərbi Avropanı Asiya ilə birləşdirən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınmaların artırılması, dəhliz boyunca infrastruktur təminatının təkmilləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və s. kimi məsələlər hər iki ölkənin prioritetlərinə daxildir ki, bu da nəqliyyat-tranzit əlaqələrinin uzunmüddətli perspektivə malik olduğunu ifadə edir. Bu layihənin uğurla reallaşması sayəsində 2022-ci ilədək yükdaşınmaların həcmi səkkiz dəfə artıb. 2023-cü ildə dəhliz üzrə 9,3 milyon ton yük daşınıb və yük dövriyyəsi 2,5 milyon ton/km təşkil edib.

Ölkəmizin qoşulduğu beynəlxalq nəqliyyat dəhlizləri üzrə isə ümumilikdə 2023-cü ildə 32,8 milyon ton yük daşınıb ki, bunun da 28,3 faizi "Şimal-Cənub" nəqliyyat dəhlizinin payına düşür. O cümlədən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük dövriyyəsi 12873,6 milyon ton/km təşkil edib ki, bunun da 19,4 faizi "Şimal-Cənub" layihəsinə aiddir. 2024-cü ildə isə "Şimal-Cənub" dəhlizi ilə Azərbaycan ərazisindən 814 min ton tranzit yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 28 faiz çoxdur.

Layihə çərçivəsində Bakıdan Rusiya Federasiyası ilə sərhədə qədər yeni dördzolaqlı magistral yolun, sərhədyanı Samur çayı üzərində birgə körpünün istifadəyə verilməsi dəhlizin imkanlarını daha da genişləndirəcək. Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu marşrutları üzərində işlər tam yekunlaşıb və davamlı təkmilləşdirici addımlar atılır. Gələcəkdə dəhlizin ötürücülük qabiliyyətinin 15 milyon ton və daha çox olması hədəflənir.

“Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı”nda da "Şimal-Cənub" nəqliyyat dəhlizinin potensial imkanlarını artıracaq çoxsaylı tədbirlər nəzərdə tutulub. Sərhəd-keçid məntəqələrinin infrastruktur təminatının təkmilləşdirilməsi, rəqəmsallaşmanın tətbiqi, yeni buraxılış məntəqələrinin yaradılması, gömrük xidməti ilə dəmir yolu qurumları arasında koordinasiyalı fəaliyyətin təşkili və s. "Şimal-Cənub" nəqliyyat dəhlizinin imkanlarını reallaşdırmağa və artırmağa kömək edəcək.

Təqribən 10 il öncə, Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin qeyd etmişdi: “..."Şimal-Cənub" dəhlizi bizə çox böyük iqtisadi mənfəət gətirəcək”.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün bizim ərazimizdən daşınması deməkdir. "Bu da həm siyasi, həm iqtisadi gəlirlər gətirəcək" fikirləri artıq reallığa çevrilməkdədir: “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi isə dəhlizlə bağlı qarşıya qoyulmuş hədəflərə daha tez və səmərəli çatmağa şərait yaradacaq.

Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi indiki dövrdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat layihəsi bir ümid dəhlizinə çevrilib. Sanksiyaların qüvvədə olduğu müddətdə Rusiyanın xarici bazarlara çıxışı, Rusiya məhsullarının dəhlizlə Azərbaycan üzərindən Fars körfəzinə daşınması həyati əhəmiyyət kəsb edir. Bu baxımdan hazırda "Şimal-Cənub" nəqliyyat dəhlizi Azərbaycan-Rusiya iqtisadi bağlantılarında əsas həlqələrdən birinə çevrilib. Əslində bu gün əldə edilən uğurlar uzun illər öncədən qəbul edilmiş doğru qərarlara əsaslanır. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin ""Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 kilometr yeni yol tikilib, Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub, İran İslam Respublikası ərazisində yaradılmış yük terminalına qədər 1,4 kilometr yol çəkilib. Bütövlükdə isə dəhlizin tam gücü ilə fəaliyyətə başlaması gələcəkdə Azərbaycanın da tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

İlkin hesablamalara görə, ölkəmiz "Şimal-Cənub" dəhlizi ilə tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard dollara yaxın vəsait əldə edəcək. Nəzərə alsaq ki, digər istiqamətlərdə - xüsusilə Trans-Xəzər Beynəlxalq nəqliyyat dəhlizi (Orta dəhliz) ilə də daşımaların davamlı artırılması istiqamətində ardıcıl layihələr icra edilməkdədir, onda tam əminliklə qeyd etmək olar ki, yaxın gələcəkdə beynəlxalq daşımalardan əldə olunan vəsait dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevriləcək, neft sektorundan sonra nəqliyyatın ölkə üçün ən mühüm sahə olduğu konkret rəqəmlərlə də öz təsdiqini tapacaq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bank VTB (Azərbaycan) ASC-də Hüquq departamentinə direktor və Baş hüquq inzibatçısı təyin edilib - DOSYE
Bu gün, 10:32
“Həyat yoldaşım rəhmətə getmişdi, pulu necə verdim bilmirəm” – MƏHKƏMƏDƏ rüşvət qalmaqalı
Bu gün, 10:27
Mehdiyev indiyədək belə yüzlərlə yazışmalar edib, həm də qeyri-rəsmi xətlə - FAKT BUDUR
Bu gün, 10:19
GDU-nin KİTABI BAĞLANIR... - proses başlayıb...
Bu gün, 10:11
Keçmiş bələdiyyə sədri ilə birgə ittiham olunan şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:06
Nurlan Həsənovu Əli Həsənovun qohumu kimi Ramiz Mehdiyevə KİM CALAYIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:58
Azərbaycan SSR-nin vətəndaşı müstəqil Azərbaycanın vətəndaşı ola bilmir... - GİLEY
Bu gün, 09:54
Paşinyan “sensasion xəbər”i açıqladı - GÖRÜN, NƏ İMİŞ...
Bu gün, 09:48
Mehdiyevin əlində kimlər haqqında biabırçı faktlar var? - AKTUAL
Bu gün, 09:46
Erməni kilsəsi yeni qalmaqalın mərkəzində: Olay yaradacaq videolar yayımlanacaq - “İravunk”
Bu gün, 09:44
Kredit təşkilatının İdarə Heyətinə təyinat aldı - BUNDAN SONRA...
Bu gün, 09:26
BİZİ KİM ZƏHƏRLƏYİR? - "AQTA-nın sənədi olmada marketlərə bir ərzaq daxil ola bilməz"
Bu gün, 09:22
Azərbaycanda müflisləşən şirkətin məhkəmə iclası keçiriləcək - TƏFƏRRÜAT
Bu gün, 09:17
Moskva ilə Bakı arasında təhlükəsizlik müzakirələri - NƏ BAŞ VERİR?
Bu gün, 09:10
Sığorta sektorunun `QALA`SI çoxdan uçub... - GİLEY
Bu gün, 09:07
Mehdiyevin məktubu müxalifətdə aranı qatdı - TƏFƏRRÜAT
Bu gün, 08:54
Tramp Venesuela hökumətini devirmək niyyətindədir - KİV
Bu gün, 07:49
Günay Ağamalının mandatı ləğv edilə bilər - Bu fakt yetərlidir ki...
Bu gün, 07:40
Pulların LEO BANK-a əmanətdirsə... BATDIN!
Bu gün, 07:29
Əmrullayevin yəqin ki bundan xəbəri yoxdur... - MÜRACİƏT
Bu gün, 07:16
SOCAR-dakı İXTİSAR BUMU BURALARA DA ÇATDI - "Hələ gec deyil — ayılın!"
Bu gün, 07:12
Paşinyana vaxt lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 07:02
Azərbaycan ermənilərlə savaşırdı... ABB də Qarabağ qazisi ilə! - İNDİ DƏ...
Bu gün, 06:56
Deputatın 'obyektində' utancverici mənzərə - FOTO, VİDEO
Bu gün, 06:49
Təhsil təxribatçıları bir məktəbin simasında… - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
'Padişah'a BİƏT EDƏN hansı məmurdur ki... - qanun-manun hərləmir...
Bu gün, 06:41
İrəvandakı sammitdə Əliyevlə Ərdoğanın iştirakı mümkündür - GÖZLƏNTİ
Bu gün, 06:30
Mehdiyevin müxalifət sevgisi - Bu işdə kimlərin barmağı var?
Bu gün, 06:28
Sülhə gedən... ticarət yolları - Azərbaycan və Ermənistanın mövqeləri necə fərqlənir?
Bu gün, 06:25
"Çəki atdığım üçün sevə-sevə bir-bir o libasları geyinirəm"
Bu gün, 06:21
PKK-nın geri çəkilməsi ciddidir, amma tam etibar etmək olmaz - GƏLİŞMƏ
Bu gün, 06:18
Ramiz Mehdiyevin cinayət işi və həbsi barədə rəsmi açıqlamalar nədən ləngiyir?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:34
Keçmiş MTN polkovniki: Ramiz Mehdiyev çevriliş planını təkbaşına... - TƏFƏRRÜAT
Dünən, 18:32
Rusiya bizi parçalamağa çalışır, təhlükədəyik - Frederiksen
Dünən, 18:27
Dövlət xəstəxanaları: Daha həkimə gedəndə "əlimiz cibimizdə" olacaq - AXI NİYƏ?
Dünən, 18:03
Monteneqroda həbs olunan azərbaycanlıların taleyi – Deputat açıqladı
Dünən, 18:01
Elman Nəsirovdan Şərurlu İsfəndiyarın ev təklifinə REAKSİYA
Dünən, 17:58
BP-nin Azərbaycandakı nümayəndəliyinin 68 milyon manatlıq vergi borcu var
Dünən, 17:57
Rusiyada Azərbaycan əsilli generala hökm oxundu - BUNA GÖRƏ...
Dünən, 17:55
“Fransa Ukrayna cəbhəsində pay qazanmağa çalışır” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:54
Azərbaycan şirkəti müflisləşir
Dünən, 17:53
Fiaskoya uğrayan "sülh planı" – Hamı başa düşəcək, Trampdan başqa...
Dünən, 17:52
Sabiq icra başçısı külli miqdarda borca düşdü - BUNA GÖRƏ
Dünən, 17:48
"Paris Mebel"də oğurluq - İşçi müdirin otağından seyfi soydu
Dünən, 17:47
Şəkər dünyada ucuzlaşır, Azərbaycanda bahalaşır – Son rəqəmlər
Dünən, 17:46
“Xəyal Adası” MMC-də səhmdar dəyişikliyi baş verib
Dünən, 17:45
“Ramiz Mehdiyevin əli 50-dən çox adamın qanına batıb” - İTTİHAM
Dünən, 17:43
AQTİ-də qalmaqal: Qoşqar Təhməzli onu işdən çıxardı - TƏFƏRRÜAT
Dünən, 17:41
Çörək yolunun əvəzinə... - “iki qəpiklik” təklif və arxasındakı böyük hiylə
Dünən, 17:29
Mehdiyevlə bağlı daha bir MÜƏMMA - Rəsmi qurumlar indiyədək niyə susur?
Dünən, 15:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru