Bakı kiçilməsə... Azərbaycan BÖYÜMƏYƏCƏK... .....                     "İstədikləri vaxt suyu kəsirlər..." .....                     Praqa-Bakı reysində həyəcanlı anlar: AZAL-ın "qarabuğdayı" bələdçisi əsl qəhrəmanlıq etdi .....                     "Bu meydanı yaradan şəxs mənim ulu babam olub" .....                     Azərbaycan Qəzzaya niyə ƏSGƏR YOLLAMADI... .....                     Mübariz Mənsimov BUNLARI GÖRMÜRMÜ? .....                     Benzin bahalaşdı, taksi qiymətləri də qalxacaq? .....                     "“Azəriqaz” əhali üçün yeni “sayğac” əməliyyatı hazırlayır" .....                     Yasamalda “ekoloji terror” törədən şirkət görün kimin imiş .....                     Doğrudanmı, Venesuela böhranı ABŞ-Azərbaycan münasibətlərinə təsir edəcək? .....                     Neft ucuzlaşacaq, gəlirlər azalacaq! .....                     Azərbaycan üçün həm risk, həm də strateji fürsətlər... .....                     Ermənistan: səs-küylə uçmaq, yoxsa sakitcə qazanmaq? .....                     "Sənətinə hörmət etməyən insan musiqi adına böyük bir ləkədir" .....                     "Görünən odur ki beynəlxalq hüquq və prinsiplər işləmir" .....                     Real Dünya güc və qüdrətlə idarə olunur .....                     Kommunist Qurbanov İtaliyada müalicə alır .....                     Siqaret yenə bahalaşacaq? .....                     Bakıda ilin ilk ALİ GÖRÜŞÜ .....                     ABŞ-də vitse-prezidentin evində baş vermiş hadisədən sonra bir nəfər saxlanılıb .....                     Sabiq idarə rəisinin müavini Rəşad Daşdəmirovun yerinə gətirildi .....                     Türkiyədə 4 tankeri varmış .....                     Ali Məhkəmə həbsdəki jurnalistin cəzasını azaltdı .....                     Pərvizlə Türkanın arasına kim girib? .....                     Maduro həyat yoldaşı ilə birgə helikopterlə Manhetten məhkəməsinə aparılıb .....                     Tokayev Nazarbayevin Putinlə görüşlərinə münasibət bildirib .....                     5,5 milyardlıq büdcəsi olan nazirlik müəllimin 120 manatına göz dikib? .....                     "BTB Bank"dan oğurluq edən şəxslərlə bağlı .....                     Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı .....                     “P-Aqro” MMC-nin direktoru Azər Əlizadə ölkədən qaçıb?.. .....                     Deputatdan “Azəriqaz”a sərt mesaj .....                     Məşhur beyin mərkəzinin Azərbayan və Ermənistanla bağlı .....                     Bu il sülh olacaqmı? .....                     Moldova ordusu "Kalaşnikov" avtomatından imtina edib .....                     Maduronun oğlundan xəyanət sözləri .....                     LC Waikiki və Penti-nin Azərbaycandakı nümayəndəsi kapitalını azaldır .....                     3,2 milyon manatlıq avtomobil şirkəti .....                     Siqaretlərin qiyməti qoy lap çox bahalaşsın, “kəllə-çarx”a çıxsın! .....                     Üç qardaşın şərik olduğu şirkət borca düşdü .....                     BDU-nun 23 milyonluq təmir tenderini udan şirkət məlum oldu .....                 

Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Tarix: 12-02-2025, 16:08 | Çap et
Mənzil bazarında süni ajiotaj
Hər ilin əvvəli daşınmaz əmlak bazarında sükunət hökm sürür. Yanvar-fevral aylarında alğı-satqı minimuma düşür. Mart ayından başlayaraq bazarda canlanma yaranır. Bu il də oxşar hal müşahidə olunur. Ənənəvi olaraq bu zaman alğı-satqı şirkətləri, mənzil tikinti kooperativləri, əmlak ekspertləri səhnəyə daxil olub bazarı canlandırmaq üçün təbliğata başlayır.

Mənzil bazarında qiymətlərin artacağı barədə yayılan xəbərlər çox vaxt süni ajiotajın yaranmasına və bazarda qeyri-sabitliyin artmasına səbəb olur. Bu cür xəbərlər bazarda alıcı və satıcıların davranışlarını dəyişdirə və nəticədə qiymət artımlarını daha da sürətləndirə bilər. Mənzillərin qiymətlərinin artacağına dair xəbərlər yayıldıqda alıcılar gələcəkdə qiymətlərin daha da yüksələcəyini nəzərə alaraq təlaşla alış etməyə başlayır. Bu da bazarda əlavə tələbin yaranmasına səbəb olur. İnsanlar "indiki qiymətlərlə alıram, yoxsa sonra daha yüksək məbləğ ödəyəcəyəm?" düşüncəsi ilə bazara yönəlir.

Alıcıların tələbinin artması satıcıları qiymətləri şişirtməyə təşviq edir. Satıcılar bazarda artan marağı görüb mənzillərin qiymətlərini qaldırırlar. Modern.az-ın məlumatına görə, bəzi hallarda əmlak sahibləri bu tələbi süni şəkildə artırmaq üçün "gələcəkdə qiymətlərin yüksəlməsi" kimi fərziyyələr irəli sürərək alıcılara psixoloji təzyiq edir.

"Qiymətlər artacaq" kimi xəbərləri bazarda spekulyasiyanı daha da artırır. İnsanlar mənzil alaraq gələcəkdə daha yüksək qiymətlərlə satmaq istəyirlər.

Mütəxəssislər və əmlak ekspertləri tərəfindən verilən "qiymətlər artacaq" açıqlamaları da bazarda təlatüm yaratmağa səbəb olur. Alğı-satqı ilə məşğul olanlar deyir ki, bu sınanmış və köhnə təcrübədir. İlk dəfə bu təcrübə 2008-2009-cu illər böhranı zamanı sınaqdan uğurla keçdi. Həmin ilədək mənzil bazarında qiymətlər davamlı olaraq və yüksək templə artırdı. 2008-ci il böhranı zamanı bazar sabitləşdi, hətta bir qədər də enmələr müşahidə olundu. Həmin illər tikinti bumunun gur çağları idi. Yeni tikilən binalarda satışlar azaldı. Bu zaman mənzil tikinti kooperativləri vəziyyətdən çıxış yolunu təbliğatı artırmaqda gördü və əmlak ekspertlərinin xidmətlərindən istifadə olunmağa başlandı. Bu sövdələşmə 2012-2013-cü illərdə, 2015-2016 devalvasiya və 2020-2021-ci il pandemiya dönəmlərində də məharətlə istifadə olundu.

Artıq 2024-cü ilin sonlarından başlayaraq qiymətlərin kəskin artacağı barədə təşviş doğuran xəbərlər yayılmaqdadır.

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı Modern.az-a açıqlamasında bildirib ki, bu il daşınmaz əmlak bazarında kəskin qiymət artımını şərtləndirəcək hər hansı əhəmiyyətli amil görünmür. Bu cür məlumatlar daha çox spekulyativ xarakter daşıyır. Eyni zamanda psixoloji amillərə dayanan hallardır: “Ötən illərdə baş vermiş qiymət artımları müəyyən informasiyalar ortaya çıxardı. Xüsusilə 2030-cu ilədək Bakı şəhərində yeni metro stansiyalarının tikiləcəyi ilə bağlı məlumatlar yayıldıqdan dərhal sonra həmin ərazilərdə mənzillərin qiymətlərinin artacağı ilə bağlı informasiyalar səsləndirilməyə başlanıldı. Halbuki, metro stansiyalarının hansı ərazilərdə açılacağı dəqiq bəlli deyildi.

Faktiki olaraq indi heç bir iqtisadi əsaslandırmaya söykənməyən qiymət artımları ilə bağlı informasiyalar ya müəyyən qrup və şəxslər tərəfindən ortaya atılmış spekulyativ informasiyalardır. Bəzi hallarda mediada konteksdən çıxarılan məlumatlar da bazara təsir edir. Ona görə də bu cür yanaşmaların əleyhinəyəm və həmin informasiyaları bölüşmürəm.

Hesab edirəm ki, qiymət artımları ola bilər və gözlənilir. Lakin 2024-cü ildəki kimi nisbi xarakter daşıyacaq, kəsin artım olmayacaq”.

Ekspertlərin fikrincə, süni ajiotajın yaratdığı yüksək qiymətlər alıcıları çətin vəziyyətə salır. Qiymətlərin artdığı şəraitdə xüsusilə gənc ailələr və orta gəlirli insanlar mənzil almaqda çətinlik çəkir. Nəticədə insanlar ya mənzil almaqdan vaz keçir, ya da yüksək kredit götürərək daha çox borc altına düşürlər.

Qiymətlər yüksəldikdən sonra bazarda qiymətlərin təbii olaraq aşağı düşməsi mümkündür. Bu zaman yüksək qiymətə satmaq istəyən satıcılar "balonun partlaması" riskini yaşayırlar.

Belə hallar təkcə Azərbaycanda baş vermir. Xaricdə də oxşar təcrübədən istifadə olunur.

2020-ci ilin ortalarında ABŞ-nin müxtəlif şəhərlərində mənzil bazarında qeyri-sabitlik müşahidə olunurdu. Bir çox əmlak eksperti pandemiyanın təsirinin keçəcəyini və mənzil bazarının bərpa olunacağını, nəticədə qiymətlərin artacağını bəyan etmişdi. Bu çağırışlar bazarda böyük təsir yaratdı. Alıcılar qiymətlərin artacağı proqnozuna əsaslanaraq qərarlarını tezləşdirməyə başladı və çox sayda insan sürətlə mənzil almağa başladı. Bunun nəticəsində, bazarda mənzil təklifinin azalması və tələbin artması ilə qiymətlər kəskin şəkildə yüksəldi.

2016-2017-ci illərdə Avstraliyanın Sidney və Melburn şəhərlərində mənzil qiymətləri sürətlə artmağa başladı. Əmlak ekspertləri qiymətlərin daha da artacağını və bu artımın davam edəcəyini bəyan edərək bazarda alıcıları hərəkətə keçirməyə təşviq etdilər. Bu çağırışlar ciddi təsir yaratdı. Nəticədə bu şəhərlərdə mənzil qiymətləri rekord səviyyələrə çatdı.

Bir il sonra 2017-ci ildə Kanada əmlak bazarındakı qiymət artımları ilə bağlı ekspertlər xəbərdarlıq etdilər. Onlar Toronto şəhərində əmlak qiymətlərinin daha da artacağını proqnozlaşdırırdılar. Ekspertlər xarici investorların bazara daha çox daxil olacağını bildirirdilər. Bu proqnozlar da bazarda güclü reaksiyaya səbəb oldu. Alıcılar ekspertlərin qiymət artımı ilə bağlı verdikləri xəbərdarlıqlara görə mənzil almağa başladılar.

Honq-Konqda 2017-ci ildən başlayaraq əmlak bazarında qiymət artımları müşahidə olunurdu. Bir çox əmlak eksperti qiymətlərin daha da artacağını, xüsusən də premium ərazilərdə tələbin yüksələcəyini bildirirdi. Bu çağırışların təsiri ilə bazara əlavə tələbat daxil oldu. Qiymətlərin daha da artacağına inanan alıcılar bazara daxil oldular və qiymətlər sürətlə yüksəldi.

İsveçrənin Cenevrə və Sürix şəhərlərində mənzil qiymətləri 2018-ci ildən sonra artmağa başladı. Əmlak ekspertləri imkanlı investorların alıcıların bazara daxil olması ilə qiymət artımlarının davam edəcəyini bildirdilər. Ekspertlərin bu çağırışlarına qoşulan alıcılar bazara daxil oldular və bu da qiymətlərin yüksəlməsinə səbəb oldu.

2016-cı ildən başlayaraq Münhen və Frankfurt kimi alman şəhərlərində əmlak qiymətləri sürətlə artmağa başladı. Əmlak ekspertləri, bu artımın səbəbinin yüksək tələbdən qaynaqlandığını və qiymətlərin daha da artacağını iddia edirdilər. Bu çağırışlardan sonra Münhen və Frankfurt şəhərlərində mənzil qiymətləri əvvəlki illərə nisbətən daha sürətlə artdı.

Bu faktlar göstərir ki, əmlak ekspertlərinin qiymətlərin artacağı barədə verdikləri çağırışlar, bazarda əhəmiyyətli təsir yaratmağa səbəb olur. Bu da öz növbəsində qiymətlərin yüksəlməsinə yol açır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı kiçilməsə... Azərbaycan BÖYÜMƏYƏCƏK... - BU, BELƏDİR!
Bu gün, 08:05
"İstədikləri vaxt suyu kəsirlər..." - GİLEY
Bu gün, 07:52
Praqa-Bakı reysində həyəcanlı anlar: AZAL-ın "qarabuğdayı" bələdçisi əsl qəhrəmanlıq etdi - TƏFƏRRÜAT
Bu gün, 07:38
"Bu meydanı yaradan şəxs mənim ulu babam olub" - Xalq artisti
Bu gün, 07:35
Azərbaycan Qəzzaya niyə ƏSGƏR YOLLAMADI... - İndi aydın olur...
Bu gün, 07:29
Mübariz Mənsimov BUNLARI GÖRMÜRMÜ? - İTTİHAM VAR...
Bu gün, 07:21
Benzin bahalaşdı, taksi qiymətləri də qalxacaq? – Gözlənilən ssenari
Bu gün, 07:05
"“Azəriqaz” əhali üçün yeni “sayğac” əməliyyatı hazırlayır" - Görünəni odur ki...
Bu gün, 06:54
Yasamalda “ekoloji terror” törədən şirkət görün kimin imiş – “Avant Group” MTK ilə bağlı yeni detallar üzə çıxdı
Bu gün, 06:51
Doğrudanmı, Venesuela böhranı ABŞ-Azərbaycan münasibətlərinə təsir edəcək? - AKTUAL
Bu gün, 06:48
Neft ucuzlaşacaq, gəlirlər azalacaq! - Azərbaycan bu perspektivə necə hazırlaşmalıdır?
Bu gün, 06:46
Azərbaycan üçün həm risk, həm də strateji fürsətlər... - NƏ BAŞ VERİR?
Bu gün, 06:43
Ermənistan: səs-küylə uçmaq, yoxsa sakitcə qazanmaq? - ARAŞDIRMA
Bu gün, 06:38
"Sənətinə hörmət etməyən insan musiqi adına böyük bir ləkədir"
Bu gün, 06:33
"Görünən odur ki beynəlxalq hüquq və prinsiplər işləmir" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:31
Real Dünya güc və qüdrətlə idarə olunur - Ağ Evdən İLGİNC ETİRAF
Bu gün, 06:23
Kommunist Qurbanov İtaliyada müalicə alır
Dünən, 19:05
Siqaret yenə bahalaşacaq? - AÇIQLAMA
Dünən, 17:54
Bakıda ilin ilk ALİ GÖRÜŞÜ - Prezidentin ABŞ-dən o tələbi...
Dünən, 17:16
ABŞ-də vitse-prezidentin evində baş vermiş hadisədən sonra bir nəfər saxlanılıb
Dünən, 17:13
Sabiq idarə rəisinin müavini Rəşad Daşdəmirovun yerinə gətirildi - BUNDAN SONRA...
Dünən, 17:09
Türkiyədə 4 tankeri varmış - İDDİA
Dünən, 17:07
Ali Məhkəmə həbsdəki jurnalistin cəzasını azaltdı - AÇIQLAMA
Dünən, 17:06
Pərvizlə Türkanın arasına kim girib? – "Bizi gözə gətiriblər"
Dünən, 17:02
Maduro həyat yoldaşı ilə birgə helikopterlə Manhetten məhkəməsinə aparılıb
Dünən, 17:00
Tokayev Nazarbayevin Putinlə görüşlərinə münasibət bildirib
Dünən, 16:58
5,5 milyardlıq büdcəsi olan nazirlik müəllimin 120 manatına göz dikib? - “Təhsilə pul xərcləmək lazımdır, qazanmaq yox”
Dünən, 16:49
"BTB Bank"dan oğurluq edən şəxslərlə bağlı QƏRAR
Dünən, 16:48
Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - ƏMR
Dünən, 16:47
“P-Aqro” MMC-nin direktoru Azər Əlizadə ölkədən qaçıb?.. - NƏ BAŞ VERİR?
Dünən, 16:45
Deputatdan “Azəriqaz”a sərt mesaj - "...“texniki çətinlik” izahı kifayət etmir"
Dünən, 16:41
Məşhur beyin mərkəzinin Azərbayan və Ermənistanla bağlı PROQNOZU
Dünən, 16:37
Bu il sülh olacaqmı? - Bakının son tələbləri budur
Dünən, 16:32
Moldova ordusu "Kalaşnikov" avtomatından imtina edib - "Sputnik"
Dünən, 16:31
Maduronun oğlundan xəyanət sözləri - “Hərbi qüvvələr heç bir müqavimət göstərmədi”
Dünən, 16:25
LC Waikiki və Penti-nin Azərbaycandakı nümayəndəsi kapitalını azaldır
Dünən, 16:22
3,2 milyon manatlıq avtomobil şirkəti - LƏĞV OLUNUR
Dünən, 16:19
Siqaretlərin qiyməti qoy lap çox bahalaşsın, “kəllə-çarx”a çıxsın! - İqtisadçımız belə deyir
Dünən, 16:16
Üç qardaşın şərik olduğu şirkət borca düşdü
Dünən, 16:12
BDU-nun 23 milyonluq təmir tenderini udan şirkət məlum oldu
Dünən, 16:11
Azərbaycan Ərəb Əmirliklərindən donuz ətindən hazırlanan ərzaq unu idxal edib
Dünən, 16:10
Xankəndidə Türkiyə vətəndaşları qanunsuz işləyirmiş - Şirkətə 30 min cərimə!
Dünən, 16:05
“Maduro əməliyyatı”nın nəticəsi necə olacaq?
Dünən, 16:03
Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında - TƏFƏRRÜAT
Dünən, 15:58
II Qaregin rəsmən hədəfə alındı - “Əsl canidir, həbs olunmalıdır”
Dünən, 15:56
İran hələ o mərhələyə çatmayıb - İNCƏLƏMƏ
Dünən, 15:55
Nəsimidə icra başçısı vəzifəsi niyə birinci müavinə tapşırılmadı? - İLGİNC
Dünən, 15:52
Nazirlik Namiq Ağalarovdan 42 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Dünən, 15:13
Azərbaycanda burda da BAHALAŞMA OLACAQ... - AÇIQLAMA
Dünən, 15:10
Natiq Məmmədova ağır itki
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru