Məşhur kafe bağlanandan və sahibi vəfat edəndən sonra FHN istismarına icazə verib? .....                     Reklam rəqəmsallaşdıqca niyə bulanıqlaşır? .....                     Anasını amansızlıqla öldürən Emilə .....                     Paşinyan Rusiyanın "radioaktiv siyasi tullantılar"ını "dəfn" edir: .....                     Xəzərə görə Azərbaycan üçün yeni fürsət: .....                     SEPAH və Pezeşkian üz-üzə qaldı .....                     Köçəryana görə Rusiyadan gələcək zəng heç nəyi dəyişdirməyəcək .....                     "Bank Respublika"nın səhmdarı "Ekolizinq"in əsas təsisçisi olub .....                     “Bu “aferist”lərin əlinə düşməyin” .....                     Paşinyanın Bakıya qarşı ən böyük səhvi: .....                     Avropa İttifaqı “qara pullar”ın Gürcüstana daxil edilməsinin yolunu axtarır .....                     Ermənistanda qərargah rəisi saxlanıldı .....                     Azərbaycanda çay istehsalçısına yeni rəhbər təyin edilib .....                     Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var? .....                     AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət edib .....                     Problemli kreditlər 723 milyon manata çatdı .....                     İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb .....                     Hərbi möhlətlər bu halda ləğv ediləcək .....                     "Qanuni oğru" olduğu üçün 10 il həbs cəzası aldı .....                     Pərvin Salahovaya bu agentlikdə vəzifə verildi .....                     Qaxda 722 min manatlıq yol təmiri .....                     Polad müəllim... bu xanım bəs, sizin yanınızda NİYƏ VAR? .....                     Polad Bülbüloğlunun yenidən evlənməsi xəbəri doğru deyilmiş... .....                     Tək "Qarabağ"ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar .....                     13 minlik Boradigah qəsəbəsinin poçtu bağlanır? .....                     Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşının .....                     “Müsəlman dövlətlərinin ittifaqı yaradılmalıdır” .....                     Əməkdar artist KİMİ QINADI: .....                     “Satışa çıxarılan milyonluq villa…” .....                     Serj Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub .....                     MİDA əməkdaşının sürücüsünün dələduzluq əməli: “Pulu notariusun qarşısında aldım" .....                     Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır .....                     Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım .....                     Ermənistan dəmir yollarının gələcək operatoru kim olacaq? .....                     “Barselona”, yoxsa “Qalatasaray”? .....                     Prorektorun vəzifəsi ləğv edildi .....                     Qod Nisanovun bazarından haqq tələb edən avtoritet həbs edildi .....                     AĞKÖYNƏKDƏ QARA İŞLƏR... .....                     “Nazir olanda bəzi tələbələri təhsil haqqından azad edirdim, sonra yoxladılar və bizi cəzalandırdılar” .....                     Odlar Yurdu Universitetindəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı .....                 

Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Tarix: 21-01-2025, 19:00 | Çap et
Regiona təhlükə saçacaq xartiya:
Yanvarın 14-də Ermənistan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalandı. ABŞ-la imzalanan strateji tərəfdaşlıq xartiyası Ermənistan-Rusiya münasibətlərinə, eyni zamanda, rəsmi Kremlin rəhbərlik etdiyi təşkilatlardakı İrəvanın mövqeyinə ciddi təsir göstərəcək. ABŞ Dövlət katibi Antoni Blinken bu sənədlə bağlı danışarkən vurğulayıb ki, onlar Ermənistanla onun suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün səyləri gücləndirmək üzərində işləyirlər. O, strateji tərəfdaşlıq haqqında sənədin “daha dayanıqlı, dinc, təhlükəsiz və müstəqil” Cənubi Qafqazın yaradılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin deputatı Mehriban Vəliyeva “Sherg.az”a bildirib ki, ABŞ-nin paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Dövlət katibi Entoni Blinken arasında strateji tərəfdaşlıq haqqında imzalanan xartiya hələlik kağız parçasından başqa bir şey deyil:

“Xartiya yanvarın 14-də- Bayden administrasiyasının hakimiyyətdən getməsindən 6 gün öncə imzalandı. 6 gün ərzində sazişin müddəlarını icra etmək praktiki cəhətdən mümkün deyil. Ötən gün hakimiyyətə gələn Donald Tramp administrasiyasının isə bu sənədə necə yanaşacağını indidən söyləmək çətindir. Bunu zaman göstərəcək. Amma müşahidələr göstərir ki, Donald Tramp sələfinin imzaladığı bəzi qərarları ləğv edir və onları səhv adlandırır. Ümid edək ki, Tramp eyni münasibəti ABŞ ilə Ermənistan arasından imzalanmış strateji tərəfdaşlıq haqqında xartiyaya da göstərəcək”.

Deputatın sözlərinə görə, bütün hallarda Azərbaycan bu sazişi İrəvanın regionda sülh və sabitliyə xidmət etməyən son dərəcə riskli addımı kimi qiymətləndirir:
“Ermənistanın hansı ölkə ilə hansı formada əməkdaşlıq etməsi onun suveren hüququdur. Amma biz görürük ki, İrəvan bu hüquqdan sui-istifadə edir, revanşizmə meyllənir, gərginliyi artırır. Mətbuatda yayılan son məlumatlara görə, Ermənistan ordusu Zəngəzurda yeni hərbi hissə tikir. Bildirilib ki, yeni hərbi hissə şərti sərhədin bir neçə kilometrliyində yerləşir. Bu faktla ABŞ ilə imzalanmış strateji tərəfdaşlıq haqqında xartiya arasında hansısa əlaqələrin olması barədə qəti fikir səsləndirmək çətindir. Lakin görünən odur ki, məlum sazişdən sonra ermənilərdə ruh yüksəkliyi, fəallıq yaranıb. Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin gücləndiyi bir vaxtda özünü vasitəçi hesab edən bir ölkənin birtərəfli qaydada İrəvana bu cür dəstək verməsi heç cür anlaşılan deyil. 44 günlük Vətən müharibəsindən dərhal sonra ABŞ konqresi "Azadlığa dəstək aktı"na 907-ci düzəlişin qüvvəsinin dayandırılmasına dair heç bir addım atmamaqla ölkəmizə sanksiya tətbiq etdilər. Ermənistana gələndə isə biz bunun əksini görürük. ABŞ məhv olmaq təhlükəsi ilə üzləşən, qlobal layihələrdən çıxdaş edilən, qonşuları tərəfindən etibarsız ölkə imici qazanan, nüfuzu ciddi şəkildə zədələnən Ermənistanı ayaqda saxlamaq üçün bu cür addımlar atır. Ermənistanın qlobal qarşıdurmaların poliqonuna çevrilməsi Cənubi Qafqaza müsbət heç nə vəd etmir. Rusiya, İran, Avropa və ABŞ-nin qarşıdurma mərkəzinə çevrilməkdə olan Ermənistan regionda həssas olan gərginliyi bir qədər də artıracaq. İrəvan ABŞ ilə belə bir saziş imzalamaqla üzvü olduğu KTMT, Avrasiya İttifaqı və digər birliklərin maraqlarını tapdaladı. Bu isə Ermənistan xalqı üçün böyük risklər yaradır. İqtisadiyyatı əsasən Rusiyadan asılı olan, İranı özünə dost-qardaş hesab edən bir dövlətin ABŞ hərbi missiyasını ölkəyə dəvət etməsi və sərhədlərini onlara həvalə etməsi heç bir siyasi etikaya, məntiqə sığmır”.

Millət vəkili onu da qeyd etdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Tramp hakimiyyətindən müsbət gözləntiləri Vaşinqtonun Bakıya qarşı ədalətsiz siyasətinə son qoyacağına ümidlərimizi artırır:
“Cənab Prezident Davosda CGTN (China Global Television Network) telekanalına müsahibəsində Bakının qarşıdakı dövrdə nəqliyyat xətlərinə xüsusi önəm verəcəyini bildirdi. Zəngəzur dəhlizinin açılması da bura daxildir. Azərbaycan Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat tranzit qovşağına çevrilməkdədir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Dünyanın aparıcı ölkələri, o cümlədən Tramp administrasiyası bu bu nəqliyyat qovşaqlarını dəstəkləyir. Ötən gün andiçmə mərasimi olan Donald Tramp əsas proqramlarını açıqladı. Bunlar daha çox ABŞ-nin daxili məsələləri ilə bağlı idi; miqrasiya, Qrenlandiya adası, Meksika körfəzi və Panama kanalına sahiblik məsələləri, Marsa bayraq sancmaq və s. bu kimi istiqamətlər Tramp administrasiyasi üçün daha prioritetdir. O, hətta çıxışında Ukrayna-Rusiya münaqişəsinin də adını konkret olaraq çəkmədi. Ümumi olaraq qeyd etdi ki, ölkəsi münaqişələrə son qoymaq üçün imkanlara sahibdir. Bu mənada düşünmürəm ki, Tramp Ermənistanı birtərəfli qaydada gücləndirməklə regionda hərbi gərginlik yaratmaq istəyində olsun”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur kafe bağlanandan və sahibi vəfat edəndən sonra FHN istismarına icazə verib? - SİYAHI
Dünən, 18:12
Reklam rəqəmsallaşdıqca niyə bulanıqlaşır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:11
Anasını amansızlıqla öldürən Emilə - 18 il həbs
Dünən, 18:08
Paşinyan Rusiyanın "radioaktiv siyasi tullantılar"ını "dəfn" edir: - "Qarabağ klanı" dağıdılır, Azərbaycanla sülh sazişinin önü açılır
Dünən, 18:06
Xəzərə görə Azərbaycan üçün yeni fürsət: - 5 qüvvə regionda rəqabəti artırır
Dünən, 17:32
SEPAH və Pezeşkian üz-üzə qaldı - Bir neçə həftə vaxt verildi
Dünən, 17:30
Köçəryana görə Rusiyadan gələcək zəng heç nəyi dəyişdirməyəcək - Simonyan
Dünən, 16:45
"Bank Respublika"nın səhmdarı "Ekolizinq"in əsas təsisçisi olub
Dünən, 16:41
“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi
Dünən, 16:38
Paşinyanın Bakıya qarşı ən böyük səhvi: - Rusiyadan sonra Avropaya da yox deyilir?
Dünən, 16:33
Avropa İttifaqı “qara pullar”ın Gürcüstana daxil edilməsinin yolunu axtarır - Qorduladze
Dünən, 16:30
Ermənistanda qərargah rəisi saxlanıldı - Əsgər ölümü
Dünən, 16:27
Azərbaycanda çay istehsalçısına yeni rəhbər təyin edilib - ƏMR
Dünən, 16:22
Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var? - SİYAHI
Dünən, 16:18
AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət edib - DİQQƏT
Dünən, 16:14
Problemli kreditlər 723 milyon manata çatdı - Son 1 ildə 37% artım
Dünən, 16:12
İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb - SEPAH
Dünən, 16:07
Hərbi möhlətlər bu halda ləğv ediləcək - DİQQƏT
Dünən, 16:04
"Qanuni oğru" olduğu üçün 10 il həbs cəzası aldı - DETALLAR
Dünən, 15:06
Pərvin Salahovaya bu agentlikdə vəzifə verildi
Dünən, 15:03
Qaxda 722 min manatlıq yol təmiri - Layihəni 10 manatlıq şirkət icra edəcək
Dünən, 14:57
Polad müəllim... bu xanım bəs, sizin yanınızda NİYƏ VAR? - "Biz saatlarla gözlədik..."
Dünən, 14:48
Polad Bülbüloğlunun yenidən evlənməsi xəbəri doğru deyilmiş... - SƏN DEMƏ...
Dünən, 14:43
Tək "Qarabağ"ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar - Qurban Qurbanov
Dünən, 14:38
13 minlik Boradigah qəsəbəsinin poçtu bağlanır? - Sakinlər Prezidentə müraciət etdi
Dünən, 14:34
Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşının cəzası ağırlaşdırıldı
Dünən, 13:06
“Müsəlman dövlətlərinin ittifaqı yaradılmalıdır” - Pezeşkian
Dünən, 13:04
Əməkdar artist KİMİ QINADI: - "Səsi olmayana deyir, "əla oxudun""
Dünən, 13:01
“Satışa çıxarılan milyonluq villa…” – Xalq artistinin qızı gerçəyi AÇIQLADI
Dünən, 13:00
Serj Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub - “Sputnik Armenia”
Dünən, 12:57
MİDA əməkdaşının sürücüsünün dələduzluq əməli: “Pulu notariusun qarşısında aldım" - TƏFƏRRÜAT
Dünən, 12:54
Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır - DETALLAR
Dünən, 12:47
Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım – Fit görünüşü diqqət çəkdi
Dünən, 12:42
Ermənistan dəmir yollarının gələcək operatoru kim olacaq? - Mümkün ssenarilər
Dünən, 12:38
“Barselona”, yoxsa “Qalatasaray”? - Azərbaycanı böyük püşk həyəcanı gözləyir
Dünən, 12:34
Prorektorun vəzifəsi ləğv edildi - Rəşad Əliyev müşavir təyin olundu
Dünən, 12:31
Qod Nisanovun bazarından haqq tələb edən avtoritet həbs edildi - "ZAYKA" VƏ DƏSTƏSİNƏ QARŞI XÜSUSİ ƏMƏLİYYAT
Dünən, 12:27
AĞKÖYNƏKDƏ QARA İŞLƏR... - İTTİHAM VAR...
Dünən, 12:16
“Nazir olanda bəzi tələbələri təhsil haqqından azad edirdim, sonra yoxladılar və bizi cəzalandırdılar” - Misir Mərdanovdan ETİRAF
Dünən, 12:07
Odlar Yurdu Universitetindəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 12:01
ETM-dən qəribə tender: Məktəblilər üçün tonal krem alınacaq - BU NƏDİ BELƏ?
Dünən, 12:00
AGA Group-un faktorinq biznesi 3.4 mln. manat xalis mənfəət əldə edib – Bununla belə işçi sayını azaldır
Dünən, 11:55
Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi - “Hraparak”
Dünən, 11:49
İsmayıl Xəlilovdan İnam Kərimova şikayət ediləcək - BUNA GÖRƏ...
Dünən, 11:48
İsrailin Hagag Group-u Azərbaycanda tikinti biznesinə başlamağı planlaşdırır
Dünən, 11:45
İsrail mediası "Hapoel"in "Sabah"a məğlubiyyəti haqqında: Böyük xəyal son anda puç oldu - DAYCEST
Dünən, 11:43
Rüfət Əzizov onu direktor təyin etdi - FOTO
Dünən, 11:34
Moskva niyə TRIPP-dən narahatdır? - GƏLİŞMƏ
Dünən, 11:31
“Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə işləmir” – Ekspert
Dünən, 11:30
Müğənni Könül Kərimovanın adı hallanan məhkəmədə YENİLİK - TƏFƏRRÜAT
Dünən, 11:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru