İranda Azərbaycan dili tədris olunacaq: - TƏSDİQLƏNDİ
İran Parlamentinin Təhsil, tədqiqat və texnologiya Komissiyasının sədri Əlirza Munadi Sefidan rəhbərlik etdiyi komissiyada ölkənin məktəb və universitetlərində yerli, etnik dillərin tədrisi layihəsinə yenidən baxıldığını deyib.
O, layihənin təsdiqləndiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Nasrews" yazıb.
İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, fars dili ilə yanaşı, yerli və etnik dillərdən mətbuatda, kütləvi informasiya vasitələrində istifadə etmək, onların ədəbiyyatını məktəblərdə və universitetlərdə tədris etmək sərbəstdir.
Beləliklə, əgər layihə icra olunsa, Azərbaycan dili Güney məktəblərində tədris olunacaq.