Əmək Məcəlləsinin 92-ci maddəsi: BURDA NƏ DEYİLİR... - Ekspert danışır...
Tarix: 11-11-2024, 09:48 |
Çap et
Praktikada tədbiq olunmayan vəya çox nadir hallarda tədbiq olunan Əmək Məcəlləsinin 92-ci maddəsi. Bu sahədə - əmək qanunvericiliyinə dövlət və ictimai nəzarətin zəif olması və ya əməl olunmaması.
Bu qanuna əsasən: əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtı qısaldılmış müddətdə təyin olunmalıdır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi nəzərdə tutur ki: əmək şəraiti fiziki, kimyəvi, bioloji, insanın sağlamlığı üçün zərərli və ağır olan əmək şəraitli istehsalatlarda, peşə və ya vəzifələrdə çalışan işçilərə bir həftədə - 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı təyin olunmalıdır.
Bu istehsalatların, peşə və vəzifələrin siyahısı
Azərbaycan Respublikası NazirlərKabinetinin
2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahısı ilə müəyyən edilir.
Əmək şəraiti zərərli olan işlərin siyahısı və bu işləri yerinə yetirən işçilər üçün iş vaxtının qısaldılmış müddəti: kollektiv müqavilələrlə, kollektiv müqavilələr bağlanmadığı hallarda isə, işəgötürənlə həmkarlar ittifaqı təşkilatı arasındakı məsləhətləşmələr və yuxarıda göstərilən siyahı nəzərə alınmaqla müəyyən edilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi Azərbaycan Respublikası NazirlərKabinetinin
2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə nəzərdə tutulan və qeyd olunan tələblərə əməl olunmasına ictimai nəzarət-Həmkarlar ittifaqı təşkilatı, dövlət nəzarətini isə-Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.site)