Əsas Səhifə > Güney Press > Əmək Məcəlləsinin 92-ci maddəsi: BURDA NƏ DEYİLİR...
Əmək Məcəlləsinin 92-ci maddəsi: BURDA NƏ DEYİLİR...11-11-2024, 09:48 |
Praktikada tədbiq olunmayan vəya çox nadir hallarda tədbiq olunan Əmək Məcəlləsinin 92-ci maddəsi. Bu sahədə - əmək qanunvericiliyinə dövlət və ictimai nəzarətin zəif olması və ya əməl olunmaması. Bu qanuna əsasən: əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtı qısaldılmış müddətdə təyin olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi nəzərdə tutur ki: əmək şəraiti fiziki, kimyəvi, bioloji, insanın sağlamlığı üçün zərərli və ağır olan əmək şəraitli istehsalatlarda, peşə və ya vəzifələrdə çalışan işçilərə bir həftədə - 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı təyin olunmalıdır. Bu istehsalatların, peşə və vəzifələrin siyahısı Azərbaycan Respublikası NazirlərKabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahısı ilə müəyyən edilir. Əmək şəraiti zərərli olan işlərin siyahısı və bu işləri yerinə yetirən işçilər üçün iş vaxtının qısaldılmış müddəti: kollektiv müqavilələrlə, kollektiv müqavilələr bağlanmadığı hallarda isə, işəgötürənlə həmkarlar ittifaqı təşkilatı arasındakı məsləhətləşmələr və yuxarıda göstərilən siyahı nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Azərbaycan Respublikası NazirlərKabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə nəzərdə tutulan və qeyd olunan tələblərə əməl olunmasına ictimai nəzarət-Həmkarlar ittifaqı təşkilatı, dövlət nəzarətini isə-Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.site) Geri qayıt |