“Azon zavodu”nun direktoru dəyişib .....                     "SEPAH"dan Bakıya İTTİHAM .....                     Zəngəzurla bağlı ilk anlaşma: Həll yolu belə tapıldı .....                     Avropa İttifaqı təşəbbüsü yenidən ələ almağa cəhd edə bilər .....                     “Baku Servis Kompani”nin lisenziyası yoxa çıxıb .....                     AMB daha bir şirkətə sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     "Şər-xatadırlar başdan-ayağa!.." .....                     Bu milyonlar Qaralova HALAL EDİLƏCƏKMİ? .....                     Türkiyə silahlarından Rusiyanın mülki şəxslərini öldürmək üçün istifadə olunur .....                     Qərb Qafqazda dəhşətli təxribat hazırlayır .....                     Məcəllənin tətbiqi bir çox hallarda mübahisələrə səbəb olur... .....                     Ağstafanı təftiş edən olsa... HƏBSLƏR QAÇILMAZDIR! .....                     Qayıbəli Hacımətov vəfat edib .....                     Kənd təsərrüfatına SU İTKİSİ badalağı... .....                     Qızıl niyə "qızıla dönüb"? .....                     Çox dərs yükü şagirdlərin yorğunluğuna, .....                     9 il əvvəl yanan bazarın tüstüsü hələ də çıxır .....                     "Dərdli" Pirşağının yeni problemi .....                     Goranboyun icra başçısı sahibkarı həbs etdirib? .....                     “Azərbaycan Dəmir Yolları”nda MƏXMƏRİ YEYİNTİ... .....                     Şanlı Qələbə işıqlı gələcəyə yol açdı .....                     Bakının marağına kim uyğundur: Tramp, yoxsa Harris? .....                     "Qərb öz qərəzli, anti-Azərbaycan mövqeyindən əl çəkmir" .....                     "Allah eləsin ki, TikTok bağlansın" .....                     Rusiya ordusunda “təmizləmə”: Şoyqunun generalları bir-birini “satır” .....                     Çin avtomobillərini niyə almamalıyıq? .....                     “Putin Vardanyanı niyə istəsin ki?...” .....                     “Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları .....                     Azərbaycanda bu sosial şəbəkə bağlana bilər .....                     Bu gündən avtomobillərin COP29 zolaqlarından istifadəsinə qoyulan qadağa qüvvəyə minib .....                     Azərbaycanda kredit faizləri artacaq .....                     “İpək Yolu Sığorta”nın yığımları 3 dəfə azalıb .....                     Ölkəmizdə "Cadugərlər bayramı" yığışdırılmalıdır .....                     COP29-da özəl qurumlar da məsafədən işləyəcək? .....                     Qısqanclıq zəmnində münaqişə qanla bitdi .....                     "Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" .....                     Pezeşkian Urmu gölünü fəlakətdən qoruyacaq? .....                     İran və Rusiya arasındakı müqavilə yeni hərbi birliyin .....                     Bakıda sel fəlakətindən zərərçəkənlərə sığorta ödənib? .....                     Gürcülərə LGBT-ni sırıyırlar .....                 

Bakının marağına kim uyğundur: Tramp, yoxsa Harris? - İNCƏLƏMƏ
Tarix: Bu gün, 07:02 | Çap et
Bakının marağına kim uyğundur: Tramp, yoxsa Harris?
Prezidentin kim olması xarici siyasətdə ABŞ maraqlarının təmin edilməsi prioritetini dəyişdirmir, fərq hansı metodlardan istifadə edilməsi və hansı tərəflərlə işləməkdədir. Bu kontekstdə Azərbaycan üçün Tramp və Harrisin – respublikaçılarla demokratların yanaşması əsasdır, xüsusilə Ermənistana və erməni diasporu/lobbisinə olan münasibət fonunda. Məsələyə iki aspektdən yanaşmaq olar.

Birincisi, tarixi xronologiyaya istinad

XX əsrin əvvəlində ortaya atılan “böyük ermənistan” xülyası Vudro Vilsonun “yeni dünya xəritəsi” ilə “rəsmiləşmişdi”. Paris Sülh Konfransında Topçubaşovun AXC-nin tanınması istəyini rədd edən Vilson xəritəsində də Azərbaycana yer ayırmamışdı. Bu, dövrün yeni qurulan geosiyasi şərtlərində ABŞ-ın planı olsa da, Vilsonun demokrat olması mənfi detal kimi tarixə həkk olunub.

70 il sonra Azərbaycan yenidən müstəqil olanda məlum “907-ci düzəliş” respublikaçıların dövründə qəbul edilib, hərçənd, Konqresdə demokratların – dövlət katibi olmuş Con Kerri və hazırki Prezident Co Baydenin xüsusi fəallığı da unudulmamalıdır.

O vaxt Heydər Əliyevin ABŞ-a səfəri Bakı-Vaşinqton münasibətlərində müsbət dönüş yaratdı. Həmin vaxt Ağ Evdə demorkatlar sahiblik edirdi, lakin Heydər Əliyevin respublikaçı Buşla səmimi görüşü, hətta evində qonaq olması da maraqlı məqam idi. Həmin illər beynəlxalq müstəvidə Qarabağ məsələsi ətrafında balansın Azərbaycanın xeyrinə dəyişməyə başlandığı dövr kimi qiymətləndirilir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan iddia edir ki, balansın dəyişməsi Texas lobbisinin dəstəyi ilə mümkün oldu. Respublikaçıların üstünlük təşkil etdiyi Texas amili maraqlı detaldır.

Respublikaçı (oğul) Buşun prezidentliyi dövründə Bakı-Vaşinqton münasibətləri kifayət qədər müsbət olub. Burada 2001-ci ildən sonra ABŞ-ın “terror təhlükəsi”nə qarşı başladığı şərq ekspedisiyası həlledici amil olsa da, yuxarıda qeyd etdiyimiz kimi, Vaşinqtonun xarici maraqlarının həyata keçirilməsində Azərbaycanla əməkdaşlıq xəttini seçdiyi faktdır.

Demokrat Obamanın dövründə Bakı-Vaşinqton münasibətlərində “soyuq küləklər” daha çox müşahidə edilib. Bu, müəyyən mənada başı “ərəb baharına” qarışan Obama Administrasiyasının Cənubi Qafqaza daha az diqqət ayırmasından da qaynaqlanırdı.

Azərbaycan-ABŞ münasibətlərinin, yaxud Vaşinqtondan Bakıya olan yanaşmanın tamamilə “respublikaçı-demokrat” seçimi üzərindən etmək doğru olmasa belə – erməni lobbisinin aktiv üzvləri arasında respublikaçılar da yer alır - tarixi xronologiya bizim maraqlarımız baxımından respublikaçıların müsbət obrazını önə çıxarır.

İkincisi, son səkkiz ilin reallıqları – Tramp və Bayden administrasiyalarının müqayisəsi

Trampın Qarabağdan gedən ermənilərlə bağlı “120 min xristian dəhşətli şəkildə təqib edilib” açıqlaması bu obrazla bağlı fikirləri qarışdırdı, hərçənd, bunun daha çox seçki mübarizəsinin elementi olduğu aydın görünür. Bu, həm ABŞ-da əsasən demokratların namizədini dəstəkləyən erməni icmasının səsinə “elçi” düşmək, həm də Harrisin səslərini azaltmaq üçün xristianlıq kartdan istifadə etməyə hesablanıb. Trampın seçiləcəyi təqdirdə erməni maraqlarını prioritet tutacağını isə demək çətindir. 2017-2021-ci illərdə - Trampın prezidentliyi dövründə ABŞ-da erməni diasporu/lobbisinin çətin vəziyyətə düşməsi də bu fikri gücləndirir.

- 2017-ci ildə erməni diasporu Trampın qəbuluna düşməkdə ciddi çətinliklə üzləşmişdi, hətta həmin vaxt Ermənistan prezidenti olan Serj Sərkisyanın zənglərinə də Ağ Evdə cavab verilmədiyi haqda məlumatlar vardı;

- Trampın gəlişindən dərhal sonra “Qarabağdakı separatçılara” minatəmizləmə adı altında ayrılan maliyyə ilə bağlı tədqiqat başlanılmışdı;

- Daha sonra separatçılara ayrılan maliyyə vəsaitinin ixtisar edilməsi haqda qərar qəbul olundu;

Seçki mübarizəsində erməni diasporunun Trampa qarşı çıxması da bundan qaynaqlanır.

Trampın prezidentliyi dövründə Azərbaycanla münasibətlər normal məcrada davam etdiyi halda Baydenin gəlişindən sonra dalğalı oldu, xüsusilə Xankəndidə separatizmin ləğvinə aparan proses və anti-terror tədbirləri zamanı demokratların erməni maraqlarının müdafiəsi məqsədilə Azərbaycana hücumları fonunda. Ağ Evdə mövcud administrasiyanın Cənubi Qafqazda Ermənistanı platforma kimi görməsi də maraqlarının təmin edilməsində hansı tərəfi seçdiyinin nümunəsidir.

Ağ Evdə “əl dəyişərsə”, bu, Vaşinqtonun regional siyasətinin tamamilə dəyişməsi ilə nəticələnməsə belə, tarixi xronologiya və son 8 ilin müqayisəsi respublikaçıların Azərbaycan maraqlarına daha uyğun olduğunu deməyə əsas verir.

Müəllif: Asif Nərimanlı - "DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azon zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 09:27
"SEPAH"dan Bakıya İTTİHAM - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:26
Zəngəzurla bağlı ilk anlaşma: Həll yolu belə tapıldı - GƏLİŞMƏ
Bu gün, 09:25
Avropa İttifaqı təşəbbüsü yenidən ələ almağa cəhd edə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:23
“Baku Servis Kompani”nin lisenziyası yoxa çıxıb
Bu gün, 09:16
AMB daha bir şirkətə sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 09:15
"Şər-xatadırlar başdan-ayağa!.." - GİLEY
Bu gün, 09:13
Bu milyonlar Qaralova HALAL EDİLƏCƏKMİ? - AXI NİYƏ?..
Bu gün, 09:07
Türkiyə silahlarından Rusiyanın mülki şəxslərini öldürmək üçün istifadə olunur - Lavrov
Bu gün, 09:04
Qərb Qafqazda dəhşətli təxribat hazırlayır – Dayaq nöqtəsi Ermənistandır
Bu gün, 09:03
Məcəllənin tətbiqi bir çox hallarda mübahisələrə səbəb olur... - Ekspert danışır...
Bu gün, 08:59
Ağstafanı təftiş edən olsa... HƏBSLƏR QAÇILMAZDIR! - BU DA FAKT!
Bu gün, 08:53
Qayıbəli Hacımətov vəfat edib
Bu gün, 08:49
Kənd təsərrüfatına SU İTKİSİ badalağı... - NƏ ETMƏLİ?
Bu gün, 08:48
Qızıl niyə "qızıla dönüb"? - AKTUAL
Bu gün, 08:46
Çox dərs yükü şagirdlərin yorğunluğuna, motivasiyanın azalmasına səbəb olur
Bu gün, 08:45
9 il əvvəl yanan bazarın tüstüsü hələ də çıxır - QALMAQAL
Bu gün, 08:41
"Dərdli" Pirşağının yeni problemi - VİDEO
Bu gün, 08:36
Goranboyun icra başçısı sahibkarı həbs etdirib? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:34
“Azərbaycan Dəmir Yolları”nda MƏXMƏRİ YEYİNTİ... - İTTİHAM VAR...
Bu gün, 08:28
Şanlı Qələbə işıqlı gələcəyə yol açdı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:17
Bakının marağına kim uyğundur: Tramp, yoxsa Harris? - İNCƏLƏMƏ
Bu gün, 07:02
"Qərb öz qərəzli, anti-Azərbaycan mövqeyindən əl çəkmir" - deputat
Bu gün, 07:00
"Allah eləsin ki, TikTok bağlansın" - Əməkdar artist
Bu gün, 06:53
Rusiya ordusunda “təmizləmə”: Şoyqunun generalları bir-birini “satır” - NƏ BAŞ VERİR?
Bu gün, 06:49
Çin avtomobillərini niyə almamalıyıq? - Ekspert faktları AÇIQLADI
Bu gün, 06:47
“Putin Vardanyanı niyə istəsin ki?...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:45
“Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları - Nebenzidən Aşota qədər heyrətamiz nağıl
Bu gün, 06:43
Azərbaycanda bu sosial şəbəkə bağlana bilər - Əxlaqsızlıq və narkotik təbliğ olunur
Bu gün, 06:40
Bu gündən avtomobillərin COP29 zolaqlarından istifadəsinə qoyulan qadağa qüvvəyə minib - DİQQƏT
Bu gün, 00:34
Azərbaycanda kredit faizləri artacaq
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın yığımları 3 dəfə azalıb
Bu gün, 00:02
Ölkəmizdə "Cadugərlər bayramı" yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:00
COP29-da özəl qurumlar da məsafədən işləyəcək? - AÇIQLAMA
Dünən, 18:56
Qısqanclıq zəmnində münaqişə qanla bitdi - Ərini öldürən Əfsanəyə hansı cəza verildi?
Dünən, 18:11
"Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" - Naim Qasım BELƏ DEYİR...
Dünən, 18:08
Pezeşkian Urmu gölünü fəlakətdən qoruyacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:04
İran və Rusiya arasındakı müqavilə yeni hərbi birliyin ilkin cücərtiləri hesab olunur
Dünən, 17:59
Bakıda sel fəlakətindən zərərçəkənlərə sığorta ödənib? – Assosiasiya AÇIQLADI
Dünən, 17:55
Gürcülərə LGBT-ni sırıyırlar - Lukaşenko
Dünən, 17:50
“Gəncə Körpü Tikinti 2” şirkəti cərimələndi
Dünən, 17:46
Xəstələrin şəfa axtardığı ağır "travmalı" Travmatologiya və Ortopediya İnstitutu - BU NƏDİ BELƏ?..
Dünən, 17:40
Azərbaycanda tikinti şirkəti - LƏĞV OLUNUR
Dünən, 17:33
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin ediləcək
Dünən, 17:29
Rövşən Lənkəranskinin rəqibi olan "qanuni oğru" dəstəsi ilə birgə həbs olundu
Dünən, 17:27
MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi - Tender ləğv olundu
Dünən, 17:24
Gürcüstandan Ermənistanda tərs ŞİLLƏ - İcazə verilmədi
Dünən, 17:19
"Qaz təsərrüfatı olan yerlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır ki, faciə ilə qarşılaşılmasın"
Dünən, 17:17
"Azerlime"nin müdiri cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:12
ƏÜO-da buraxılış mərasimi keçirilib - VİDEO
Dünən, 17:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru