Tutuqlanan azərbaycanlılar “Vilayəti-Xorasan”a necə qoşulublar? .....                     Moskvadan Bakıya yeni HƏDƏ .....                     Avropa İttifaqında QALMAQAL .....                     Bloqer Hüseyn Həsənov barəsində vergidən yayınma ilə bağlı iş .....                     AYNA-nın sürücülərə qarşı süni CƏRİMƏ FABRİKİ .....                     “Parazit sözlər şou proqamlarda istifadə edilir” .....                     Rusiya MATO-ya hücum edəcək .....                     Mollalar Azərbaycandan əl çəkmir .....                     Rəsul Çunayevə vəzifə verildi .....                     Fuad Nəcəfli YENİDƏN XANLIQ SİSTEMİNƏ QAYITMIŞDI?.. .....                     Gürcüstanda 1270, Azərbaycanda 173 dollar... .....                     MDU-da bu fakültəyə yeni dekan təyin edildi .....                     Yanmış binada təmir dayandı .....                     Sərhədimizdəki “casuslar” gedir, amma... .....                     Sakinlər özlərini TƏHLÜKƏDƏ HİSS EDİR... .....                     Direktorun vəkilinin tələbi RƏDD EDİLDİ .....                     Kirayə qaldığı mənzildən vaxtından əvvəl çıxan şəxs döyüldü .....                     Ətin qiyməti yenə bahalaşacaq! .....                     Naxçıvanda sahibkarlar NARAHATDIR... .....                     Ukrayna Krım istiqamətində hücuma keçdi .....                     “Qarabağ”ın son və ən çətin SINAĞI .....                     Sabiq icra başçısının əmisi oğluna yeni vəzifə verildi .....                     “Azercell” 5 manatlıq paket üçün balansdan 12 manat çıxır .....                     “Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir .....                     Səfirimiz erməni həmkarı ilə görüşdü .....                     Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb .....                     Paşinyan KTMT-dən narazılığını bildirdi .....                     Azərbaycanda 52 minlik şirkət .....                     Aygün Kazımovanın ad günündə yarım milyon pul yığıldı .....                     Kəmaləddin Heydərov polkovniki rəis təyin etdi .....                     Dövlət agentliyi 100 min manata ofis icarəyə götürür .....                     “Liman Sığorta və Təkrar Sığorta Brokeri”nə yeni direktor təyin olundu .....                     Azərbaycanda 112 min manat sərmayə ilə yeni şirkət yaradılıb .....                     Azərbaycan adı 1500 il əvvəl süryani dilində olan əlyazmalarda .....                     “Qafqaz Putinin ərazisidir” bəyanatının kodları .....                     Tramp sözünü tutmaq üçün İrana zərbə endirəcək .....                     Azərbaycanlı kirayəşinin "binanı yandıraram" iddiası polisi hərəkətə keçirdi .....                     Paşinyan haqda “vanqasayağı” qorxulu proqnoz .....                     Azərbaycanla müharibə olmayacaq, lakin ordumuzu inkişaf etdirməyə davam edəcəyik .....                     Maşınında 87 kilo narkotik çıxan sürücü necə bəraət aldı? .....                 

Ermənistan TƏXRİBATA HAZIRLAŞIR - Təhlükəli SSENARİ məlum oldu!
Tarix: 15-10-2024, 10:51 | Çap et
Ermənistan TƏXRİBATA HAZIRLAŞIR
Son günlər davamlı şəkildə Ermənistanın şərti sərhədlərə əlavə şəxsi heyət və hərbi texnika cəmlədiyi barədə məlumatlar yayılır. Ermənistanda təlim-məşq toplantısına çağırılan şəxslərin Azərbaycanla sərhəddə döyüş mövqelərinə göndərildiyi barədə erməni mediası da bir neçə gün öncə xəbərlər tirajlamışdı. Bildirilirdi ki, təlim-məşq toplantısı 25 gün nəzərdə tutulsa da, çağırışçıların bir çoxu uzun müddət xidmətdə saxlanılır.

“Təlim-məşq toplanışı”na cəlb olunanları isə posta çıxmayacaqları deyilsə də, toplanış məntəqəsindən birbaşa döyüş mövqeyinə aparıblar. Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlamasında da təsdiq etmişdi ki, təlim-məşq toplantısının iştirakçıları döyüş növbətçiliyindədir. Erməni hərbi ekspert Mher Akopyan bildirmişdi ki, qanunvericiliyə görə təlim-məşq toplantısı 5 gün olmalı idi, ancaq sonradan müddət 25 günədək artırılıb.

Qeyd edək ki, cari ilin aprelində Ermənistan təlim-məşq toplantısı adı altında 4799 nəfəri orduya cəlb etmişdi. O zaman Azərbaycan Müdafiə Nazirliyi İrəvanın təxribatlarına sərt etirazını bildirdi və xəbərdarlıq etdi. Bəyan olunmuşdu ki, şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb. Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan Silahlı Qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir. Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək. Təsadüfi deyil ki, məhz həmin hazırlıqların ardınca şərti sərhədlər boyunca təxribatlar intensiv xarakter aldı. Lakin xəbərdarlıqlar da sözünü dedi və anklav olmayan kəndlərimizin azad olunması baş verdi. Düşmən ölkə geriyə addım atmağa vadar oldu.

Ermənistanın növbəti dəfə şərti sərhədlərdə hərəkətə keçməsi, sürətli şəkildə silahlanmanı davam etdirməklə yanaşı, şəxsi heyəti və hərbi texnikanı döyüş bölgəsinə cəmləməsi cavabsız qalmayıb. Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib. Müşavirəyə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları və müavinləri, Əlahiddə Ümumqoşun Ordunun rəhbər heyəti, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin Milli Müdafiə Universitetinin və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları cəlb olunub. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları çatdırıb. Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də revanşist qüvvələrin şərti sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmaqla bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib. Azərbaycan Müdafiə Nazirliyində keçirilən müşavirə və müvafiq tapşırıqların verilməsi Ermənistanda narahatlıq yaradıb.

Bu arada, oktyabrın 14-ündə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri hazırlıq planına uyğun olaraq, təlim-məşq uçuşlarını icra edib. Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilib. Hərbi pilotlar tərəfindən qalxma və enmə, aşağı, eləcə də orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub. Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Beləliklə, Ermənistan rəhbərliyi sülhdən danışır, amma eyni vaxtda şərti sərhədlərə qoşun yığır, silahlanır. Məqsəd nədir? Bölgədə yeni savaş təhlükəsi varmı? Düşmənin atəş nöqtələri öncədən susdurula bilərmi?

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, beynəlxalq arenada artan hərbi və siyasi gərginlik Cənubi Qafqaz regionunda da öz təsirlərini göstərə bilər: “Xüsusilə bugünlərdə. Bildiyiniz kimi, qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan beynəlxalq COP29-a sayılı günlər qalıb. Ölkəmiz növbəti beynəlxalq miqyaslı layihələrdən birinə ev sahibliyi edəcək. Xüsusilə bu şəraitdə xarici aktorlar regionda daha aktivdir”. Komitə sədri təsdiqləyir ki, bugünlərdə Ermənistan sərhəddə hərbi təxribatla vəziyyəti gərginləşdirə bilər: “Belə olan təqdirdə Azərbaycan tərəfdən açılacaq cavab atəşi pərdənin arxasındakı qüvvələrin işinə yaraya bilər. COP29 ərəfəsində regionda dayanıqlı sülhü bərpa etmək üçün rəsmi Bakı bütün mümkün variantlardan istifadə edir.

Rəsmi İrəvan revanşist manevrlərlə sülhdən yayınma siyasətini davam etdirir".

A.Nağıyev məkrli planın mövcudluğunu istisna etmədi və xəbərdarlığını aşağıdakı kimi çatdırdı: “Ermənistanda müəyyən qruplaşmaların Qərbdən aldığı təlimatla sülh prosesi artıq 4 ildir ki, uzanır. Naxələf qonşumuzun sərgilədiyi bu tutumsuz davranışlar rəsmi Bakının səbr kasasını daşıra bilər. Vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya məsələyə daxil olarsa, Cənubi Qafqaz Şərqlə Qərbin yeni savaş meydanına çevrilər”. Deputat qeyd etdi ki, iqtisadi və hərbi vəziyyəti ürəkaçan olmayan Ermənistan mövcud vəziyyətdə öz daxili sabitliyini qorumaq üçün sülhə getməli, region ölkələri ilə bir sıra sahələrdə əməkdaşlığını genişləndirməlidir: “Hesab edirəm ki, bu, onun üçün ən doğru seçim ola bilər. Azərbaycan hər zaman sülh tərəfdaşı olub və bu günə qədər ev sahibliyi etdiyi beynəlxalq tədbirlərlə də bunu dünyaya nümayiş etdirib”.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayilov da hesab edir ki, Ermənistan COP29 ərəfəsi Azərbaycana qarşı informasiya savaşı açıb: “Ermənistan bir dövlətə yaraşmayan üsullardan, qaydalardan istifadə edərək Azərbaycanın əleyhinə kampaniya aparır. Dezinformasiyalar və təxribatçı hücumların sayı isə günü-gündən çoxalır. Ermənistan beynəlxalq erməni şəbəkələrinin fəaliyyətlərindən fəal istifadə edir. Azərbaycan sülh istəyən tərəfdir və sabitliyin əldə edilməsi üçün dəfələrlə Ermənistana çağırış edib. Amma bütün bunlara rəğmən Ermənistan Azərbaycanı müharibəyönlü ölkə kimi təqdim etməyə çalışır. Ona görə də Ermənistanda həm hakim komanda, həm də revanşistlər və müxalifətdə olanların hamısı bir ağızdan Azərbaycan əleyhinə müharibə ritorikası ilə dezinformasiyalar yayırlar. Halbuki bu gün ağır hücum silahları ilə silahlandırılan Ermənistandır”. T.İsmayılovun sözlərinə görə, digər tərəfdən Ermənistanın bu gün dövlət olaraq iradəsi çatmır ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı ortaya hər hansı mövqe qoysun: “Bu gün Ermənistan rəhbərliyi xarici güc faktorlarının əlində oyuncağa çevrilib. Ona görə də hansısa qərarları verə bilmir və mütləq şəkildə xarici ölkələrdən gələn çağırışlara qulaq asır. Hazırda Azərbaycanın Ermənistana savaş açmaq niyyəti yoxdur. Buna baxmayaraq, ölkəmiz Ermənistanın istənilən təxribatına da adekvat cavab verməyə qadirdir”.

Bütün təfərrüatlar onu deməyə əsas verir ki, Ermənistan və onun havadarları, Fransa başda olmaqla, Avropa İttifaqının missiyası, həmçinin bir sıra paytaxtlar Azərbaycanı təxribatlara çəkməklə, COP29 ərəfəsində gərginliyi tətikləmək, müharibə ocağını alovlandırmaq və özlərinin məkrli planlarını reallaşdırmaq üçün unikal fürsət qazanmaq istəyirlər. Bu ilin əvvəlindən Azərbaycanın guya Zəngəzur istiqamətində hücuma keçəcəyi barədə “kəşfiyyat məlumatları” yayan mərkəzlər istəklərinə nail olmaq üçün Ermənistana hər cür dəstək verirlər. Əks təqdirdə, “sülh istəyən” ölkəyə şərti sərhədlərə yerləşdirmək üçün özüyeriyən artilleriya qurğuları göndərməzdilər...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tutuqlanan azərbaycanlılar “Vilayəti-Xorasan”a necə qoşulublar? - TƏFƏRRÜAT
Bu gün, 13:08
Moskvadan Bakıya yeni HƏDƏ – Azərbaycan udulası TİKƏ deyil!
Bu gün, 12:47
Avropa İttifaqında QALMAQAL – Qadın liderlərin duelindən kim QALİB ÇIXACAQ?
Bu gün, 12:41
Bloqer Hüseyn Həsənov barəsində vergidən yayınma ilə bağlı iş Rusiya prokurorluğuna daxil olub
Bu gün, 12:40
AYNA-nın sürücülərə qarşı süni CƏRİMƏ FABRİKİ - Yol hərəkəti yoxsa YOL TƏLƏSİ
Bu gün, 12:37
“Parazit sözlər şou proqamlarda istifadə edilir” - Qulu Məhərrəmli
Bu gün, 12:30
Rusiya MATO-ya hücum edəcək - Müharibə bu ölkədə başlayacaq
Bu gün, 12:27
Mollalar Azərbaycandan əl çəkmir - indi də “Nücəba” böhtana başlayıb
Bu gün, 12:24
Rəsul Çunayevə vəzifə verildi
Bu gün, 12:21
Fuad Nəcəfli YENİDƏN XANLIQ SİSTEMİNƏ QAYITMIŞDI?.. - İLGİNC
Bu gün, 12:08
Gürcüstanda 1270, Azərbaycanda 173 dollar... – Adambaşına düşən turizm gəlirləri
Bu gün, 12:04
MDU-da bu fakültəyə yeni dekan təyin edildi - BUNDAN SONRA...
Bu gün, 11:59
Yanmış binada təmir dayandı - “Amma “LOFT” xarabasına pul tapır”
Bu gün, 11:48
Sərhədimizdəki “casuslar” gedir, amma... – İLGİNC PLAN
Bu gün, 11:41
Sakinlər özlərini TƏHLÜKƏDƏ HİSS EDİR... - VİDEO
Bu gün, 11:35
Direktorun vəkilinin tələbi RƏDD EDİLDİ - Perinatal Mərkəzdəki YANĞIN İŞİ
Bu gün, 11:22
Kirayə qaldığı mənzildən vaxtından əvvəl çıxan şəxs döyüldü - TƏFƏRRÜAT
Bu gün, 11:18
Ətin qiyməti yenə bahalaşacaq! - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:13
Naxçıvanda sahibkarlar NARAHATDIR... - DƏYİŞƏN NƏ OLDU Kİ?
Bu gün, 11:08
Ukrayna Krım istiqamətində hücuma keçdi - Rusiya HHM-i işə saldı
Bu gün, 11:02
“Qarabağ”ın son və ən çətin SINAĞI – Qurban Qurbanov “Liverpula” hansı sürprizi HAZIRLAYIB?
Bu gün, 10:56
Sabiq icra başçısının əmisi oğluna yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:48
“Azercell” 5 manatlıq paket üçün balansdan 12 manat çıxır - NARAZILIQ VAR...
Bu gün, 10:44
“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Bu gün, 10:36
Səfirimiz erməni həmkarı ilə görüşdü - FOTO
Bu gün, 10:34
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb - YENİ GƏLİŞMƏ
Bu gün, 10:30
Paşinyan KTMT-dən narazılığını bildirdi - KİV
Bu gün, 10:22
Azərbaycanda 52 minlik şirkət - LƏĞV OLUNUR
Bu gün, 10:21
Aygün Kazımovanın ad günündə yarım milyon pul yığıldı
Bu gün, 10:17
Kəmaləddin Heydərov polkovniki rəis təyin etdi - ƏMR
Bu gün, 10:14
Dövlət agentliyi 100 min manata ofis icarəyə götürür - TENDER
Bu gün, 10:11
“Liman Sığorta və Təkrar Sığorta Brokeri”nə yeni direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:10
Azərbaycanda 112 min manat sərmayə ilə yeni şirkət yaradılıb
Bu gün, 10:06
Azərbaycan adı 1500 il əvvəl süryani dilində olan əlyazmalarda - FOTOFAKT
Bu gün, 10:05
“Qafqaz Putinin ərazisidir” bəyanatının kodları - İNCƏLƏMƏ
Bu gün, 10:01
Tramp sözünü tutmaq üçün İrana zərbə endirəcək - Əhməd Obalı
Bu gün, 09:59
Azərbaycanlı kirayəşinin "binanı yandıraram" iddiası polisi hərəkətə keçirdi - TƏFƏRRÜAT
Bu gün, 09:55
Paşinyan haqda “vanqasayağı” qorxulu proqnoz - ŞƏRH
Bu gün, 09:50
Azərbaycanla müharibə olmayacaq, lakin ordumuzu inkişaf etdirməyə davam edəcəyik - Paşinyan
Bu gün, 09:48
Maşınında 87 kilo narkotik çıxan sürücü necə bəraət aldı? - TƏFƏRRÜAT
Bu gün, 09:46
İsrail Xəzərə gəlir - SENSASİON DETALLAR
Bu gün, 09:42
Rəqsanə şou-biznesdə ən zəif bənddir... ONU YENMƏYƏ NƏ VAR Kİ... - "Bilirdiniz ki, onun problemləri var..."
Bu gün, 08:31
Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:16
Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:14
Tiflis GUAM-ı belə çökdürür - BU FAKTDIR!
Bu gün, 08:00
'Siyəzənneft'də 'ÖLÜ CANLAR '... - İLGİNC İDDİA
Bu gün, 07:51
Tramp ABŞ-ın böyük hərbi qüvvələrinin İrana yaxınlaşdığını açıqlayıb
Bu gün, 07:24
Qusar icra hakimiyyəti NARAZILIĞINI GİZLƏTMƏDİ - FOTOFAKT
Bu gün, 07:22
Azərbaycan təhsilinin ÜZ QARASI... - FAKT BUDUR!
Bu gün, 07:16
Ermənistandan Azərbaycana dəvət: Bakının cavabı isə… - GƏLİŞMƏ
Bu gün, 07:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru