Kənanın atası onun dənizdə batmağına inanmır - “Bilmirəm, kimə qoşulub...”
Tarix: 12-10-2024, 10:15 | Çap et
 Üç ay əvvəl dənizdə batdığı deyilən və axtarışları aparılan gəncin ailəsi onun ölmədiyini, itkin düşdüyünü iddia edir.
“Qafqazinfo”ya müraciət edən 27 yaşlı Kənan Qurbanovun atası Vaqif Qurbanov düşünür ki, oğlu bunu planlı şəkildə edib.
Onun sözlərinə görə, avqustun 19-da ailəlikcə dəniz kənarında istirahətdə olublar: “Dedik-güldük, əyləndik. Elə gözümüzün qabağında da yoxa çıxdı. Hara getdi, niyə getdi bilmədik. Axtardıq, tapa bilmədik. FHN-in nümayəndələri onun axtarışları ilə məşğul oldular. Bütün gecəni yatmadım, oturdum dənizin kənarında. Amma onlar da dedilər ki, Kənan batsaydı, nəşi üzə çıxardı. Elə mən özüm də bu fikirdəyəm. Çünki oğlum itəndən sonra evdə bir dəst paltarının olmadığını gördük. Bundan başqa o, bankdan da 3500 manat kredit pul götürübmüş. Kənan yoxa çıxdıqdan sonra avtomobildən banka aid olan sənədlər tapdım. Pulu niyə götürüb, bilmirik. Özünün də belə şeylərdən xoşu gəlmirdi. Özü də sadə telefon işlədərdi. İnstaqrama belə ya mənim, ya da anasının telefonu ilə girirdi. Zəhmətkeş uşaq idi, elə olurdu ki, bir gün evə gəlirdi, bir gün gəlmirdi. Kənan İçərişəhərdə skripkada ifa edirdi. Onu kimlərsə yoldan çıxarıb, bilmirəm kimə qoşulub...”
Vaqif Qurbanov məsələ ilə bağlı polisə də müraciət edib: “Bütün sənədləri, xarici pasportu da evdədir. Ölkədən çıxıbmı, onu da bilmirəm. Bütün dostları, tanışları ilə də danışmışam. Heç kim bilmir ki, Kənan hardadır. Heç olmasa, bircə dəfə zəng etsə, desə ki, “yaxşıyam” bizə bəs edər. Təki onun sağ olduğunu bilək. Hələ də dənizin kənarına gedib-gəlirəm. Bəlkə qayıdar deyə”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirdi ki, itkin düşmə ilə bağlı axtarış elan edilən şəxsin tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
İddialarla əlaqədar Fövqəladə Hallar Nazirliyinə də sorğu ünvanladıq. Qurumdan məsələ haqda belə cavab verildi: “Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 19 avqust 2024-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1997-ci il təvəllüdlü Qurbanov Kənan Vaqif oğlunun dənizdə batması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Dənizdə batdığı ehtimal olunan vətəndaşın axtarışları 31 avqust 2024-cü il tarixinədək intensiv şəkildə aparılıb. Ailə üzvlərinin müraciəti əsasında dənizdə axtarışlar dayandırılıb.
Axtarış-xilasetmə əməliyyatları zamanı Qurbanov Kənan Vaqif oğluna məxsus heç bir əşya tapılmayıb”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Bu gün, 09:47 |
|
|
|
• İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Bu gün, 09:33 |
|
|
|
• Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... - ATB-dən isə...
Bu gün, 09:31 |
|
|
|
• "Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" - Seyfəddin
Bu gün, 09:24 |
|
|
|
• “Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... - Bu "PEYKK" gec-tez bizi YANdıracaqdı...
Bu gün, 09:22 |
|
|
|
• Şeyx Əbdüldən şok ittiham: - “Öncə satdılar, sonra partlatdılar”
Bu gün, 09:17 |
|
|
|
• "Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." - "CityNet" müştərisi OD PÜSKÜRDÜ
Bu gün, 09:15 |
|
|
|
• Dövlətə xəyanət ittihamı ilə həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• Tehran təxribatçı səfiri niyə dəyişmir? - sensasion səbəb
Bu gün, 09:07 |
|
|
|
• BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ... BİZİ GÖZLƏYİR!
Bu gün, 09:03 |
|
|
|
• İşçilərin ƏMƏK HÜQUQU... - Ekspert danışır...
Bu gün, 08:59 |
|
|
|
• SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ... - HƏLƏ DƏ GEC DEYİL...
Bu gün, 08:53 |
|
|
|
• Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45 |
|
|
|
• “BTB” Bank bağlanır? - GƏLİŞMƏ
Bu gün, 07:29 |
|
|
|
• Putinin dostu... ELƏ PUTİNİN DOSTUDUR! - BİZƏ NƏ?
Bu gün, 07:25 |
|
|
|
• Mürsəlovun işçisi MİLLƏTİ TƏHLÜKƏYƏ ATIR - VİDEOFAKT
Bu gün, 07:11 |
|
|
|
• Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edir... - İTV-dən isə deyirlər ki...
Bu gün, 07:08 |
|
|
|
• "Bu çox ciddi bir cinayətdir, terrordur" - Sərdar Cəlaloğlu
Bu gün, 06:59 |
|
|
|
• "Bu vəhşiliklərin arxasında Kremldən gələn göstəriş dayanır" - Zərdüşt Əlizadə
Bu gün, 06:57 |
|
|
|
• Şəkidə şəhid ailəsi çətin durumda - Prezidentə MÜRACİƏT
Bu gün, 06:53 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar: onlar kimlərdir? - FOTOLAR
Bu gün, 06:45 |
|
|
|
• "Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur" - partiya sədri
Bu gün, 06:37 |
|
|
|
• Bakının mərkəzində Rusiya təhlükəsi – Gözümüzün önündə imiş!
Bu gün, 06:29 |
|
|
|
• Əmrullayevin çətiri altında özbaşınalıq - NAZİRƏ ETİRAZ
Bu gün, 06:22 |
|
|
|
• Saxta humanizm və ya əhəmiyyətsiz Ottava Konvensiyası - AKTUAL
Bu gün, 00:18 |
|
|
|
• “Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:12 |
|
|
|
• Müştərinin pulunu geri qaytarmır! - “Kapital Bank”dan şikayət
Bu gün, 00:10 |
|
|
|
• Növbəti ölkə Türkiyə olacaq! - ABŞ səfirinin sözləri rezonans doğurdu
Bu gün, 00:04 |
|
|
|
• Sverdlovskda azərbaycanlılara qarşı daha bir zorakılıq: bu dəfə qadını döydülər - VİDEO
Bu gün, 00:00 |
|
|
|
• "Səhhətimə görə maşınmı da satmışam" - VİDEO
Dünən, 23:55 |
|
|
|
• Macarıstan Ermənistan üçün vəsaitin qarşısını alır - Kallas GİLEYLƏNDİ
Dünən, 23:50 |
|
|
|
• Paşinyan "xarici təsir agentləri" haqqında qanun hazırlayır – Hədəfdə kimlər var?
Dünən, 23:48 |
|
|
|
• Azərbaycan Rus İcmasının Mədəniyyət Mərkəzinin bağlanması xəbəri həqiqəti əks etdirmir - MƏNBƏ
Dünən, 23:45 |
|
|
|
• General sərəncamdan təqaüdə göndərildi - ƏMR
Dünən, 23:41 |
|
|
|
• Yekaterinburqda saxlanılan azərbaycanlılarından birinin qohumu: Əmimin ciyərlərinə su gəlib, qabırğaları sınıb
Dünən, 19:38 |
|
|
|
• Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı narahatlığını ifadə edib
Dünən, 18:45 |
|
|
|
• Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək
Dünən, 18:16 |
|
|
|
• DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başlayıb - RƏSMİ
Dünən, 17:59 |
|
|
|
• Paşinyan Simonyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edib - KİV
Dünən, 17:54 |
|
|
|
• "Kapital Bank"da yeni təyinatlar olub - BUNDAN SONRA...
Dünən, 17:44 |
|
|
|
• BU QUDURĞANLIQDIR: Azərbaycan səfiri Rusiya XİN-ə çağırılıb - OĞRU ELƏ BAĞIRDI Kİ...
Dünən, 17:40 |
|
|
|
• “Bank Avrasiya”nın rəhbərliyinin illik gəlirləri azaldı - MƏBLƏĞ
Dünən, 17:36 |
|
|
|
• İran Ukraynaya nota verib
Dünən, 17:31 |
|
|
|
• “Sputnik Azərbaycan” ın əməkdaşlarının saxlanılma görüntüləri - FOTO/VİDEO
Dünən, 17:26 |
|
|
|
• “Nestle Azərbaycan”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:23 |
|
|
|
• PKK silahı yerə qoymağa başlayır
Dünən, 17:18 |
|
|
|
• Rüsvayedici məlumatlarla hədə-qorxu – Məhkəmənin qərarı açıqlandı
Dünən, 17:16 |
|
|
|
• Bakının üzərindəki RUS PEYKİ... - AKTUAL
Dünən, 17:11 |
|
|
|
• Bəylər Eyyubov vəzifədən getdi: Yerinə təyinat oldu - BUNDAN SONRA...
Dünən, 17:07 |
|
|
|
• Büyükfırat ailəsində eyni gündə iki faciə - FOTO
Dünən, 17:02 |
|
|
|
|