“Kupça”sız Azərbaycan .....                     2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib .....                     DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var .....                     Rusiyanın azərbaycanlılara hücumları davam edəcək .....                     Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... .....                     Sayt rəhbərinin məhkəməsi: .....                     Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək .....                     Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? .....                     Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb .....                     Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu .....                     Azərbaycana qarşı ikili plan .....                     “Umico” adını və logosunu dəyişdi .....                     Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub .....                     “Baku Electronics”də yeni təyinat .....                     Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb .....                     “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb .....                     AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə .....                     “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” .....                     Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi .....                     “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” .....                     Oliqarx-məmur saxta yağ biznesinə girişib... .....                     “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? .....                     İran Prezidenti Xankəndiyə səfər edəcək .....                     Miri Yusifə ağır itki .....                     Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... .....                     "Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." .....                     MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı .....                     Baş direktor işdən çıxarıldı .....                     Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? .....                     Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... .....                     Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək .....                     Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır .....                     Birdəfəlik “stop” qoyuldu .....                     Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: .....                     Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU .....                     Dövlət Agentliyi baş verən faciəyə görə .....                     Bu dəfə Yeni Yasamalda yol çökdü .....                     İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi .....                     Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... .....                 

Tehran təxribatçı səfiri niyə dəyişmir? - sensasion səbəb
Tarix: Bu gün, 09:07 | Çap et

Azərbaycan-İran münasibətlərində hansı müsbət dinamika baş verir-versin, Tehranın Ermənistandakı səfiri Mehdi Sobhani öz pozucu ampluasındadır. Ermənidən çox erməni olmağa çalışan bu üzdəniraq diplomat sanki öz qarşısına nə olursa-olsun, Bakının Tehranla münasibətlərini pozmaq məqsədi qoyub.

Xəbər verdiyimiz kimi, onun yerli KİV-ə son müsahibəsi buna şəkk-şübhə yeri saxlamayıb. Bu dəfə o, erməni ağzı ilə həm də Qərbi Azərbaycan mövzusunu hədəf alıb. Rəsmi Bakı isə axmaq iddiaları dərhal və qətiyyətlə rədd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu xüsusda bildirib: “Səfirin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qərbi Azərbaycan İcması ilə bağlı İstanbulda qəbul olunmuş qərarların manipulyativ təfsiri, sistematik şəkildə zorakılıq, hədə-qorxu və kobud pozuntularla indiki Ermənistan ərazisindən qovulmuş İcmaya qarşı ədalətin və insan haqlarının qorunması istiqamətində sənədin açıq niyyətini təhrif etməsi təəccüb və qəzəb doğurur. Əgər Mehdi Sobhani İƏT-in qəbul etdiyi qərarların mətnindən xəbərsizdirsə, onları diqqətlə oxumağı tövsiyə edərdik. Qərarlar, o cümlədən "İndiki Ermənistan ərazisindən zorla və sistemli surətdə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ" adlı qətnamə beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanan danılmaz tarixi faktları əks etdirir. Bu qətnamələr Ermənistanın yalandan təqdim etdiyi və İran səfirinin səsləndirdiyi ərazi iddialarını deyil, didərgin salınmış azərbaycanlıların fundamental hüquqlarının bərpasını tələb edir. Bundan əlavə, qətnamə digər məsələlərlə yanaşı, Ermənistanın İcmanın fundamental hüquqlarını davamlı olaraq inkar etməsini qınayır".

A.Hacızadə əlavə edib ki, səfirin Ermənistanın ehtiyaclarını ödəməyə hesablanmış saxta bəyanatları Qərbi Azərbaycan İcması ilə bağlı qərarları 57 ölkə ilə birlikdə dəstəkləmiş xarici işlər naziri səviyyəsində İstanbulda təmsil olunmuş İranın mövqeyi ilə ziddiyyət təşkil etdiyinə görə xüsusilə təhlükəlidir: “Mehdi Sobhaninin mütəmadi və sistematik olaraq Azərbaycan əleyhinə təxribat xarakterli çıxışları Azərbaycan və İran arasında münasibətlərə xələl gətirmək məqsədi daşıyır. Ermənistanın təhriflərinin bu cür şövqlə, Papadan daha çox katolik olmaqla təşviq edilməsi şərəf gətirməyəcək”.

Paradoks da ondadır ki, İstanbulda həmin sənəd və qətnamələri İran da dəstəkləyib. O zaman sual ortaya çıxır: rəsmi Tehran İranın mövqeyini sabotaj edən İrəvandakı təxribatçı səfiri niyə geri çağırmır? Nədən hələ də susur? Susmaq razılıq əlamətimi?

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında iranlı səfirin Azərbaycana nifrətinin 25 il öncəyə dayandığını qeyd etdi: “İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Azərbaycana və xalqımıza qarşı patoloji nifrəti mövcuddur. Bu patoloji nifrətin kökü isə 25 il əvvələ dayanır. Həmin vaxt Mehdi Sobhani İranın Azərbaycandakı səfirliyinin sözçüsü idi. 2000-ci ildə Azərbaycandan İrana səfər edən media nümayəndələrini müşayiət edirdi. Həmin vaxt bizim jurnalistlər Mehdi Sobhanidən xahiş edirlər ki, Tehrandan sonra Təbrizə də getmələri üçün şərait yaratsınlar. Mehdi Sobhani isə "onsuz da Təbriz sizin olacaq, o zaman gedərsiniz", - bəyanatını verir. Azərbaycanlı jurnalistlər bu dialoqu mediamızda işıqlandırdıqdan sonra Mehdi Sobhani təcili Tehrana çağırılır. Ona ciddi iradlar bildirilir. Vəzifədə sürətli yüksəlişi ləngiyir. Bir sözlə, bu hadisə onun üçün əsl siyasi başağrısına çevrilir. ETTALAT-ın qaranlıq otaqlarında dindirilir. Ona görə də Mehdi Sobhani bu hadisədən sonra Azərbaycandan və xalqımızdan qisas almağa çalışır. Ermənistan səfirliyi dönəmində özünü yeni hökumətə “şirin” göstərməyə çalışır. Eyni zamanda Mehdi Sobhaninin erməni lobbisi ilə sıx işbirliyində olduğu bildirilir. Hətta Fransanın Marsel şəhərində Sobhaninin gizli biznesinə də erməni lobbisinin şərait yaratdığı vurğulanır. İndi Ermənistandakı İran səfiri həm də bu cür sərsəm açıqlamalar verərək özünün maliyyə donorlarının borcundan çıxmağa çalışır. Üstəlik, burada ETTALAT və SEPAH amili də var. Sobhaninin onlardan tapşırıq alaraq bu cür absurd bəyanatlar verməsi də istisna deyil. Tehran hökuməti Azərbaycanın zəhmindən çəkinərək özünü məhəllə respublikası kimi aparır və hansısa kiçik bir ölkədəki səfirinin dili və bu cür sərsəm açıqlamaları ilə İranın rəsmi mövqeyini dilə gətirir. Bu, yüz illik dövlətçilik tarixi olan İran üçün olduqca məntiqsiz yanaşmadır. Üstəlik, Tehrandakı hökumətə yaraşmayan addımdır. Mehdi Sobhani o zaman İrəvandan geri çağırıla bilər ki, Azərbaycan Respublikası öz diplomatik təzyiqlərini daha da artırsın və Tehrandakı molla rejiminə hər hansı çıxış yolu qoymasın. Qərbi Azərbaycan anlayışı sözün bütün mənalarında İrana yox, məhz Azərbaycana aiddir. İran başa düşür ki, artıq Güney Azərbaycan türkləri ayağa qalxır, ayılır. Ona görə də içərisindəki dövlətçilik xofunu məhz bu cür sərsəm və anlaşılmayan bəyanatlarla üzə çıxarır".

Politoloq Əli Orucovun fikrincə, nə qədər ki, cənub qonşumuz verdiyi sözə əməl etməyəcək, o zaman Azərbaycanla İran arasında inkişafın dinamikasından danışmaq absurddur: “İran Azərbaycanla bağlı siyasətində aldadıcı taktikadan istifadə edir. Bir tərəfdən Azərbaycanla dostluq və mehriban qonşuluq əlaqələrindən bəhs edir, digər tərəfdən isə Bakıya qarşı düşmənçiliyini davam etdirir. Rəsmi Tehran əslində heç vaxt Azərbaycanı müstəqil, suveren və güclü bir dövlət kimi nəinki qəbul etmir, hətta bunu özünə təhdid sayır. Fürsət düşən kimi Azərbaycana qarşı əsl niyyətini büruzə verir. Xüsusən də ali dini lideri Xamneyinin sərt, mühafizəkar tərəfdarları daha aqressiv və şovinist baxışları ilə fərqlənirlər. Fars millətçiləri və din xadimi əbasına bürünmüş məmurları üçün Azərbaycan və Azərbaycan türkləri arzuolunmaz faktordur. Təkcə Güneydə deyil, din pərdəsi altında Quzeydə də hücrələrini yaratmaqla öz təsirlərini genişləndirməyə çalışırlar. Tehran rejiminin Azərbaycana düşmənçiliyi onu Azərbaycanı sevməyən, qəbul etməyən qüvvələrlə dostlaşdırır. "Düşmənimin düşməni mənim dostumdur" prinsipindən çıxış edən İran rejimi həmişə Ermənistanı dəstəkləyib. Bir çox hallarda erməni dili ilə danışıb. Ermənidən daha çox ermənilik edib. Erməni baş nazir Paşinyan İran səfirinin “Qərbi Azərbaycanın İran ərazisində” olduğu barədə fikirlərini bir müddət əvvəl səsləndirmişdi. Təəccüblüsü ondadır ki, İran tərəfi həmişə məsələləri təhrif edilmiş şəkildə təqdim edir. Biz bunu Zəngəzur dəhlizi məsələsində gördük. Dəhlizin açılması, sərhədlərin dəyişdirilməsi məsələsini Azərbaycanın güclə həmin ərazilərə sahiblənmək niyyəti kimi şərh edərək yanlış yozumlar etməkdədir. İndi də Qərbi Azərbaycan məsələsinə özlərinin anladıqları kimi bilərəkdən səhv yanaşaraq Ermənistana dəstəklərini açıq şəkildə ifadə edirlər. İran rejimi bununla da imzası və etibarını bir daha sıfıra endirdi və bir daha sübut etdi ki, atdığı imzasına və verdiyi sözə əməl etmir. Məhz bunun nəticəsi idi ki, 12 günlük İsrail-İran müharibəsində hərbi və siyasi təklənməyə məruz qaldı. İranın Ermənistandakı səfiri Mehdi Sobhani özbaşına belə bir bəyanat verə bilməz. Vacib və həssas məsələyə dair səfir, fikrimcə, ali dini liderin mövqeyini səsləndirib. İran həm beynəlxalq hüququn norma və prinsiplərinə görə, həm də təkrar-təkrar təbliğatlarında istifadə etdikləri kimi şiə müsəlmanlarının öz doğma yurd-yuvalarına - Qərbi Azərbaycana ləyaqətli və təhlükəsiz qayıtmalarına dəstək olmaq əvəzinə buna qarşı çıxırsa, qayıdış konsepsiyasını təhrif edirsə və bir müddət əvvəl atdığı imzasından qaçırsa, Azərbaycanla İran arasında inkişafın dinamikasından danışmaq absurddur. Ancaq İranın bütün cəhdlərinə baxmayaraq Azərbaycan iradəsi və gücü qarşısında qoyduğu məqsədlərə çatacaq".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Bu gün, 14:57
2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib
Bu gün, 14:49
DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Bu gün, 14:39
Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Bu gün, 14:35
Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Bu gün, 12:35
Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Bu gün, 12:19
Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:18
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Bu gün, 12:16
Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Bu gün, 12:11
Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Bu gün, 12:09
Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Bu gün, 12:06
“Umico” adını və logosunu dəyişdi - FOTO
Bu gün, 11:59
Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Bu gün, 11:56
“Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:54
Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Bu gün, 11:53
“BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Bu gün, 11:43
Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:40
AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Bu gün, 11:35
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Bu gün, 11:32
Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Bu gün, 11:30
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Bu gün, 11:25
Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Bu gün, 11:19
“Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Bu gün, 11:13
İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Bu gün, 11:10
Miri Yusifə ağır itki - FOTO
Bu gün, 11:04
Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:02
"Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:58
MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Bu gün, 10:49
Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Bu gün, 10:44
Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Bu gün, 10:28
Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Bu gün, 10:26
Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Bu gün, 10:24
Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Bu gün, 10:16
Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Bu gün, 10:12
Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Bu gün, 10:06
Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:58
Dövlət Agentliyi baş verən faciəyə görə – GÜNAHI SAHİBKARLARIN ÜZƏRİNƏ QOYDU
Bu gün, 09:56
Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Bu gün, 09:47
İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Bu gün, 09:33
Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... - ATB-dən isə...
Bu gün, 09:31
"Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" - Seyfəddin
Bu gün, 09:24
“Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... - Bu "PEYKK" gec-tez bizi YANdıracaqdı...
Bu gün, 09:22
Şeyx Əbdüldən şok ittiham: - “Öncə satdılar, sonra partlatdılar”
Bu gün, 09:17
"Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." - "CityNet" müştərisi OD PÜSKÜRDÜ
Bu gün, 09:15
Dövlətə xəyanət ittihamı ilə həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:09
Tehran təxribatçı səfiri niyə dəyişmir? - sensasion səbəb
Bu gün, 09:07
BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ... BİZİ GÖZLƏYİR!
Bu gün, 09:03
İşçilərin ƏMƏK HÜQUQU... - Ekspert danışır...
Bu gün, 08:59
SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ... - HƏLƏ DƏ GEC DEYİL...
Bu gün, 08:53
Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru